nazim-b3-160x150Artıq 21 ildir ki, 4 iyun 1993-cü ildə  Gəncədə baş vermiş hadisələr nəticəsində  hakimiyəti itirmiş qüvvələr bu hadisələri “qiyam” və “dövlət çevrilişi” adlandırır,  var gücləri və bütün vasitələrlə bu böyük yalanı  cəmiyətimizə həqiqət kimi aşılayırlar.

4 iyun 1993-cü il Gəncə hadisələri barədə, “709-cu briqadanın qiyamı” və  “1993-cü ilin aprelində yaradılmış “Hərbi Birliyin” dövlətə meydan oxuması” kimi versiyalar əsl həqiqətləri gizlətmək və bununla da həmin gün tökülən qardaş qanına görə məhsuliyətdən boyun qaçırmaq, “Azərbaycanı işıqlı gələcəyə apardıqlarını, lakin antimilli qüvvələr tərəfindən devrildiklərini” isbatlamaq və siyasi meydanda ayaqda qalmaq məqsədilə uydurularaq bəlli təbliğatın şablonlarına çevrilib.

Azərbaycan Xalq Cəbhəsi  (AXC) iqtidarı tərəfindən Gəncədə keçirilmiş “Tufan”  əməliyatının ideoloq və təşkilatçılarının konkret məqsədləri,  Gəncədə 3 iyundan cəmləşdirdikləri 3 min nəfərlik hərbi qüvvə ilə, məhkəmə hökmü olmadan, Ali Sovetin deputatı, Azərbaycanın Milli Qəhramanı Surət Hüseynovu və 709 saylı h/h-dəki 260 hərbçini məhv etmək idi. Plana görə, ondan sonra meyitlərə “qiyam qaldırmış Rusiya agentləri, Vətən xainləri, narkomanlar və quldurlar” damğası vurularaq, qanları bu yolla batırılmalı idi. Bu, hələ 25 may 1993-cü ildə Dövlət Müdafiə Komitəsinin iclasında qəbul edilmiş və o zamankı Prezident Əbülfəz Elçibəyin  qərar idi: “Surət Hüseynov ya həbs edilməli ya məhv edilməlidir, 709-cu briqada buraxılmalı ya məhv edilməlidir”. Nəticədə, məlum qərarın icrası üçün Gəncədə güc əməliyatının keçirilməsi planlaşdırıldı və nə yazıq ki, «4 iyun» bu qərarın icrası hadisəsi kimi qardaş qırğını olaraq millətimizin utanc yaddaşı oldu. Konkret olaraq göstərdiyimiz bu acı tarixə etirazı olanlar buyurub, aşağıdakı məqamlara  aydınlıq gətirsinlər:

1.Əgər AXC iqtidarının yüksək mənsəb sahiblərinin tutduqları bu əməl, yəni  “Surət Hüseynov faktorunu  “zərərsizləşdirmək”  dövlətimiz və müstəqilliyimiz üçün tam zəruriydisə, niyə Milli Məclisdə S. Hüseynov qanunda nəzərdə tutulmuş şəkildə Baş Prokurorun təqdimatı ilə əvvəlcə deputat toxunulmazlığından məhrum edilib, sonra cinayət məhsuliyətinə cəlb olunmurdu, həbsinə qanuni sanksiya verilmirdii?

2.  Təsəvvür edin ki, deputat başına silahlı dəstə yığaraq, yaxud müharibə şəraitində olan dövlətin bir hərbi hissəsini öz nəzarətinə götürərək, guya dövlətlə aşkar şəkildə qarşıdurmaya hazırlaşır. Həmin dövlətin (Azərbaycanın-red)  Milli Məclisi isə  öz deputatını “antimilli” yoldan çəkindirmək üçün heç bir tədbir görmür, «dəhliz» səviyyəsində belə müzakirələr aparılmır. Ümumiyyətlə, elə bir həssas dönəmdə Parlament iclaslarında  Gəncədəki vəziyyətlə baglı  heç kəs replika şəklində belə məsələ qaldırmır… Yeri gəlmişkən, 16 iyul 1993-cü il tarixdə bu sualı 4 iyun hadisələri ilə bağlı MM-dəki  dinləmələrdə İsa Qəmbərə bir deputat vermişdi. İ. Qəmbər isə çiyinlərini çəkərək, “artıq oldu da… gərək eləyəydik”…

3.   709-cu briqada Müdafiə Nazirinin hansı yazılı, yaxud şifahi əmrinə tabe olmamışdı ki, bu,  briqadanın itaətsizliyi və qiyamı kimi qiymətləndirilərək hərbi hissənin ləğv edilməsi barədə müdafiə naziri əmr verib? Hərçənd ki, itaətsizlik olsa belə, bu hələ qiyam demək deyildi.

4. Bu necə iş idi ki, «qiyam» edən 709 saylı  hərbi hissənin ərazisinə gəlib briqadanın buraxılması haqqında müdafiə nazirinin şifahi əmrini çatdıran polkovnik zabitlərlə səhər yeməyi yeyir və  onlara süfrə arxasında, “Bizim ümumi məqsədimiz Qarabağdı. Siz döyüşçü olaraq, qalacaqsız …” deyərək, yazılı əmri gətirmək üçün ordan gedir… Sonrakı hadisələrə aşağıda ətraflı toxunacam. Burada söhbət 4 iyun səhər saatlarında 709-cu briqadanın qiyam edib- etməməsindən gedir.

5.  S.Hüseynov necə qiyam rəhbəriydi ki, həmin gün mühasirəyə alınmış evindən rahat şəkildə çıxaraq, heç bir maneəsiz  709-cu h/h-ə yollanır. Yol boyu axşamdan qoyulmuş bir neçə postdan keçir. Daha da təəccüblüsü,  hərbi hissənin ətrafındakı iki mühasirə halqasını «yararaq», rahat şəkildə xidməti avtomobili ilə  briqadanın ərazisinə daxil olur. Bizə etiraz edənlər açıqlasınlar görək,  “Tufan” əməliyatının planında «qiyam lideri» S. Hüseynovun hərbiçilərlə «birləşməsinə» şərait yaratmaqda məqsədləri nə idi? Mühafizəsiz,  tək sürücüsü ilə «qiyama» qatılmaq üçün «hərəkək» edən S. Hüseynovu elə evinin önündəcə rahat şəkildə zərərsizləşdirməməkdə məqsəd nə idi?

6. Hökümət qüvvələrinə hansı qərarla, kimin tərəfindən, hansı sənədin əsasında öz əsgərlərinə  atəş açmaq  səlahiyəti verilmişdi? “Tufan” pozulandan sonra dindirilən əsgər və orta rütbəli zabitlərin hamısı onları Gəncəyə Murov adı ilə gətirildiklərini deyirdilər…

7. 709-u briqadanın qərargahında qadın hərbi qulluqçular xidmət edirdi. Onlar hələ sovet h/h-ləri vaxtından burada xidmət edən qadınlar idi. Onlar öz eyvanlarından 709-cu briqadanın ərazisini aydın şəkildə görür, eşidirdilər. Bu necə «qiyam»idi ki,  məlum hadisə baş verdiyi gün həmin qadın hərbiçilər də  səhər saat 8.30-dan xidməti vəzifələrinin başında idilər. Yoxsa onlar da «qiyamçı» idilər?

Qadın hərbi qulluqçularla bağlı epizoda aşağıdakı bölümdə toxunacam.

Və başqa suallar …

 Nazim Bayramov

ardı var

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники