Ağdamın növbəti “qara yubileyi” ilə bağlı “Həftə içi” qəzeti və saytımızda dərc olunmuş “Ağdamın işğalı barədə ilginc faktlar – 7 şahidin dili ilə” yazısı ətrafında keçmiş döyüşçü və siyasilər arasında müzakirələr davam edir. O dövrdə baş nazir Surət Hüseynovun müavini olmuş eks-spiker Rəsul Quliyevin Qarabağın, o cümlədən Ağdamın işğalında ermənilərdən çox, azərbaycanlıları qınaması döyüşlərdə fəal...