254045_10150199741899064_688874_n

23 may 1993 — cü ildə Azərbaycan Rusiyanın vasitəciliyi ilə Ermənistan və qondarma “DQR”ilə gizli “Böyük Sülh Sazişi” bağlamışdır. O zaman məxfi saxlanılan bu Sazişin qüvvəyə minməsinin şərti Sürət Hüseynovun və 709 saylı hərbi hissənin məhv edilməsi idi. Bu şərt bənd kimi Ermənistan və qondarma “DQR” tərəfindən Sazişə daxil edilmişdir. Lakin ermənilər qarşı tərəfdən bu bəndin həyata kecirilməsində əməli fəaliyyət görməyincə Sazişi imzalamaqdan boyun qacırırdılar. Sazişi imzalayan Pənah Hüseynovun təkidi ilə 25 may 1993-cü ildə Bakıda Təhlükəsizlik Şurasının növbədənkənar müşavirəsi kecirildi. Müşavirənin gündəmində bir məsələ var idi Sürət Hüseynovun və 709 saylı briqadanın güc tədbiq etməklə məhv edilmələri. Iclasda Sürət Hüseynovun və 709-un başqa cür zərərsizləsdirilməsi haqqında təklif belə irəli sürülməmişdi. Gəncədə güc əməliyyatının kecirilməsi haqqında qərar yekdilliklə qəbul ediləndən sonra bu haqda erməni tərəfi məlumatlandırılmışdı. Yalnız bundan sonra, 26 may 1993-cü ildə Ermənistan və “DQR” Böyük Sülh Sazişini imzalamışlar.

25 mayda Təhlükəsizlik Şurasının qərarına əsasən Baş Nazir Pənah Hüseynovun, MM sədri Isa Qəmbərin və Müdafiə Naziri Dadaş Rzayevin başçılığı ilə Gəncə şəhərində “Tufan” kod adlı əməliyyat planı hazırlandı. Plana əsasən Sürət Hüseynov və 709 saylı briqadanın hərbi qulluqcuları fiziki məhv edilməlidilər.

            (cinayət işinin materiallarından)

4 ıyun 1993-cü ıldə Bakıda Daxili işlər Naziri Abdulla Allahverdiyevin xidməti kabinetindən İsa Qəmbər və Pənah Hüseynovun ümumi rəhbərliyi, Gəncə şəhərində Dadaş Rzayevin və İsa Sadiqovun bilavasitə rəhbırliyi və komandanlığı altında, Surət Hüseynov və 709 saylı hərbi hissənin məhvinə yönəldilmiş “Tufan” əməliyyatı başlandı.

Bu əməliyyatın həyata keçirilməsinə cəlb olunmuşdu
Müdafiə Nazirliyinin hərbi birləşmələrinin şəxsi heyəti.
Müdafiə Nazirliyi nəzdindəki və yerlərdə olan hərbi-birləşmələrin ağır zirehli texnikası.
Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrdən ağır artileriya topları və “Qrad” qurquları.
Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri.
Prezident qvardiyası.
Fəhmin Haciyevin komandanliğı ilə Daxili qoşunlar.
Daxili İşlər Nazirliyinin və onun yerlərdəki şöbələrinin şəxsi heyəti.
Daxili İşlər Nazirliyinin yüksək rütbəli vəzifəli şəxsləri.
Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıdəstələri.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Daxili Qoşunların nəzdindəki aviyasiya o cümlədən vertalyotlar.
Bakı şəhərində yerləşən Hərbi məktəblərin kursantları.
Hərbi dıniz qüvələrinin matrosları.
Hərbi dəniz qüvvələri Həbi uçilişasının kursantları.

14. Polis akademiyasının kursantları.
Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstələri.
Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli, vəzifəli şəxsləri.
Baş Prokurorluğun xüsusi təşkil edilmiş istintaq-əməliyyat qrupları.
Bakı Bələdiyyə polisi.
Neft qurgularının mühafizə dəstələri.
Mülki müdafiə quvvələri.
Ədliyyə Nazirlinin əməkdaşları, o cümlədən cəzaçəkmə müəssisələrinin zabit və əskərləri.
Sərhəd qoşunları və s.

Bütün bu qüvvələr Dadaş Rzayevin, İsa Sadiqovun və Fəhmin Haciyevin əməliyyat tabeçiliyinə verilmişdi.

Hücum əməliyyatına bilavasitə komandanlıq İsa Sadiqova tapşırılmışdı.

709-cu briqadanın bilavasitə qonşuluğunda yerləşən 130 saylı h/h-nin komandiri polkovnik Ramadan Maqomedov qardaş qanının tökülməsinə etiraz etdiyinə görə, onun briqadası daimi dislokasiya yerinden 3 iyunda köçürüldü. Həmin gün orada, əməliyyatda iştirak etmək üçün Gəncəyə gətirilmiş Milli Qvardiyanın qüvvələri və Qazax briqadasının canlı qüvvə və zirehli texnikası yerləşdirildi. Iyunun 3-ü gecədən başlayaraq 709 saylı h/h yuxarıda göstərilən qüvvələr tərəfindən 4-ü səhər tezdən tam mühasirəyə alındı.

4 iyun 1993-cü il seher saat 05/30 radələrində “Tufan” əməliyyatına start verildi.

İsa Sadiqovun əmri ilə 130 saylı hərbi hissənin ərazisindən 709 saylı hərbi hissənin ərazisinə, orada olan metal çəpəri əzərək ağır T-72 tankı ve PDM keçmiş, 709 – hərbi hissənin hələ yuxuda olan əsgərlərinin yatdığı kazarmanı yandırmış və darma-dağın etmişdir. Kazarmada olan əsgərlər arasında ölən və yaralananlar olmuşdur. 709 saylı h/h-nin şəxsi heyəti “ Hərbi hissəyə hücum” təbili ile qaldırıldı və döyüş mövqelərini tutdu. Briqadanın komandiri Eldar Əliyevin əmri ile Tank ve PDM-e atəşin açılması qadağan edilmiş, 709-un hərbiçilərinə təxribatlara uymamaq əmr edilmişdi. Tank və PDM gəldiyi yolla qayıtmışlar.

Səhərki hücumun “uğurla” keçməsindən cəsarətlənərək, Isa Sadıxov səhər saat 9.00-da köməkçisilə bərabər 709 saylı h/h-yə gəlmiş və briqada komandiri Eldar Əliyevə Müdafiə Naziri Dadaş Rzayevin 709-cu briqadanın dərhal təhvil verilməsi haqqında yazılı əmrini təqdim etmişdi. Eldar Əliyev səhərki insidentlə bağlı və əmrin bu şəkildə icrasına etiraz edib. Hər ikisi peşəkar hərbiçi olduqlarından, hərbi hissənin təhvil- təslim prosedurunu yaxşı bilirdilər. Müdafiə Naziri “709” saylı hərbi-hissənin buraxılmagini istəyirdisə, onda qanunvericiliyin tələbinə görə hərbi hissənin buraxılmasına dair əmri hərbi hissəyə təqdim etdikdən sonra 35 gün gözləməli, bu müddət ərzində yuxarıda göstərilən hərəkətlərin həyata keçrilməsindən ötrü müəyyən tədbirlər görməli (komissiayalar yaratmalı, inventorizasiya aparmalı və s .) və 35 gündən sonra yekun aktı tərtib olunub imzalanmalı idi.

Belə ki, Azərbaycan Respublikasının Qanuni ilə təsdiqlənmiş, “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin” 59-cu bəndində göstərilib ki,

-hərbi hissənin təhvil-təslimi şəxsən böyuk komandirin (rəisin) nümayəndəsinin iştiraki ilə aparılmalıdir.

-İşlərin və vəzifələrin təhvil-təslimi üçün böyük komandirin (rəisin) əmri ila böyük komissiyalar təyin edilməli və bu komissiyalar ayri-ayrılıqda hərbi hissədəki ümumi vəziyyəti, sillahların, döyüş texnikasının və digər texnikanın döyüş sursatının sayını, vəziyyətini və uçotunu , həmçinin hərbi hissənin qoşun təsərrüfatının vəziyyətini yoxlayıb aktlar tərtib etməlidirlər.

-İşlərin və vəzifələrin təhvil-təslim aktında hərbi hissənin siyahı ilə və mövcud tərkidi, şəxsi heyətin mənəvi vəziyyəti, hərbi intizamın, döyüş və içtimayi –siyasi hazırlığın, döyüşə və səfərbərliyə hazırlığın vəziyyəti gösrərilməlidir.

-Silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının təhvil-təslim aktında onların sənədlərə görə və faktiki sayı, keyfiyyəti və texniki vəziyyəti, qorunub saxlanılması şəraiti göstərilməlidir.

-Qoşun təsərrüfatının təhvil-təslim aktında mənzil-məişət şəraiti, binaların qurquların, inventarların, avadanlıqların olması və vəziyyəti cari-toxunulmaz ehtiyat məqsədli,ərzaq,geyim, texnika və digər əmlakın, həmçinin pul vəsaitinin olması, vəziyyəti, uçotunun aparılması,saxlanılma qaydaları və şəraiti göstərilməlidir.

Bundan əlavə digər dəqiq hərəkətlər, uzun vaxt tələb edən hesablama aparılmalı, müxtəlif aktlar tərtib edilməli, nəticədə də yekun akt komissiyanın üzvləri və aidiyyəti şəxslər tərəfindən imzalanmalıdır.

Göründüyü kimi çox uzun müddətli bir prosesdir. Bu səbəblərdən qanun vericilik hərbi hissənin buraxılması müddətlərini dəqiq müəyyənləşdirmişdir.

Yuxarıda qeyd etdiyim kimi Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 61-ci bəndinə əsasən işlərin və vəzifələrin təhvil-təslimi üçün müddətlər aşağıdakılardır.

—briqada komandiri üçün — 10 gün müddətində

— briqada komandirinin arxa xidməti üzrə — 20 gün müddətində müavin üçün

—tabur və bölük komandirləri üçun – 5 gun ərzində.

Beləliklə , hərbi hissə buraxılarkən birinci olaraq tabur və bölük komandirləri – 5 gün ərzində, bundan sonra briqadanın tərkibindəki bütün tabur və bölük üzrə ümumiləşdirmə aparan briqada komandirirnin arxa xidmət üzrə müavini — 20 gun erzində və nəhayət bütün bunlardan sonra briqada komandiri 10 gun ərzində işləri və vəzifələri təhvil-təslim edir, aktlar tərtib olunur imzalanır, yəni bir hərbi –hissənin işlərini və vəzifələrini təhvil təslim edilməsindən ötrü 35 gün vaxt tələb olunur.

Bu əmr I. Sadıxov tərəfindən E. Əliyevə təqdim olunanda 709-un zabitləri də iştirak edirdi. Isa Sadıxov özünün səhərki insidentdən xəbərsiz olduğuna zabitlərə inandırmaq üçün, hətta 709-un zabitlərilə səhər yeməyini birlikdə yeyib, onlarla çörək kəsmişdir. Eldar Əliyev bu zaman Surət Hüseynovu yaranmış vəziyyət, yəni səhərki hücum, ölən və yaralananlar haqda və təslim olmaq tələbi barədə məlumatlandırır. Surət Hüseynov dərhal 709 h/h-yə gələcəyini ona deyib.

Bu hücum zamanı Sürət Hüseynov 709 saylı hərbi hissədə yox idi. O bir gün öncə atasının növbəti cümə axşamını verdikdən sonra anası, ailəsi, uşaqları ilə birlikdə özünün ata evində qalmışdı. Sürət Hüseynov dörd nəfərdən ibarət bir mühafizə dəstəsinin müşahidəsi ilə ata evindən çıxıb hərbi hissə istiqamətində “Niva” markalı avtomobillə hərəkət etməyə başladı. Yollarda qoyulmuş blokpostlardan birində Sürət Hüseynov olan maşını saxladılar. O maşından düşüb saxlanılmasının soruşduqda, bu barədə ona heç bir cavab verilmədən onun hərəkət etməyinə icazə verilmişdir. Digər postlarda da maşında məhz Sürət Hüseynovun olmasını görmələrinə baxmayaraq, onu saxlamağa cəhdlər edilməmiş və ona hərbi hissəyə getməyə imkan yaradılmlşdır ???

Surət Hüseynov evdən uzaqlaşandan dərhal sonra onun evi ateşe tutulmuşdur. Evin mühafizeçilerile MTN-nin ve Milli Qvardiyanın xüsusi təyinatlı dəstələri arasında güclü atışma baş vermişdir. Tam əminliklə deyə bilərək ki, bu zaman Sürət Hüseynov artıq evdə yoxdur, o “709” saylı hərbi hissənin ərazisindədi, “ Tufan” əməliyyatının rəhbərlərinin əmr və tapşırıqlarina əsasən Sürət Hüseynovun yaxınlarının olduğu evə hücuma başlanıldı.
Sürət Hüseynovun qohum-əgrəbəsinin olduğu evi mühafizə edən kiçik bir dəstə, onlardan 10 dəfə çox olan güvvələrinin hücumunun qarşısını ala bildilər və onları geri çəkilməyə məcbur etdilər. Hər iki tərəf təlafat verdi.

S. Hüseynov maneəsiz 709 sayli h/h-nin ərazisinə daxil olmusdur.Sürət Hüseynov əmri alıb İsa Sadıxovun üzünə bir şillə vuraraq dedi ki, — Alçaqlar, olmazdımı ki, əmri, hücum etməmişdən, qardaş qanı tökməmişdən, dağıntılar, ölənlər olmamişdan qabaq verərdiniz, çatdırardınız və gözləyərdiniz ki, hərbi hissənin sizə təhvil verək. Nədən belə etmədiniz? İsa Sadıxov heç bir cavab vermədi. — Çünki sizin məqsədiniz hərbi hissənin təhvil almaq deyil, məqsədiniz hamımızı fiziki cəhəddən məhv etmək olmuşdur. Bu qədər güvvəni buraya niyə gətirmisiniz, sizin ki bu qədər gücünüz var, nədən onu ermənilərin üstünə yox, bizim üstümüzə gətirmisiniz, niyə gedib ermənilərlə vuruşmursunuz? S. Hüseynov onu zirzəmiyə salmağı əmr etdi. Bir müddət (20 dəqiqə) sonra isə buraxılmasını əmr etdi.

Isa Sadıxov buraxılıb, 709-un nəzarət-buraxılış məntəqəsindən bayira cıxan kimi, yolun o biri tərəfində 709-un nəzarət-buraxılış məntəqəsilə üz-üzə dayanan, Qazax briqadasına məxsus PDM-ə əliylə dərhal nəzarət-buraxılış məntəqəsinə ateş acmasına əmr etdi. PDM-in topundan açılan ateşlə 709-un nəzarət- buraxılış məntəqəsində xidmət edən növbətçilərin ikisi öldürüldü, üçü isə ağır yaralandı. Bununla da saat 9.50-dən 709 saylı briqadanın ərazisi zirehli texnikalarla, qumbaraatanlarla, minaatanlarla, toplarla, tanklarla, pulemyotlarla güclü atəşə tutuldu.
Dadaş Rzayev və İsa Sadıqovun başçıliq etdikləri qoşunların ikinci, saat 09:50- başladıqları hücum əvvəlkindən güclü olması və uzun müddət davam etməsi ilə fərqlənirdi. Burada daha böyük qüvvələr, o cümlədən canlı qüvvə və texnika iştirak etmişdi.

Atəş səslərini eşidən və səhərdən qardaşı və yoldaşları ile özünü h/h-yə çatdıran Gəncə şəhər Xalq Cəbhəsinin yaradıcılarından ve fəal uzvlərinden biri olan Mehman Ələkbərov iki döyüşən qüvvənin arasına əlində ağ bayraq girərək, “Qardaş qanı tökməyin “ deyə-deyə atəşi dəyandırmağa səsləyirdi. Bu zaman İsa Sadiqovun komandanlıq etdiyi briqadanin əskərləri tərəfindən atəş açıldı, Mehman Ələkbərov və onun atəş altından çıxartmağa çalışan Mehman Cəfərovu qətlə yetirdilər.

Kim idi Mehman Ələkbərov ?

Mehman Ələkbərov Azərbaycan Xalq Cəbhəsinin üzvü və Gəncə batalyonunun komandiri idi. Xalq Cəbhəsinin üzvü olmasına baxmayaraq heç vaxt siyasi intriqalarda iştirak etməmişdi, çətin və şərəfli döyüş yolu keçmişdir. Ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş, dəfələrlə yaralanmışdır. Sürət Hüseynovun rəhbərliyi altında ermənilərə qarşı neçə-neçə uğurlu döyüşlər aparmış, qələbələr çalmışdı. 1992-ci ilin iyul ayında ABŞ, Fransa, Suriya, Livan muzdlularından, sovet-əfqan müharibəsinin rus-erməni veteranlarından təşkil edilmiş erməni hərbi qüvvələrinin ən elit və yüksək döyüş qabiliyyətli bölməsi olan “Arabo” hərbi birləşməsini tam məhv etmişdi. Mehman Ələkbərov iki dəfə Azərbaycan Milli Qəhrəmanı adına təqdim edilmişdi, lakin əsl qəhraman olmuş və qəhrəmancasına ölən Mehmana təəssuf ki, bu günə qədər bu ad verilməmişdir.

Saat 9.50-də başlamış bombardman 12.50 qədər siddətlə və fasiləsiz davam etmişdi. 709-un döyüsçüləri onlara qarşı cəhd edilən butun hücumları dəf etmişlər. Eyni zamanda dörd tərəfdən mühasirədə olan 709 saylı hərbi hissə hər tərəfdən qumbaraatanlar, minaatanlar, pulemyotlardan atəşlərə tutuldu. Təxminən 3 saat davam edən intensiv döyüş nəticəsində 709 saylı hərbi hissənin əsgərləri bütün hücumların və həmlələrin qarşısını ala bildilər. Hər iki tərəf itkilər verdilər.

Şəhər tərəfdən Gencə əhalisi evlərindən çıxıb 709 saylı h/h-nin müdafiəsiə və qardaş qanının tökülməsini dayandırmaq üçün 709-a axışmağa başladılar. Kütlənin səsi atəşin səsini üstələdi. Qumbaraatanların və pulemyotların atəşi səngidi, hücuma gələn qoşunlar qısa fasilə verdilər. Bu andan istifadə edən 709-un təcrubəli döyüşçüləri fürsəti əldən vermədən, 130 saylı h/h-nin ərazisində mövqe tutan qüvvələrin üzərinə hücum edərək, onları tərkisilah etdilər. Dadaş Rzayev və Isa Sadıxov rəhbərlik etdikləri qüvvələri atıb, biabırcasına qaçdılar. Bakıdan, “Tufan” əməliyyatının rəhbərlərindən və digər rəsmi qurumlardan ardı-arası kəsilməyən zənglər gəlirdi ki, haradadır Dadaş Rzayev, haradadır İsa Sadixov? Gördum deyən olmadı.
Sürət Hüseynova sadiq güvvələr qarşı tərəfi tam məglubiyyətə uğratdılar, hərə bir tərəfə qaçıb canını qurtarmağa çalışırdı. Ətraf dolu atılmış silah-sursat idi. Qaçıb gizlənənlərdən başqa 1800 nəfərə qədər əsgər, zabit,yüksək rütbəli və vəzifəli şəxslər də əsir götürüldü. Saat 14.30-da “Tufan” əməliyyatı artıq bitmişdi.
Vəsigəsini, içində vacib sənədlər olan diplomatını atıb qaçmaq istəyən Respublikanın Baş Prokuroru İxtiyar Şirinov, Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini Sülhəddin Əkbərov, Kənd Təsərrüfatı Naziri Tofiq Bayramov, Daxili İşlər Nazirinin müavini Qabil Məmmədov və digərləridə əsir göturuldülər.
Çiynindəki paqonlarını və bununlada zabit şərəfini söküb atan Fəhmin Hacıyev xidməti vəsigəsini tullayıb köl-kos arasından sürünə-sürünə qaçıb canını qurtara bilmişdir.
Böyük miqdarda hərbi texnika, silah-sursat, artileriya qurğuları yiyəsiz qalmışdır. Sürət Hüseynovun tapşırığı ilə bütün bu silah-sursat bir yerə toplanıldı, cəbhə bölgəsindən çıxarılmış hərbi texnika, lazımı istintaq-əməliyyat tədbirləri aparıldıqdan sonra həmin hərbi hissələrə qaytarıldı, əsir götürülmüş əsgərlərdən izahatlar alınmağa və lazımı istintaq hərəkətlərinin aparılmasına başlanıldı. Gəncə qarnizonu hərbi prokurorluğu tərəfindən cinayət işi başlanaraq istintaq hərəkətləri həyata keçirildi.
Bu 4 iyun 1993-cü ildə Gəncə şəhərində baş vermiş hadisələrin qisa xronologiyasıdir. 4 iyun 1993-cü ildə baş vermiş və yuxarıda əks olunmayan o cümlədən Prezident qvardiyası ilə, Gəncə aeroportuna hücum ilə və s. məsələlərlə bağlı cinayət işinin materiallarına əsasən sənədli araşdirma növbəti saylarımızda. Ardı var!

Rövşən Yusifov

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники