1991-ci ilin sonlarından 1992-ci ilin iyununa qədər Ermənistan hərbi birləşmələri Azərbaycanın Ağcakənd, Xocalı, Şuşa və Laçın rayonlarını, Qarabağın azərbaycanlılar yaşayan bir çox kənd və qəsəbələrini işğal etmişdilər.
Ancaq 1992-ci ilin mayında Azərbaycanın vətənpərvər və qeyrətli oğulları silaha sarılaraq, amansız düşmənə qarşı birləşib, sinə gərmiş və Qarabağ və ətraf rayonların böyük hissəsini azad etmişdilər.
Səhifəmizdə 12 iyun 1992-ci ildə Azərbaycan Ordusunun başladığı və 4 ay ərzində keçirdiyi uğurlu hücumların 21 illiyinə həsr olunmuş sənədli materialları paylaşacağıq.
Bu materiallara baxıb, hər kəs illərdir ki, onu narahat edən “doğurdandamı biz döyüşkən millət deyilik?”, “həqiqətənmi mənfur qonşularımız bizdən güclüdürlər?” sualarına cavab tapa bilər.