img19 il onların yazdırdıqları yalan və böhtanlara cavab verilmədiyindən ruhlanan məqaləəllifləri öz uydurmalarını davam etdirirlər

«Azadlıq» qəzetinin 7 iyun 2012-ci il tarixində dərc edilmiş məqalədə Dadaş Rzayevin və İxtiyar Şirinov göstərmişdilər:Sitat:»Yarandığı 3-cü gün hərbi hissə artıq respublika rəhbərliyinə meydan oxuyur. «709″da müşavirə keçirilir.Müşavirədə yeni «hərbi birlik» elan edilir. Səlahiyyətli nümayəndəsi kimi S.Hüseynovu seçən birliyin adından 170 hərbiçinin imzasi ilə müraciət imzalanır». Sitatın sonu.

Bunları oxuduqda belə təsəvvür yaranır ki,məqalə müəllifləri öz yazdıqlarını heç özləri də oxumayıblar.Çünki,oxumuş olsalar özlərinə belə suallar verərdilər:

1.Yaxşı yazmışıq-yazmışıq, heç olmasa yazdıqlarımızı oxuculara izah edək ki,yaradıldığı 3-cü gün hərbi hissənin respublika rəhbərliyinə meydan oxumağı nədən ibarət olmuşdur?

2.Əgər məqalə müəllifləri özlərinin 5-10 sətir qabaq yazdıqlarına nəzər salsalar bu yeni yazdıqlarının nə qədər absurd olmasını özləri də görərdi.

Belə ki,bir az öncə onlar yazmışdılar ki, 27martda Sürət Hüseynov hərbi hissəni təhvil vermiş.(2-ci Ordu korpusunu.) Bundan 3 gün sonra «D.Rzayev S.Hüseynovun könüllülərin yığılmasında kömək edə bilmə təklifini nəzərə alıb,Prezidentin razılığı ilə 1 apreldə «709″ saylı hərbi hissənin yaradılması əmrini verir»,3 gün sonra isə onlar respublika rəhbərliyinə meydan oxuyurlar.

İlk növbədə, əgər həqiqətən də belə olmuşdursa,onlar özlərinə sual verməli idilər «Belə vəziyyətin yaranmasında kimdir günahkar?

Bu sualın bir cavabı var-Dadaş Rzayev.Çünki o, əvvəlcə 2-ci Ordu korpusunu buraxır, 3 gün sonradan Prezident Əbülfəz Elçibəyi aldadaraq ondan yeni «709″saylı hərbi hissənin yaradılmasına razılıq alır, 3 gün sonra da hələ heç formalaşmasına başlamayan hərbi hissəni respublika rəhbərliyinə meydan oxumaqda suçlayır.

Düşünürsən ki,bunlar necə insanlardır respublikanın həyat yüklü və həyat əhəmiyyətli məsələlərini onlar necə də asanlıqla gah belə gah da başqa cür həll etmişlər,Dadaş Rzayev bu ağılla bu təfəkkürlə necə Azərbaycan Respublikasının Müdafiə Naziri işləmişdir ve s.? Mümkün olsa cavabını siz özünüz tapın və deyin.

3.Əgər məqalə müəlifləri,yeni yaradılmış «709″ saylı hərbi hissənin Müraciətini «meydan oxumaq» kimi qiymətləndirirlərsə,onda onların özləri öz məqalələrində yazdıqları «D.Rzayev S.Hüseynovun könüllülərin yığılmasında kömək edə bilməz təklifini nəzərə alıb…» İfadəsini diqqətlə oxuyub dərk etməyə çalışmalıdırlar.Respublikanın müxtəlif ərazilərində yaşayan könüllü əsgərləri bir yerə necə toplamaq olar? Bunun yeganə yolu Müraciətdir.

4.Məgər «709″ saylı h/h-ə bu məqsədlə yaradılmamışdırmı.?

5.Əgər Sürət Hüseynov 3-4 aprel 1992-ci il tarixində hələ formalaşmağa başlamamış kiçik bir hərbi hissə ilə (709),respublika rəhbərliyinə meydan oxumağa başlamışdırsa,onda nədən cəmi 6-7 gün öncə daha böyük və döyüş qabiliyyətli hərbi hissəni 2-ci Ordu korpusunu təhvil verib hərbi işlərdən uzaqlaşmışdı ?

Qeyd olunanlarla məqalə müəlliflərinin yalan və böhtan danışmaları bir daha təkzibedilməz dərəcədə sübuta yetir.

Daha sonra məqalə müəllifləri Müraciətin axırına istinad edərək göstərmişlər:Sitat:,,Müraciətin axırında «birlik» başqa hərbiçiləri də pozuculuğa səsləyir!» Sitatın sonu

İndi mən məqalə müəlliflərinin Müraciətdən Sitat formasında gətirdiklərini elə Sitat formasında da sizin diqqətinizə çatdırıram:Sitat:,,Ümidvarıq ki,bu birliyə tezliklə Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan,döyüşən bütün dəstələr,xalqımızın qeyrətli oğulları qoşulacaqdır ! Sitatın sonu

Məqalə müəlliflərinə va oxuculara sual verirəm: » Nə vaxtdan xalqımızın qeyrətli oğullarını Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda mübarizəyə qoşulmağa səsləmək pozuculuq sayılır?»

Ola bilsin məqalə müəllifləri,o cümlədən şəxsən Dadaş Rzayev Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda aparılan mübarizəni pozuculuq sayırlar.Bu başqa məsələ.

Ümumiyyətlə bu məqaləyə nəzər saldıqda görünür ki,o, gurultulu,səsli-küylü başlıqlardan və belə başlıqların altında yazılmış yalan böhtanlardan başqa bir şey deyildir.

Bu başlıqlardan biri də belədir.»Prezident narahatdır.»

Bu başlıq altında İxtiyar Şirinov Dadaş Rzayevin sözlərinə istinadən bildirir ki,guya mərhum Prezident Əbülfəz Elçibəy «709″ saylı h/h-n yaradılmasından 15-20 gün sonra ayrı-ayrı vaxtlarda Dadaş Rzayevə 3 dəfə zəng edərək Sürət Hüseynovun hissədə olmasından narahatlığını ifadə edib tədbir görməsini tapşırmışdır.

Onların bu yazılarına da heç cür inanmaq olmaz. Çünki cəmi məqalə müəlliflərinin özlərinin dediyi kimi 15-20 gün öncə Sürət Hüseynovun könüllüləri toplamaq təklifini qəbul edən və bunun üçün yeni hərbi hissənin yaradılmasına razılıq verən Prezident Əbülfəz Elçibəy başa düşməyə bilməzdi ki, bu məsələlərin həll edilməsi üçün Sürət Hüseynovun yeni yaradılmış » 709″ saylı hərbi hissədə olması vacib idi.

Məqalədə həmçinin göstərilir ki,həmin vaxtda «709″-da onlarla zirehli texnika,ağır silah,ən müasir silahlarla təhciz olunmuş 1467 nəfərlik şəxsi heyyət olur.

Əgər məqalədə bu hal göstərilirsə onda nədən Müdafiə Naziri Dadaş Rzayev məqalədə göstərmir ki, 15-20 gün onlarla zirehli texnika,ağır silah,ən müasir silahlarla təhciz olunmuş 1467 nəfərlik şəxsi heyət «709″ saylı hərbi hissəyə haradan toplanılmışdır? Müdafiə Naziri Dadaş Rzayevin bu məsələlərin həllində hər hansısa iştirakı olmuşdurmu,onlarla zirehli texnika,ağır və digər müasir silahlar Sürət Hüseynovun sərəncamına kim tərəfindən, nə vaxt və hansı məqsədlərlə verilmişdir?

Əgər məqalə müəlliflərinin dedikləri kimi yarandığı 3-cü gün «709″ saylı hərbi hissə respublika rəhbərliyinə meydan oxumağa başlamışdırsa onda nədən Müdafiə Naziri Dadaş Rzayev Baş Prokuror İxtiyar Şirinov onlarla zirehli texnikanın,ağır və müasir silahların,1467 nəfərlik şəxsi heyyətin hərbi hissəyə toplanmasının qarşısını almamışlar? Axı bu qüvvələr ora 3- 4 günə cəmləşməmişdir ?

«Prezident narahatdır» başlığı altında fikir bildirənlər ilk növbədə onu düşünməli və ən azı susmalıdır ki,onların adı olmayan hərəkətləri nəticəsində mərhum Prezident Əbülfəz Elçibəy hakimiyyətinə və onun şəxsi həyatına həmin şəxslər hansı sarsıdıcı zərbələr vurmuşdurlar.(bu haqda ətraflı məlumat veriləcəkdir)

Əslində bu şəxslər Əbülfəz Elçibəyin kadrları yox AXC-Musavat hakimiyyətində təmsil olunmuş digər rəhbər işçilərin kadrları olmuş,Əbülfəz Elçibəyə heç vaxt sadiq və sədaqətli olmamışlar,AXC-Musavat hakimiyyəti daxilində təmsil olunmuş digər qruplaşmalar xidmət etmiş və onların maraqlarını güdmüşlər.

Məqalədə həmçinin göstərilib ki, yaranan gərgin vəziyyət Dövlət Müdafiə Komitəsinin Prezidentin(Ə.Elçibəyin) iştirakı ilə mayın 25-də (1993-ci il) keçirilən iclasında müzakirəyə çıxarılır.Müzakirələrin yekununda məsələnin həlli Müdafiə Nazirliyinə tapşırılır.

Sual yaranır əgər həqiqətən gərgin vəziyyət yaranmışdırsa,nədən onun həll edilməsi üçün hərbi yoll seçilmişdir,məsələnin həll edilməsi Müdafiə Nazirliyinə tapşırılmışdırsa,demək qərar alınmışdır ki,güc tətbiq edilsin qardaş qanı tökülsün,nədən bu məsələnin həlli Milli Məclisin deputatlarına,Azərbaycan Xalqının nüfuzlu insanlarına hörmətli ağsaqqallarına,ziyalılarına,həvalə edilməmişdir?

Qeyd olunan məqalənin mətnində, Dadaş Rzavevin və İxtiyar Şirinovun göstərdiklərindən açıq -aşkar bəlli olur ki, o zamankı AXC-Musavat iqtidarının bəzi rəhbər vəzifəli şəxsləri məsələnin sülh yolu ilə həll edilməsində maraqlı olmamış,vəziyyəti gərginləşdirməyə çalışmış,qızışdırıcı və təhrikedici hərəkətləri həyata keçirmiş və bununlada özlərinin laxlayan hakimiyyətini qorumağa çalışmışlar.

O cümlədən:

- hücum əməliyyatının 1993-cü ilin yanvar ayının ortalarından gec olmayaraq başlamasına dair əmr.

- Fərəc Quliyevin 1993-cü ilin fevral ayının 9-da Sürət Hüseynovu Vətən Xaini elan etməsi

- Bundan sonra Sürət Hüseynova qarşı təbliğat və təziqlərin başlaması

- Sürət Hüseynovun komandanı olmuş 2-ci ordu Korpusunun zabit və əsgərlərinə qarşı güc tətbiq edilməsi

- Sürət Hüseynovun Bakı şəhərində rəhbər işçilərlə görüşməsi və adlı silahla təltif olunması.

- 27 mart 1993-cü ildə məsələnin sülh yolu ilə həll edilməsi.

-Sürət Hüseynovun hərbi işlərdən uzaqlaşması və milli işə təyinat olması

-1993-cü ilin aprel ayının birinci ongünlüyündə Sürət Hüseynovun yenidən hərbi işlərə cəlb edilməsi «709″ saylı hərbi hissənin yaradılması və onun Sürət Hüseynovun faktiki rəhbərliyinə verilməsi

- həmin hərbi hissənin silah sursatla təmin etmələri.

- 1993-cü ilin may ayının axırlarında hərbi hissənin Ağcabədiyə keçirilməsinə dair Müdafiə Naziri Dadaş Rzayevin əmri

- 25 may 1993-cü ildə dövlət Müdafiə komitəsinin bu məsələ ilə bağlı iclasının keçirilməsi,məsələnin həlinin Müdafiə Nazirliyinə tapşırılması ilə güc tətbiq edilməsi və qardaş qanının tökülməsi yolunun seçilməsi.

- bütün bu və hələ deyilməyən bir çox hərəkətlərin məntiqi sonu kimi 4 iyun 1993-cü il Gəncə hadisələrinin baş verməsi.

Azərbaycan Xalqının və xüsusən də gənc nəslin diqqətinə aşağıdakıları çatdırmaq istəyirəm.

«709″ saylı hərbi hissənin yaradılmasının Sürət Hüseynovun faktiki tabeçiliyinə verilməsinin həqiqi səbəblərindən biri.

1993-cü ilin aprel ayının 3-də Azərbaycanın Kəlbəcər rayonu ermənilər tərəfindən işğal edildi.3-4 aprel Kəlbəcər rayonun əhalisi başı qarla örtülmüş,soyuq-şaxtalı Murov dağını aşaraq çayın axarı ilə Gəncə şəhərinə doğru gəlirdilər.

Nəinki Kəlbəcər rayonunun işğalı,hətta həmin hadisələrdən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq indi də o günlər göz qabağına gəldikdə ürək ağrısını, qəhəri, qəzəbi boğmaq olmur. Yaşlı,qoca,arvad-uşaq qarın suyun içi ilə «Yol evinin»yanından Xanlar (indiki Göy-göl) və Gəncə istiqamətinə hərəkət edirdilər.(Bu Kəlbəcər rayonunun o vaxtkı rəhbər işçilərinə aid deyil,çünki onlar Kəlbəcər rayonunun işğalından üç gün qabaq öz ailələrini,əmlakını,var-dövlətini,qohum əqrəbələrini Kəlbəcərdən çıxartmışdılar.Zillətə düşən isə sadə,kasıb əhali olmuşdur)

(Kəlbəcərin işğalı ilə bağlı başladığım cinayət işinin materiallarından)

Gəncə qarnizonu hərbi prokurorluğunun və hərbi polisinin qüvvələri səfərbər olunaraq Toğana kəndinin və «Yol evinin» yanında yaradılmış postlarda durmuş,qaçan əsgərlərin qarşısını almağa və mülki əhaliyə kömək etməyə çalışırdılar.

«Yol evinin» yanında və ondan yuxarı Azərbaycan ordusunun bir nəfər də əsgəri qalmamışdır,hamısı qaçıb gizlənmişdilər.

Ermənilər Murov dağında olan Ömər və Telegüzgü adlanan hakim və mühüm əhəmiyyət kəsb edən yüksəklikləri tutmuşdular.Xanlar rayonunun və Gəncə şəhərinin ermənilər tərəfindən işğal olunmasına real təhlükə yaranmışdır.

Düşmənin qarşısını almaq üçün bütün qüvvələrin səfərbər etmək məqsədilə Hacıkənddə Dadaş Rzayevin rəhbərliyi altında qərargah yaradılmışdı.

Respublikanın mərkəzi hakimiyyəti özünü itirmiş ermənilərin qaşısını almaq üçün heç bir tədbir görə bilmirdi.

Qeyd etdiyim kimi hərbi prokurorluğunun və hərbi polisin heyyəti yol evinin yanındakı postlarda dayanmışdır.

3-və ya 4 aprel 1993-cü ildə Hacıkəndə Azərbaycanın 2-vertolyotu endi.Qısa bir müddətdən sonra onlardan biri havaya qalxaraq Murov dağını keçmiş,15-20 dəqiqədən sora geri qayıdarkən Xanlar rayonunun ərazisində yerləşən Azərbaycan ordusunun əsgərləri tərəfindən 200-300 metr yuxarıda 2-3 metrlik qarın içinə düşərək partladı və yandı.

Hərbi Prokurorluğunun əməkdaşları «Yol evinin» yanında olduqlarından bu hadisə yerinə qalxmış və görmüşlər ki,vertolyotun içərisində olan 8 nəfər həlak olmuşlar.Biz həmin meyidləri yığıb sanitar UAZ-ı ilə Gəncə hərbi qospitalina göndərdik.

Artıq ermənilər Murov dağının başından Toğana istiqamətində artileriya atəşləri aparırdılar.

Dadaş Rzayev Hacıkənddəki qərargahında iclaslar keçirir,lakin bunun heç bir müsbət nəticələri olmurdu.Ermənilərin qabağını kəsməyə heç bir qüvvə yox idi.

Dadaş Rzayevin iclaslarında mən də iştirak edirdim və göstərdim ki,Dadaş Rzayev heç bir tədbir görə bilmir,özünü itirmiş və onun özü panika içində idi.

Çıxılmaz vəziyyətdə qalan Dadaş Rzayev(yəqin ki mərkəzi hakimiyyətlə razılaşdıqdan sonra) Sürət Hüseynova müraciət etmək məcburiyyətində qaldı.O,Sürət Hüseynovu Hacıkənddəki qərərgaha dəvət etdi və rus dilində ona dedi:»Сурет,на коленях прошу помоги,Гянджа в опасности»(Tərcüməsi: Sürət, dizi üstə xaiş edirəm kömək elə, Gəncə təhlükədədir)

Sürət Hüseynov ona cavab verdi ki,mən nə edə bilərəm,məni hərbi işlərdən kənarlaşdırmısınız,indi mən əsgərlərimi başıma toplamağa başlasam deyəcəksiniz ki,yenə də Sürət Hüseynov qanunsuz silahlı dəstələr yaradır,yenə də Sürət Hüseynov çevriliş hazırlayır.

Dadaş Rzayev Sürət Hüseynova dedi ki,o mərkəzi hakimiyyətlə razılaşıb ki,yeni hərbi hissə yaradılması barədə əmr versin,Sürət Hüseynovun könüllüləri həmin hərbi hissəyə toplansın 5-10 günə komplektləşdirilsin və ermənilərin «Yol evini»keçməsinin və Gəncə istiqamətində hərəkət etməsinin qarşısını alsın.

Sürət Hüseynov razılaşdı.Artıq aprel ayının 9-u və 10-u idi.Dadaş Rzayev «709″ saylı hərbi hissənin yaradılması barədə əmr verdi(ola bilsin ki,əmrin tarixi saxtalaşdırılaraq sonradan 1 aprel 1993-cü il göstərilmişdir.)

Yeni yaradılmış»709″saylı hərbi hissənin komandiri Gəncə qarnizonu hərbi polisinin rəisi Eldar Əliyev təyin edildi.Lakin hamı bilirdi ki,müdafiə işlərinə Sürət Hüseynov rəhbərlik edir.

Sürət Hüseynov Azərbaycan Xalqına,keçmiş əsgərlərinə və könüllülərə müraciət edərək onları Azərbaycanın ərazi bütövlüyünün qorunmasına,Xanlar rayonunun Gəncə şəhərinin müdafiəsinə çağırdı.Bununla da sübuta yetirilir ki,AXC-Musavat iqtidarı,Müdafiə və digər güc nazirlikləri özlərinin bacarıqsızlığını,acizliyini,düşmənin qarşısını ala bilməyəcəklərini etiraf edərək Sürət Hüseynova müraciət etmək məcburiyyətində qalmışdılar.

«709″saylı hərbi hissənin yaradılmasının həqiqi səbəblərindən biri budur.

«709″saylı hərbi hissənin yaradılmasının və Sürət Hüseynovun faktiki tabeçiliyinə verilməsinin digər həqiqi səbəblərindən biri də odur ki,»AXC-Musavat»iqtidarının bəzi rəhbər işçiləri bu hərbi hissəni yaradıb Sürət Hüseynovun sərəncamına verərək düşünürdülər ki ,əgər ermənilərin hücumunu dayandırmaq mümkün olmasa bütün bu uğursuzluqları Sürət Hüseynovun üzərinə qoysunlar.

Onlar növbəti dəfə yanıldılar.

Belə ki,»709″saylı hərbi hissəyə Müraciət əsasında toplanmış könüllü əsgərlər,böyük döyüş yolu keçmiş,qələbələr əldə etmiş,Azərbaycan uğrunda ölməyə hazır qeyrətli insanlar idi.

«709″saylı hərbi hissənin Sürət Hüseynovun rəhbərliyi altında hazırlanan və həyata keçirilən uğurlu hücum əməliyyatı nəticəsində ermənilər Murov dağından geri çəkilməyə məcbur oldular,strateji əhəmiyyətə malik Ömər və Telegüzgü yüksəklikləri «709″saylı hərbi hissənin əsgərləri tərəfindən qaytarıldı,ermənilər böyük sayda canlı qüvvə texnika,silah-sursat itirdilər.

Bizim tərəfimizdən də itkilər oldu.Allah cəmi şəhidlərə rəhmət elesin.

Bundan sonra»709″saylı hərbi hissə uğurlu hücumları davam etdirmək məqsədi ilə Kəlbəcər rayonu istiqamətində irəliləmək üçün əməliyyat hazırlayırdılar.

Lakin,Sürət Hüseynovun rəhbərliyi altında»709″saylı hərbi hissənin uğurlu hücumlarından təşvişə düşən AXC-Musavat iqtidarının bəzi yüksək rəhbər işçiləri yeni provokasiyalara əl atdılar.

Məqalə müəlliflərinin özlərinin etiraf etdikləri kimi,1993-cü ilin may ayının axırlarında (əslində may ayının ortaları idi)Müdafiə Nazirliyi Dadaş Rzayev»709″saylı hərbi hissənin Ağcabədi rayonuna keçirilməsi barədə əmr verdi.

Bu əmri provokasiyadan Azərbaycan Xalqına qarşı yönədilmiş satqınçılıqdan başqa heç cür adlandırmaq olmaz.Düşünün,ermənilərin əlində olan Murov dağını və orda hakim yüksəklikləri böyük çətinliklərlə geri qaytardıqdan sonra,kəlbəcər istiqamətində hücum əməliyyatı hazırlanan ərəfədə belə bir əmr verilməsi hansı zərurətdən yarana bilərdi?

Hücumda,böyük ruh yüksəkliyi,qələbə əzmi olan bir hərbi hissənin hücum əməliyyatlarını dayandırmaq və dislokasiya yerini dəyişdirmək barədə əmr verən Müdafiə Naziri Dadaş Rzayevə hansı adı vermek olar?

Nədən İxtiyar Şirinov Respublikanın Baş Prokuroru kimi,Dadaş Rzayevin bu əmrinə və hərəkətlərinə obyektiv hüquqi qiymət verməmişdir?

O zaman həmin bölgədə yeganə döyüş qabiliyyətli hərbi hissənin Ağcəbədi istiqamətinə göndərməsi Murov dağının və başqa ərazilərini yenidən ermənilərə təslim məqsədi daşımırdımı?

Hörmətli oxucular,Sizin diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm.Cəmi 1-ay öncə yaradılması barədə əmr verilmiş,və yaradılandan qısa müddət keçməsinə baxmayaraq böyük hərbi uğurlar qazanmış bir hərbi hissənin buraxılması nə məqsəd daşıyırdı?

Bundan sonra Respublikanın bütün güc strukturlarının qüvələri,böyük sayda ağır hərbi texnika Gəncə şəhərinə toplanmağa başladılar.Şəhərdə elan olunmamış hərbi vəziyyət və komendat saatı rejimi tətbiq edildi,hərbi postlar quruldu,Gəncə şəhərinin mülki əhalisinə də qarşı təqiblər,təziqlər başlanıldı,dinc əhali arasında tələfatlar oldu.

Bu işdə xüsusi canfəşanlığı Fəhmin Hacıyevin tabeçiliyində olan və onun əmrini yerinə yetirən Daxili qoşunlar edirdilər.

Daxili qoşunların əsgərlərindən birinin səbəbsiz avtomat silahdan atəş açması nəticəsində «Yevlax avtovağzalı»deyilen yerdə avtobusla öz evinə gedən bir kişi qətlə yetirilmişdir.

Atılan güllə avtobusun içində onun baş nahiyyəsinə dəymişdi.

Bundan əlavə,şəhərin içində bir az yüksək surətlə idarə olunun avtomaşına posta duran əsgərlər tərəfindən atəş açılmış,avtomaşında olan 3-nəfər gənc oğlan öldürülmüşdür.

Gəncə şəhəri və şəhərin içində yerlaşən»709″saylı hərbi hissə sıx müasirəyə alındı.İnanmaq olmurdu ki,bu hərəkətlər Azaərbaycanlılar tərərfindən Azərbaycanlılara qarşı edilir,sanki bu Azərbaycanın ən qədim və qəhrəman biri olan Gəncə şəhəri deyil,hansısa düşmən şəhəridir.

Bunun həyata keçməsinə aidiyyati olmayan qüvvələr,o cümlədən Baki Bələdiyyə polisi,neft quyularının mühafizə dəstəsi və s.cəlb edilmişdir.

Eyni zamanda döyüş bölgələrindən ağır zirehli texnika,artileriya qurğuları çıxarılaraq Gəncə şəhəri və onun ətrafına toplanmışdır.

O zaman Ağdam rayonunun döyüş bölgələrində cəmi 10-ədəd «Qrad»qurğusu var idi, onlardan 9-u atəşə yararlı,biri isə yararsız vəziyyətdə idi.Atəşə yararlı 9-ədəd «Qrad»qurğusunun hamısı döyüş mövqelərindən çıxarılaraq Gəncə şəhərinə gətirilmişdi.

Qazax,Gədəbəy,Ağdam rayonlarında yerləşən hərbi hissələrin canlı qüvvələri döyüş pozisiyalarından çıxarılaraq Gəncə şəhərinə toplanmışdılar.Faktiki olaraq erməni qüvvələri ilə üz-üzə dayanan bu bölgələr müdafiəsiz qalmışdır.

Xanlar rayonunda yerləşən ağır və uzaq vuran toplar Gəncə şəhərinə yeridilməmişdir.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Gəncə şəhəri şöbəsində Azərbaycan Respublikasının o zamanki Baş Naziri Pənah Hüseynovun rəhbərliyi altında xüsusi qərərgah yaradılmışdır.Qərərgahın iclaslarında daimi olaraq Pənah Hüseynov,Müdafiə Naziri Dadaş Rzayev,Baş Prokuror İxtiyar Şirinov Milli Təhlükəsizlik Nazirinin müavini Sülhəddin Əkbərov,Daxili Qoşunların komandiri Fəhmin Hacıyev,güc strukturlarının digər yüksək vəzifəli şəxsləri iştirak edirdilər.

Özünün çox ağır vəziyyətdə,güclü presinq altında olmasına baxmayaraq Sürət Hüseynov»709″saylı hərbi hissənin Murov dağında olan ən döyüşqabilliyyətli dəstələrinə mövqelərini tərk etməmələrini,nəyin bahasına olursa-olsun mövqeləri müdafiə etmələri barədə əmr verdi.

Eyni zamanda bir vacib məsələni də diqqətinizə çatdırmaq istəyirəm.

1993-cü ilin may ayının 3-ü və ya 4-də Sürət Hüseynovun atası Davud Hüseynov vəfat etdi.Şübhəsiz ki,onun ölümünə oğluna qarşı edilən haqsızlıqlar da öz təsirini göstərmişdi.

Bunu deməklə məqsədim odur ki,bilirsiniz may ayının əvvəllərindən Sürət Hüseynovun başı atasının yas məclislərinə qarışmışdır və demək olar ki o,»709″saylı hərbi hissəsinin ərazisində olmurdu.

Baş sağlığı üçün gələnlər,o cümlədən Gəncə sakinləri,başqa yerlərdən gələn insanlar,həmçinin iqtidarın nümayəndələri(onların yas mərasiminə nə məqsədlə gəlmələri yalnız onların özlərinə bəllidir)görürdülər ki,Sürət Hüseynov yas içindədir və həmişə yas mərasimi keçirilən mağardadır.

Düşünürsən,islam dininin tələblərinə,Azərbaycan Xalqının mentalitetinə və ən nəhayət insanlığa görə yas içində olan,ən yaxın insanını itirmiş bir şəxsə qarşı yas mərasimi başa çatana qədər bütün əməliyyatlar,təziqlər dayandırılmalıdır.

Lakin Sürət Hüseynovla əlaqədər bu əxlaqı prinsiplərə əməl edilməmişdir,əksinə təqib və təziqlər daha da gücləndirilmişdir .

«709″saylı hərbi hissə tam blokadaya alınmış,hərbi hissəyə hətta su,çörək və ərzaq da buraxılmırdı,hərbi hissədə aclıq başlamışdı.

Bununla paralel Pənah Hüseynovun başçılığı altında MTN-in Gəncə şöbəsində keçirilən iclaslarda tələb irəli sürülürdü Sürət Hüseynov təslim olmalı,»709″saylı hərbi hissəni tərk etməlidir.(guya bilmirdilər ki, Sürət Hüseynov hərbi hissədə deyil öz atasının yas mərasimindədir)Əks təqdirdə ona qarşı güc tətbiq ədəcəkləri ilə hədələyirdlər.

O ərəfədə Pənah Hüseynovun bir məşhur şuarı-lozunqu olmuşdur:»Dövlət öz gücünü göstərməlidir» və bu şuarı o yerli-yersiz tez-tez təkrarlayırdı.

Dəfələrlə ona iclasda olan Gəncə ağsaqqalları tərəfindən deyilmişdir ki, Pənah Hüseynov sən Respublikanın Baş Nazirisən,sənin vəzifən iqtisadi məsələlərin həllidir, iqtisadiyyat bərbad vəziyyətdədir niyə gedib öz işinlə məşğul olmursa,gəlib Gəncədə hərbi məsələlərlə məşğul olursan,bəs onda güc nazirlikləri nə ilə məşğul olurlar,Sürət Hüseynovun atası vəfat edib,o yas içindədir,imkan verin o atasının 40-ı versin ondan sonra bu məsələni çalışıb sülh yolu ilə həll etmək lazımdır.

Lakin Pənah Hüseynov yalnız bir mövqedə dayanmışdır»Dövlət öz gücünü göstərməlidir»deyərək durmuşdur.O bir şeyi anlamırdı ki, dövlət öz gücünü düşmənə göstərməlidir öz vətədaşlarına yox.

Eyni zamanda Bakıda Milli Məclisin iclaslarında da bəzi şəxslər tərəfindən məsələnin güc yolu ilə həll edilməsi tələbi qoyulurdu.Hərdən elə təkliflər irəli sürülürdü ki,onu irəli sürəni normal adam olmasına şübhələr yaranırdı.Fəhmin Hacıyev belə təklif irəli sürmüşdü-Gəncə şəhərinin əhalisi şəhərdən çıxarılsın»709″saylı hərbi hissənin ərazisi havadan aviasiya zərbələri ilə dağıdılsın?Bunu hansı sağlam düşüncəli insan deyə bilərdi?Məgər «709″saylı hərbi hissədə olan əsgərlər Azərbaycan vətəndaşları deyildimi?Döyüşdən kənarda özlərini Böyük İsgəndər,Napoleon,Jukov sayan Fəhmin Hacıyev və ona bənzər bəzi insanlar döyüş məqamında qaçıb öz canlarını qurtarmağa üstünlük verəcəklər.

Yaxşı ki,o zaman Milli Məclisdə İman Mustafayev,İsmayıl Şıxlı,Tofiq Bağırov və neçə-neçə sağlam düşüncəli vətənpərvər,ağsaqqal,nüfuzlu insanlar olmuşlar və onlar Fəhmin Hacıyevin bu sayıqlamalarının qarşısını almışlar.

Həmin dövrdə Respublikada ictimai,siyasi iqtisadi vəziyyət həddindən artıq pisləşmişdi,əhali sosial cəhətdən təmin edilməmişdir ,qiymətlər baha,insanların gəlirləri aşağı,işsizlik baş alıb gedirdi,AXC-Musavat iqtidarı tərəfindən mərkəzdə və yerlərdə vəzifələrə təyin etdiyi şəxslər öz vəzifələrinin öhdəsindən gələ bilmirdi,nə hərbi,nə sosial nə də ki iqtsadi məsələlər öz həllini tapmırdı,əhali arasında hakimiyyətdən narazı olanların sayı həndəsəvi proqresiya ilə artırdı,xalq küçələrə çıxmağa,mitinqlər etməyə və hakimiyyətin istefasını tələb etməyə başlamışdır.

Belə bir vəziyyətdə AXC-Musavat iqtidarının bir sıra rəhbər işçiləri öz hakimiyyətlərinin qoruyub saxlanılmasının yeganə yolunu Sürət Hüseynovu və «709″saylı hissənin güc tətbiq etmə yolu ilə məğlub və məhv etməkdə,bununla da əhalinin qorxu altında saxlayaraq can verən hakimiyyətlərinin ömrünü az da olsa uzatmaqda görürdülər?

Bu səbəblərdən də Pənah Hüseynov tez-tez «Dövlət öz gücünü göstərməlidir» ifadəsini işlədir,məsələnin sülh yolu ilə həll edilməsi ücün yalandan da olsa cəhd göstərilmirdi.

Məqalə müəlliflərinin özlərinin dedikləri kimi 25 may 1993-cü il tarixində Dövlət Müdafiə Komitəsinin iclası keçirilmişdir.Lakin onlar nədənsə yazmırlar ki,həmin iclasda məsələnin yalnız güc yolu həll edilməsi haqqında qərar qəbul edilmiş,əməliyyata rəhbərlik Müdafiə Naziri Dadaş Rzayevə tapşırılmış,bütün güc strukturlarının silahlı qüvvələri və şəxsi heyəti bu işə cəlb olunmuş,»Tufan»adlı əməliyyat hazırlanmış və onun həyata keçirilməsinə başlanılmışdır.

Eyni zamanda Baş Prokuror İxtiyar Şirinovun şəxsi rəhbərliyi altında istintaq qrupu yaradılıb Gəncə şəhərinə ezam edilmiş,istintaq-əməliyyat hərəkətlərini həyata keçirməyə başlamışlar.

Bütün bu hərəkətlər paralel»Tufan»əməliyyatına birbaşa komandanlıq edəcək hərbiçinin axtarışına başlanıldı.

İlk öncə Dadaş Rzayev 130 saylı hərbi hissənin komandiri polkovnik Ramadan Maqamedovu yanına çağırır»Tufan»əməliyyatının həyata keçirilməsinin əmrlə onun üzərinə qoyulduğunu bildirdi.

Ramadan Maqamedov Dadaş Rzayeva cavab vermişdir ki,o qardaş qanı tökülməyin əlehinədir,qardaş qanının tökülməsində iştirak etməyəcək,»709″ saylı hərbi hissənin şəxsi heyətini şəxsən tanıyır,bir çox döyüşlərlə onlarla çiyin-çiyinə döyüşüb,onların igid,qoçaq döyüşçülər olmasını bildirmişdir.

Oradaca Ramadan Maqamedov istefa ərizəsini yazaraq Dadaş Rzayevə verib getmişdir.

Budan sonra Dadaş Rzayev»Tufan»əməliyyatının həyata keçməsini Qazax rayonunda yerləşən hərbi hissənin komandiri,o zaman gərək ki podpolkovnik İsa Sadıxova tapşırmış və İsa Sadıxov buna razılıq vermişdir.

«Tufan»əməliyyatının həyata keçməsinin intensiv hazırlıq işləri davam etdirilirdi.

«709″saylı həri hissə ilə yanaşı olan,aralarını yalnız nazik dəmir məftil kəsən 130 saylı hərbi hissənin (R.Maqamedovun tabeçiliyində olmuş və qardaş qanı tökməkdən imtina etmiş) əsgərləri ordan çıxarılmış onların yerinə bu əməliyyatda iştirak etməyə razılıq vermiş hərbi hissələrin əsgərləri,ağır zirehli texnikası yerləşdirilməyə başlanılmışdır.

Bundan əlavə»709″saylı hərbi hissənin ətrafında olan yaşayış binalarının sakinləri köçürülmüş,onların mənzillərində hücumda iştirak edən qüvəllər yerləşdirilmiş,binaların damlarında snayperlər,minamyotlar,qranatomyotlar,ağır pulemyotlar düzülmüşdür.

Hərbi gücün tətbiq edilməsinə hazırlıqla yanaşı Baş Prokuror İxtiyar Şirinov tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı,Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sürət Hüseynovun həbs olunması haqqında sanksiya vermişdir.

Bununla da Azaərbaycan Dövlətinin daxili və onun qoşulduğu Beynəlxalq Qanunların tələbləri kobut şəkildə pozulmuşdur.

Belə ki,Azərbaycan Respublikasının Konstitusiyasının 90-cı maddəsində təsbit olunmuşdur ki,səlahiyyəti müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatının şəxsiyyəti toxunulmazdır.Bu müddət ərzində o,cinayət məsuliyyətinə edilə bilməz,tutula bilməz,onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tədbiq edilə bilməz,axtarışa məruz qala bilməz,şəxsi müayinə edilə bilməz.

Konstitusiyanın həmin maddəsində həmçinin təsbit olunub ki,Azərbaycan Respublikası Milli Məclisinin deputanın toxunulmazlığına yalnız Azərbaycan Respublikasının Baş Prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

Sürət Hüseynovun həbsinə dair Baş Prokuror İxtiyar Şrinov tərəfindən sanksiya verilərkən bu Konstitusion prinsiplərə əməl edilməmiş,onun toxunulmazlığına xitam verilməsinə dair Milli Məclisə Baş prokuror tərəfindən təqdimat verilməmiş,Milli Məclis tərəfindən Sürət Hüseynovun deputat toxunulmazlığına xitam verilməsi haqında qərar qəbul edilməmişdir.

Birləşmiş Millətlət Təşkilatının Baş Assambleyasının»Mülki və Siyasi hüquqlar haqında»16-dekabır 1966-cı il tarixli Beynalxalq Paktın(Azərbaycan Respublikası bu Pakta Milli Məclisin 21 iyul 1992-ci il tarixli 227 nömrəli Qərarı ilə qoşulub)9-cu maddəsində göstərilib ki,hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.Heç kim öz başnalıqla həbs edilə və ya dustaqlıqda saxlanıla bilməz.Heç kim qanunla müəyyən edilən əsaslardan və qanuni prosedura uyğun olmadan heç bir halda azadlıqdan məhrum edilə bilməz.

Qüvvəsi daxili qanunların gücündən də üstün olan bu Beynəlxalq Paktın müddəalarına da əməl edilməmişdir.

Beləliklə AXC-Musavat iqtidarının bəzi rəhbər işçiləri,qanunların tələblərinin ciddi pozuntuları ilə həyata keçirdikləri hücum əməliyyatına hazırlığı tamamlamışdılar.

Artıq 1993-cü ilin iyun ayının 3-ü idi.

Həmin gün 3 iyun1993-cü il tarixində Sürət Hüseynov öz atasının növbəti cümə axşamını verirdi.Bu mərasimdə iştirak edən müxtəlif şəxslər,o cümlədən hərbi güc tətbiq edilməsinin hazırlığında iştirak etmiş və 4 iyun 1993-cü il tarixində hücum əməliyyatlarında iştirak edəcək şəxslər görmüşdülər ki,Sürət Hüseynov yas mərasimindədir və başı yalnız bu işlərə qarışmışdır.

Cümə axşamı mərasimi zamanı yaranmış vəziyyət barəsində hücum əməliyyatının hazırlayan və həyata keçirməyə hazırlaşan qüvvələrin nümayəndələri tərəfindən Sürət Hüseynovla bu barədə danışıqlar aparılmışdır.

Sürət Hüseynov onlara cavab vermişdir ki,iyun ayının 13-də atasının 40-dır,həmin mərasimi yola verdikdən sonra yaranmış problemi qanunlar çərçivəsində istənilən qaydada,sülh yolu ilə həll edilməsinə razıdır.

İqtidar nümayəndələri onun təklifinə razılıqlarını bildirərək cümə axşamı məclisini tərk etmişlər.

Lakin məsələnin sülh yolu ilə həll edilməsində maraqlı olmayan şəxslər,əslində Sürət Hüseynovu aldatmış onun diqqətini yayındırmaq istəmişlər.

Səhərisi 1993-cü ilin 4 iyun günü idi.

04 IYUN 1993 – CÜ IL GƏNCƏ HADISƏLƏRINƏ HÜQUQI VƏ TARIXI BAXIŞ
4 iyun 1993 – cüü il Gəncə hadisləri baş verən zaman mən Gəncə qarnizonu hərbi prokuru vəzifəsində işləmişəm və tutduğum vəzifə ilə əlaqədər bu hadisələrin iştrakçısı olmuşam.
H

əmin hadisələrdən ötmüş 19 il ərzində bu hadisə ilə bağlı müxtəlif fikirlər söylənilmiş, münasibətlər bildirilmişdir.
Təəsüflə qeyd edirəm ki, həmin fikirlərin və münasibətlərin əksəriyyəti tarixi və hüquqi həqiqətlərə deyil, fikir və münasibət müəlliflərinin şəxsi maraqlarından, bu hadisənin onların həyatlarına, tutduqları vəzifələrə və s. Etdiyi təsirlərdən, partiya mənsubiyyətlərindən irəli gələn, şəxsi mülahizələrə, uydurmalara, yalan və böhtanlara söykənmiş subyektiv mövgeləridir.
Bu fikir və münasibət müəlliflərindən çoxu 4 iyun 1993 – cü il Gəncə hadisələrini olduğu kimi yox görmək istədikləri kimi, özlərinin rolunu həmin hadisələr zamanı olduğundan fərqli qoçaqlıq və qəhramanlıq təcəssümü kimi şişirdilmiş təqdim edirlər.
Hadisələrdən ötən 19 il ərzində onlar o qədər yalan və böhtanlar danışmışlar ki, axırda (heç kim yox) özləri bu yalan və böhtanların həqiqət olmasına inanmış, indi də bu yalan və böhtanları həqiqət kimi Azərbaycan Xalqına sırımağa çalışırlar.
Lakin heç kim bilməsədə (əslində hamı bilir), onların özləri yaxşı bilirlər ki, 4 iyun 1993 – cü il Gəncə hadisələri zamanı onlar özlərirni necə aparmış, bu gün ünvanına yalan və böhtanlar yağdırdıqları şəxsin həmin hadisə və sonrakı dövrdə onlara münasibəti və davranışı necə olmuşdur.
Düşünürəm ki, həmin şəxslər, onlara baş ucalığı yox utanc gətirn əməllərinə doğru giymət verməli, yalan və böhtanlardan əl çəkib həqiqəti danışmalıdırlar.
Azərbaycan Xalqı müdrik Xalqdır. Onsuzda ağı — qaradan, doğrunu – yalandan seçə bilir. Yaşlı və orta nəsl bu hadisələri, onun ətrafında, o cümlədən 1993 – cü ilin iyun – iyul aylarında Azərbaycan Respublikasının Milli Məclisində aparılan və televiziya vasitəsi ilə bütün Azərbaycana yayımlanan müzakirələri, Gəncə hadisələri ilə əlaqədər yaradılmış deputat – istintaq komissiyasının rəyini dinləmişlər, görmüşlər və bilirlər.
Yalan və böhtan yayan şəxslərin bu hadisəyə şəxsi münasibətləri isə gənc nəslə istiqamətləndirilmiş, onların beyinlərində çaşqınlıq yaratmaq və həqiqəti bilmələrinin qarşısını almaq məqsədi daşıyır.
Bu cür şəxslərdən olan, 4 iyun 1993 – cü il Gəncə hadisələri baş verən zaman Azərbaycan Respublikasının Baş Prokuroru omuş İxtiyar Şirinovun, Azərbaycan Respublikasının Müdafiə Naziri olmuş Dadaş Rzayevin və Gəncə şəhərində “Tufan” əməliyatına komandanlıq etmiş İsa Sadıqovun resblika kütləvi informasiya vasitələrində (maraqlı müxalifət yönümlü) dərc olunan silsilə məqalələrinə münasibət bildirmək məcburiyyətində qalmışam.
4 iyn 1993 – cu il Gəncə hadisələrinə obyektiv tarixi və hüquqi qiymət verməkdən ötrü həmin tarixdən 7-8 ay geriyə 1992 – ci ilin oktyabr – noyabr aylarına nəzər salmaq lazımdır.
1992 – ci ilin oktyabr – noyabr aylarında Sürət Hüseynovun komandiri olduğu 2-ci Ordu Korpusunun nəzdində 4 min 500 nəfərlik ehtiyat hərbi güvvələrinin yaradılmasına və Seyfəli təlim poliqonuna yerləşdirilməsinə başlanıldı.
Həmin ehtiyat hərbi qüvvələrinin qarşısında belə vəzifələr qoyulmuşdur – 6 ay ərzində intensiv hərbi təlim və hazırlıq keçmək, 1993 – cü ilin yaz-yay aylarında düşmən üzərində hücuma başlamaq, onun müdafiəsini yaratmaq və torpaqların azad edilməsinə nail olmaq.
Nəzərə alaraq ki, qiş şəraitində hücum əməliyyatlarının keçirilməsi müəyyən, çətin dəf olunan problemlərə bağlıdır qərara alınmışdir ki, hücum əməliyyatları 1993 – cü ilin aprel ayından tez başlamasın.
Gözlənilmədən 2-ci Ordu Korpusuna o zamanki Ali Baş Komandan mərhum Prezident Əbülfəz Elçibəyin hücum əməliyatlarının 1993 – cü ilin yanvar ayının ortalarından qec olmayaraq başlanılması barədə müəmmalı əmri daxil olxu.
Sürət Hüseynov korpus komandiri kimi Prezident Əbülfəz Elçibəylə, Müdafiə Nazirliyinin rəhbərliyi ilə danışıqlar aparmış, onları inandırmağa çalışmışdır ki şaxtalı qış mövsümündə hər tərfli qar ortdüyü, temperaturun mənfi 25-30 dərəcə olduğu bir şəraitdə hücum istənilən nəticəni verməyəck. Bütün cəhdlərə baxmayaraq Sürət Hüseynov onları inandıra bilməmişdir, yaxud da inanmaq onların maraqlarına və məqsədlərinə cavab vermədiyi üçün onlar başqa mövqe tutmuşdular (bunun əsl səbəbləri barəsində Azərbaycan Xalqına ətraflı veriləcəkdir). Belə olduğu təğdirdə Sürət Hüseynov istefa ərizəsi vermiş, lakin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən onun istefası qəbul edilməmişdir. Çıxılmaz vəziyyətdə qalan Sürət Hüseynov əmrə tabe oldu.
Hücum üçün hazırlanmış ehtiyyat hərbi güvvələri iki hissəyə bölündü. Onlardan biri polkovnik-leytinant (podpolkovnik) Mehman Səlimovun ümumi komandanlığı altında Ağdam istiqamətində, ikincisi isə general-mayor Zaur Rzayevin ümumi komandanlığı altında Ağdərə istiqamətində göndərildilər.
Xüsusi qeyd etmək istəyirəmki, hücum əməliyyatlarına nə Ağdam, nə də ki Ağdərə briqadaları cəlb edilmişdilər. Onların vəzifələri öz müdafi mövqelərində qalmaları, hücum əməliyyatlarının necə nəticələnməsindən asılı olmayaraq onlara həvalə edilmiş ərazilərin müdafiə edilməsi olmuşdur.
Artıq məlumdur ki, hər iki istiqamətdə başlanılmış hücim əməliyyatları uğursuz nəticələnmiş, itkilər verilmişdir. (Bunun bəzi səbəbləri yuxarda göstərilmişdir. Digər səbəbləri barəsində əlavə bildiriləcəkdir.)
İtkilərin daha çox olmasının qarşısını almaq məqsədi ilə Sürət Hüseynov hücüm əməliyyatları üçün hazırlanmış hərbi güclərinin geriyə öz toplatı yerinə çəkilməsi üçün əmr verdi.
Bu əmr yalniz hücuma keçmiş güvvələrə aid idi Müdafiə mövqelərində durmuş və hücum əməliyatlarında iştirak etməmiş Ağdam və Ağdərə briqadalarına bu əmrin heç bir aidiyyəti olmamışdır.
Beləliklə təsdiqlənir ki, 1993 – cü ilin yanvar – fevral aylarında hərbi əməliyyatının uğursuz nəticələnməsi qabağcadan Sürət Hüseynov qarşı olan qüvvəllər tərəfindən planlaşdırılmış, məqsəddə o olmuşdur ki, Sürət Hüseynovun tabeçiliyində olan hərbi birləşmələrin şəxsi heyətinin döyüş ruhunu sındırmaq, onların sıralarında tərəftarların olması ilə Sürət Hüseynovun kalo və döyüşçülər arasındaki nüfuzuna xələl gətirsin (ətraflı əlavə bildiriləcəkdir).
Bunun üçün çalışan 1992 – 1993 illərdə hakimiyyətdə təmsil olunmuş yüksək ranqlı məmurlar Sürət Hüseynovu Prezident Əbülfəz Elçibəyin nəzərində mənfi obrazda göstərməyə nail olmuşlar.
Bundan Sonra Surət Hüseynova qarşı güclü, məqsəb yönlü təbliğat, təsir və təziq kompaniyasına başlamışdır.
9 fevral 1993 – cu il tarixində Fərəc Quliyev tərəfindən Azərbaycanın Milli Qəhramanı, Milli Məclisin deputatı, Baş Nazirin müavini, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, 2 – ci ordu korpusunun komandiri Sürət Hüseynov Vətən xaini elan edildi.
Bununla əlaqədər uç məsələyə diqqət cəlb etmək istəyirəm:
1. Hələ heç bir təhqiqat, istintaq aparılmadan, Sürət Hüseynovun günahkar olub – olmaması müyyən edilmədən, məhkəmə tərəfindən onun hərəkətlərinə hüquqi qiymət verilmədən, onu Vətən xaini elan etmək Azərbaycan Respublikasının Daxili və Azərbaycan Dövlətinin qoşulduğu və ratifikasiya etdiyi Beynalxalq Qanunların kobud pozulması deməkdir.
2. Ağdam və Ağdərə istiqamətlərində uğursuzluqla nəticələnən hücumdan əvvəllər Laçın və Şuşa rayonları düşmən əlinə
3. Əgər Sürər hüsrynov Vətən xaini hesab edilmişdirsə onda nec olur i, Ağdam – Ağdərə istiqamətlərində hərbi əməliyyantlara komandanlıq etmiş, verilən və tapşlrıqları yerinə yetirə bilməmiş həmin istiqamətlərdə müdafiəyə cavabdehlik daşlyan rütbləri verilmiş və onların vəzifələri boyüdülmüşdür.
Qeyd olunan olunan bir daha onu təsdiqləyir ki, o zaman iqtidarda olmuş AXC – Musavat çütlüyünün rəhbərlərinin hərəkətləri (bu həmin partiyanın sıravi üzvlərinə aid deyil, çünki onların əksəriyyəti vətənpərvər insanlardır) yalnız Sürət Hüseynova qarşı və onun əlehinə yönəldimişdir. Bunun da əsasını paxıllıq, şəxsi münasibətlər zəminində yaranmış düşmənçilik və dözümsüzlük təşkil etmişdir.
Sürət Hüseynov Vətən xaini adlandırılmış, ona qarşı təbliğat və təziqlərə başlamış o zamanki dövlət məmurları anlamamışlar — əgər Sürət Hüseynov Vətən xainidirsə, onda onu Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin etmiş Prezident Əbülfəz Elçibəy kimdir?
Əslində bu hərəkətlər Sürət Hüseynovla bərabər pərdələnmiş formada Prezident Əbülfəz Elçibəyə qarşı yönəldilmişdir.
9 fevral 1993 – cü il tarixindən, yəni Fərəc Quliyevin Sürət Hüseynovu Vətən xaini adlandırdıqdan sonra, cinayət işi başlanılmış, respublikanın güc strukturlarının silahlı dəstələri Gəncə şəhərində toplanmağa və Sürət Hüseynova qarşı hərbi əməliyyat aparmaq üçün hazırlıqa başladılar.
Hakimiyyət tərəfindən bu əməliyyatlara o zaman Azərbaycan Respublikasının Daxili İşlər Naziri olmuş İsgəndər Həmidov başçılıq edirdi.
Həmin hadisələrin şahidləri yaxşı bilirlər ki, əgər qarşı durma o zaman hərbi toqquşmaya gətirib çıxarsaydı itkilər 1993 – cü ilin iyun ayının 4 – dəkindən qat – qat çox və daha ağır olacağdı.
Lakin Gəncə şəhərinin ağsaqqalarının Azərbaycan Xalqının ziyalılarının, nüfuzlu insanların, o cümlədən xüsusi nüfuz və hörmət yaranmış mərhum İsmayıl Şıxlının və mərhum Tofiq Bağırovun yorulmaz səyləri nəticəsində silahlı toqquşmaların qarşısı alındı, 27 mart 1993 – cü il tarixində İsgəndər Həmidov Gəncə şəhərinə gəldi və Sürət Hüseynovla onun arasında barışıq əldə olundu.
Hökümət rəsmiləri Fərəc Quliyevin Sürət Hüseynovun Vətən xaini olmasına dair bəyanatını rəsmi tərkib etdilər və bildirdilər ki, bu Fərəc Quliyevin şəxsi fikiridir və Dövlətin münasibətini əks etdirmir.
Sürət Hüseynov komandanı olmuş 2 – ci Ordu Korpusunun bütün hərbi ləvazimatını və digər əmlakını Prezident Əbülfəz Elçibəyin 2 – ci Ordu Korpusuna yeni komandir təyin etdiyi general – mayor Rafiq Ağayevə təhvil verdi, mülki şəxs və adi vətandaş kimi öz evində yaşamağa başladı.
Rafiq Ağayevin komandiri təyin edildiyi 2 – ci Ordu Korpusunun dislokasiya yeri dəyişdirilərək Fizuli istiqamətinə keçirildi.
Eyni zamanda Ağdərə briqadasının komandiri polkovnik Nəcməddin Sadıqova general – mayor rütbəsi verilmiş və o, dislokasiya yeri Ağdərə — Kəlbəcər istiqamətləri müəyyənləşdirilmiş 1 – ci Ordu Korpusunun komandiri vəzifəsinə təyin edilmişdir.
Bu ərəfədə Sürət Hüseynov mülki vətəndaş kimi Bakı şəhərində olmuş, Dövlət və Hökümət rəsmiləri ilə görüşmüş və ona şəxsi adlı silah verilmişdir.
Bundan əlavə həmin vaxt , uğursuzluqda nəticələnmiş 1993 – cü ilin qış (yanvar – fevral ayları) əməliyyatları ilə bağlı Azərbaycan Respublikası Baş Hərbi Prokurorluğu tərəfindən başlanılmış cinayət işinin istintaqı davam edirdi.
Aparılmış istintaqla müəyyən edilmişdir ki, Sürət Hüseynovun müdafiədə dayanan Ağdam və Ağdərə briqadalarına aid olmayan, hücum əməliyyatlarını həyata keçirən ehtiyyat hərbi güvvələrinin hücum alınmadığına görə geriyə, öz toplantı yerinə qaytarılmasına dair əmri zərurətdən irəli gəlmiş tələfatın artmasının qarşısını almaq məqsədi daşımış, hərbi qanunvericilik və strategiya çərçivəsində verilmişdir.
Hərbi prokurorluğda aparılan istintaqla yanaşı Azərbaycan Respubliksı Prezident mərhum Əbülfəz Elçibəy tərəfindən Müdafiə Nazirliyinin Baş gərargahının rəisi, sonralar Prezidentin hərbi Məsləhətlər üzrə Dövlət müşaviri olmuş general Nürəddin Sadıqovun rəhbərliyi altında yaradılmış Hərbi – Ekspert komissiyası da araşdırma apardı.
Prezident Əbülfəz Elçibəyin iştirakı ilə Prezident aparatında keçirilmiş Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının iclasında general Nürəddin Sadıqov Hərbi – Ekspert Komissiyasının rəyini elan etdi.
Həmin rəyə əsaslandırılmış şəkildə sübuta yetirilmişdir ki, ehtiyyat hərbi güvvələrinin geriyə çağırılmasına dair şəxsi maraqlarına xidmət edən başqa səbəblər axtarmaq lazım deyiı. Bununla da məsələyə o zaman belə nöqtə qoyulmuşdur.
Həmin dövürdə İxtiyar Şirinov Azərbaycan Respublikasının Baş Prokuroru Dadaş Rzayev isə Müdafiə Naziri olmuşdur. Sual yaranır – nədən İxtiyar Şirinov Baş Prokuror kimi, Dadaş Rzayev isə Müdafiə Naziri kimi məsələnin bu cür həllinə etiraz etməmiş, indi mətbuatda söylədiklərini 19 il əvvəl xalqa çatdirmamışlar ?
Düşünurəmki lazımdır ki, həmin hadisələrdən 19 il keçdikdən sonra bu məsələni həqiqətin ziddinə olan rakursda göstərmək, yalan və böhtanlar uydurmaq kimə, nəyə və niyə lazımdır,nə məqsədi daşıyır.
Yuxarıda qeyd etdiyim kimi, 1993 – cü ilin mart ayının 27 – dən Sürət Hüseynov hərbi işlərdən uzaqlaşmış, əhalinin əksəriyyəti kimi mülki şəxs və vətandaş qismində öz evində yaşamağa başlamışdır.
Həmin ərəfədə Kəlbəcər rayonu ətrafında vəziyyət həddindən artıq ağirlaşmışdır.
Dövlətin bütün gücünü, vəsaitini səfərbər edib Kəlbəcər rayonunun müdafiəsinə yönəltmək əvəzinə AXC – Musavat çütlüyün bu gündə sağ olan və o zaman Dövlət Parlament və Hökümət Strukturlarında yüksak vəzifə sahibləri olan şəxlər, Müdafiyə Nazirliyinin rəhbərləri bu istiqamətdə heç bir tədbir görməmişdilər.
Özlərinin Dövlət, Parlament və Hökümət orqanlarının vəzifəli şəxsləri kimi yararsızlıqlarını gizlətmək məqsədi ilə onlar yeni intriqaya və provokasiyaya əl atdılar.
Sürət Hüseynovla hərbi münaqişəyə, qardaş qanını tökməyə getməyən İsgənfər Həmidova bunu bağışlaya bilməyən həmin şəxslər Kəlbəcərin işğal olunması ərəfələrində onun Azərbaycan Respubliksı Daxili İşlər Naziri vəzifəsindən azad edilməsinə nail oldular. Bununla da mərhum Prezident Əbülfəz Elçibəy hakimiyyətinin dayaqlarından birini kökündən baltaladılar, həmçinin mərkəzi hakimiyyətin daha da zəifləməsinə səbəbkar oldular.
“Azadlıq” qazetinin 7 iyun 2012 – ci il tarixli sayında İxtiyar Şirinov və Dadaş Rzayevin “Gəncə qiyamı 19 il əvvəlki çevirilişdə sənədlərlə baxış” başlıqi altında maqaləsi dərc edilmişdir.
Həmin məqaləni oxuduqdan sonra müəlliflərin əvəzinə təəsüf hissi (yumusaq desək) keçirməmək olmur. Onlar Azərbaycan Xalqını (və yaxud bu qazeti oxuyanlar) nə qədər avadsız, həqiqətə və yazılanlara doğru qiymət verə bilməyən insan hesab edirlər.
Belə ki, məqalənin mətnindən birmənalı olaraq onların nə qədər yalan və böhtan danışmaları açıq – aşkar görünür.
Məqalədə yazılıb: Sitat “27 martda Gəncəyə deputatlar İsmayıl Şıxlı və Tofiq Bağırov göndərilir. Onlar S. Hüseynovu hərbi hissəni təhvil verməyə razı salırlar. Bundan sonra prezidentin sərəncamı ilə S. Hüseynov “Azəryun” dövlət şirkətinin prezidenti təyin edilir” Sitatın sonu.
Beləliklə məqalə müəlliflərinin özləri etiraf edirlər ki, 27 mart 1993 – cü il tarixindən Sürət Hüseynov hərbi məsələrdən uzaqlaşır və mülki həyata başlayır.
Daha sonra məqalədə göstərilib: Sitat “D. Rzayev S. Hüseynov könüllülərin yığılmasında kömək edə bilmə təklifini nəzərə alıb, Prezidentin razılığı 1 apreldə “709” saylı hərbi hissənin yaradılması əmrini verir” Sitatın sonu.
Məqalə müəllifləri düşünmürlərmi ki, Azərbaycan Xalqı (və ya bu qazeti oxuyanlar) onlara belə suallar verə bilərlər ?
1. Əgər (məqalə müəlliflərinin dediyinə görə) 1992 – ci ilin iyun ayından başlayaraq Sürət Hüseynov və onun könüllü döyüşçüləri Mərkəzi hakimiyyətə itaətsizlik göstərdilərsə və yalnız 9 aydan sonra Sürət Hüseynovu hərbi məsələlərdən uzaqlaşdıra bilmişdirsə, Sürət Hüseynov yenidən hərbi işlərə cəlb etmələrin əsl səbəbləri nə olmuşdur ?
2. Əgər Sürət Hüseynov komandiri olduğu hərbi hissəni (2 – ci Ordu Korpusu) 27 mart 1993 – cü il tarixində təhvil verməyə razı olmuşdursa, bundan sonra o mülki işə təyinat almışdırsa, 3 gün sonra yeni “709” saylı hərbi hissənin yaradılması və onun faktiki tabeçiliyinə verilməsi nə məqsəd daşıyırdı ?
3. Prezident Əbülfəz Elçibəyi 3 gün ərzində bir birinə zidd olan və kəskin fərqlənən – Sürət Hüseynovu “Azəryun” dövlət şirkətinin prezidenti vəzifəsinə təyin edilməsinə dair sərəncamı və “709” saylı yeni hərbi hissənin yaradılmasına və Sürət Hüseynovun faktiki tabeçiliyinə keçməsinə razılıq verməsinə kim və ya nə vadar etmişdir ?
4. General Rafiq Ağayevin komandiri olduğu 2 – ci Ordu Korpusunun, general Nəcməddin Sadığovun komandiri olduğu 1 – ci Ordu Korpusunun, Fərman Hacıyevin komandiri olduğu Daxili Qoşunların, digər güc strukturlarının hərbi birləşmələrinin, AXC – Musavat özlərini tabeçiliyində qeydiyatda olmayan hərbi dəstələrinin mövcud olduğu halda, yeni “709” saylı kiçik hərbi hissənin yaradılmasına və Sürət hüseynovun tabeçiliyinə verilməsinə nə lüzum və ehtiyac var idi ?
5. Nədən yeni hərbi hissənin yaradılması 1 – ci və ya 2 – ci Ordu Korpuslarının komandanlığına, Daxili Qoşunların yuxarıda qeyd edilmiş digər qanuni və ya qeyri – qanuni silahlı dəstələrin rəhbərliyinə yox, məhz Sürət Hüseynova havalə edilir ?
6. Dadaş Rzayev Müdafiə Naziri, Sürət Hüseynov isə “Azəryun” dövlət şirkətinin prezidenti olduğu halda onların görüşləri harada, nə vaxt, kimin təşəbbüsü ilə baş tutmuş, hansı zərurətdən irəli gəlmişdir ?
7. Nədən Müdafiə Naziri Dadaş Rzayev buraxılmış və cəmi 3 gün oncə tərkisilah edilmiş, qorxduqları və ehtiyyat etdikləri Sürət Hüseynovun yeni hərbi hissə yaradılması və onun tabeçiliyinə verilməsinə dair təklifini gəbul etmiş və buna Prezident Əbülfəz Elçibəyin razılıqını almışdır ?

Bütün bu suallar cavab tələb edir, yalan və uydurmalar yox, doğru, obyektiv, gərəzsiz və düz cavablar.

Yusifov Rövşən Mahmud oğlu

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники