9 fevral 93-cü il Fərəc Quliyevin və onun arxasında dayanan qüvvələrin xəyanətini bilmədən, Qarabağı necə itirdiyimizi anlamaq olmaz.

Məhz F. Quliyev AXC İK-i adından(əslində isə şəxsən öz adından) verdiyi xain və iftiraçı bəyanatı ilə ermənilərə ən böyük hədiyyə etdi- Qarabağda döyüşən Azərbaycan Ordusunu sərkərdəsiz, rəhbərsiz qoydu. Sürət Hüseynov təkcə təyin olunmuş rəhbər deyil, başçılıq etdiyi ordunu öz təşkilatçılığı və maliyəsi ilə, hələ rəsmən komandir təyin olunmamışdan əvvəl, yaradan şəxs idi. Ona Qarabağın bütün komandirləri etibar edir, inanır və qeyd-şərtsiz tabe olurdular.
Heç bir real səbəb olmadan, yalnız hakimiyyət dairələrinin siyasi oyunbazlığı, qələbənin yaxınlığı ilüziyası və “birdən ordumuz Qarabağda zəfəri S. Hüseynovun rəhbərli altında qazanar, bundan sonra o, Azərbaycanın gələcək prezidenti olar” xırda adamların xırda siyasi qorxuları və patoloji məhsuliyətsizlik ucbatından Sürət Hüseynovu siyasi iftiralar əsasında hərbi vəzifədən uzaqlaşdırılmaqla, ölkə rəhbərliyi bir sıra ən döyüşkən hərbi hissələri də ləğv etdi, şəxsi heyyətlərini buraxdı. Bunlar- 92-ci ilin uğurlu yay- payız hücum kampaniyasının avanqardı olmuş və düşmənə heç bir döyüş uduzmayan, Baş Qərargahın 123 saylı zərbə- həmlə alayı, Müdafiə Nazirliyinin xüsusi təyinatlı 778 saylı batalyonu, 143 saylı artilleriya alayı, 042 saylı əlahiddə tank batalyonu, “Qarabağ şahinləri” batalyonu və b. olmuşdu.
Bu, hakimiyyət uğrunda adi siyasi mübarizə deyildi, döyüşən ordunun kürəyinə sapına kimi vurulmuş xain xəncəri idi. Biz, bu hərbi hissələrdə fədakarcasına döyüşən əsgər və zabitlər heç vaxt gözləməzdik ki, öz hökümətimiz ordumuza belə xəyanət edər. Ancaq fakt faktlığında qalır- 9 fevral 93-cü ildə Azərbaycanda, tarixdə görünməyən bir xəyanət baş verdi- ölkənin müdafiə qabiliyətinə arxadan məhvedici zərbə vuruldu. Ordumuz, müqavimət qabiliyətini bir daha 93-cü ilin sonunda özünə qaytara bildi.
Fərəc Quliyev və dostları “9 fevral bəyanatına” ucuz siyasi demaqogiya(və məntiqsiz olaraq, sonrakı “4 iyun” hadisələrini əsas gətirərək) bəraət qazandırmağa çalışdırsalar da, bu qara xəyanət ləkəsi AXC hakimiyəti üzərində əbədi qalacaq.
Filmin bəhs etdiyi hadisələr haqında mən mətbuata dəfələrlə və geniş yazmışam. Həmin proseslərlə daha dolğun burada tanış olmaq olar.

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники