Modern.az saytında Milli Qəhraman Maşallah Abdullayevin maraqlı müsahibəsinə rast gəldim. Şəxsən tanıdığım və indiyə qədər hörmətini saxladığım Maşallah müəllimin bəzi fikirləri məndə təəsüf yaratdı. Buna baxmayaraq, qeyd etməliyəm ki, müsahibəsində M. Abdullayev Şaumyanın alınması, bütövlükdə 1992-ci il Azərbaycan Ordusunun yay hücumu və bu münasibətlə Milli Qəhraman adının necə verilməsi ilə bağlı müəyyən məsələlərə aydınlıq gətirmiş...