nazim-b3-160x1504 iyun 1993-cü ildə AXC iqtidarında olan bir qrupun Gəncədə 709 briqadaya və mülki vətəndaşlara qarşı törətdikləri qanlı təxribatın əsl səbəbi- deputatların, Ali Sovetin sessiyasını Gəncədə keçirmək təşəbbüsü olmuşdur.

(Və ya bir hadisəyə “qiyam, qiyam” deməklə o, qiyam olmur).
4 iyun Gəncə hadisələrinin əsl səbəbləri xalqdan gizlədilir və müxtəlif, birbirinə zidd olan uydurmalarla təhrif olunur, ayrı-ayrı şəxslər haqqında iftiralar yayılır.

4 iyun Gəncə hadisələrinin səbəbləri bunlardır.
1993-cü ilin aprelində Kəlbəcərin işğalı, Gəncənin işğal təhlükəsi, Azərbaycanın şimalında yaranmış yeni separatçılıq ocaqları, «Sadvalın» yaradılması, ölkədəki ağır sosial-iqtisadi vəziyyət Ali Sovetin tam tərkibdə sessiyaya toplaşmaq zərurətini yaratdı.
Ali Sovetin sessiyasının çağırılması tamamilə qanuni və Azərbaycan Konstitusiyasına uyğun addım idir. Konstitusiyaya uyğun olaraq, 340 deputatı olan Ali Sovetin 1/3-i qədər deputat sessiyanın çağırılmasını tələb etdikdə sessiya çağırılmalı idi.
1993-cü ilin aprelin sonlarında sessiyanın çağırılması üçün tələb olunan 114 deputat səsindən də artıq sayda- 134 deputat imza toplayaraq, ölkənin vəzifəli şəxslərinin hesabatlarını dinləmək, ölkədə yaranmış ağır vəziyyəti müzakirə etmək və çıxış yollarını aramaq məqsədilə Ali Sovetin sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdilər.
Lakin AXC hakimiyyəti Ali Sovetin sessiyasının çağırılmasının qarşısını hər vəclə alır, sessiyanın çağırılmasında, başda Pənah Hüseynov olmaqla, nazirlər kabineti üçün təhlükə görürdü.
Ölkədaxili böhran isə getdikcə dərinləşirdi. Televiziya vasitəsilə ilə Kəlbəcərin işğalına münasibət bildirən Prezident Ə. Elçibəyin “Kəlbəcər gedib gedib də, müharibədi…hər şey ola bilər. Gəncə getsə nə olar? Alıb qaytaracağıq.” sözlərindən sonra deputatların təşəbbüs ərizəsinə Ali Sovetin deputatı Sürət Hüseynov da imza atdı. Sessiyanın təşəbbüskarları Milli Məclisə və ölkə rəhbərliyinə, sessiyanın Bakıda çağırılmayacağı təqdirdə, Gəncədə toplanıb keçirəcəklərini bəyan etdilər.

Haşiyə:
91-ci ilin dekabırında Prezident A. Mütəllibova AXC-nin təzyiqləri nəticəsində, yarısı AXC üzvləri olmaqla) 50 deputatdan ibarət, Konstitusiyada nəzərdə tutulmayan bir orqan- Milli Şura yaratdıldı. (sonradan, AXC hakimiyyəti zamanı bu orqan Milli Məclis adlandırıldı). 290 millət vəkili ölkə parlamentindən kənarda qaldı.
Bu, AXC rəhbərliyinin, Azərbaycan parlamentarizmini dağıtmaqla, 18 may 1992-ci ildə İsa Qəmbərin hakimiyyətə gəlməyilə yekunlanmış, Azərbaycan dövlətçiliyi qarşısında tarixi cinayətidir. ( Əslində  AXC hakimiyyətinin ən böyük səhfi idi Ali Soveti buraxmamaq. T.İ)

Azərbaycan Konstitusiyasını əhəmiyyətsiz kağız hesab edən “neobolşevik” liderlər Ali Sovetin sessiyasının Gəncədə keçiriləcəyindən təlaşa düşərək və buna imkan verməmək məqsədilə, Gəncədə yerləşən 709-cu briqadanın Müdafiə Nazirinin əmrlərinə güya tabe olmaması ( 4 iyunla bağlı yaradılmış deputat-istintaq komissiyası belə bir fakt aşkarlamadı) bəhanəsini qondararaq, 4 iyun 93-cü ildə 709 briqadasına qarşı «Tufan» kod adlı təxribatı həyata keçirdilər. Azərbaycan vətəndaşlarının qanını axıtdılar.
Ölkədə sürən ağır vəziyyətə «Tufanla» bağlı siyasi böhran əlavə olundu.
AXC hakimiyyəti bu böhrandan çıxmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. «Bəylər» düşünürdülər ki, H. Əliyevin onsuzda 1-2 il ömrü qalıb, indi vəzifələrimizi «donduraq», o öləndən sonra isə yenə ölkədə vəziyyəti qarışdırıb, qayıdarıq hakimiyyətə.
Pənah Hüseynov və məsləkdaşları törətdikləri cinayyətin məsuliyyətindən boyun qaçırmaq üçün özlərini «milli hökümət», törətdikləri 4 iyun təxribatı nəticəsində AXC iqtidarına qarşı Xalq üsyanını isə «Moskvanın həyata keçirdiyi dövlət çevrilişi» adlandırırlar.
P.S. “4 iyun” Moskvanın işi idisə, onda niyə Moskvanın adamı sayılan A. Mütəllibov hakimiyyətə qaytarılmadı?

Nazim Bayramov/123 polkun qərərgah rəisi

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники