235581993-cü ildə Gəncədə baş vermiş silahlı atışmalarla bağlı olaraq maraqlı araşdırmalar aparıb. Əldə etdiyimiz məlumatlar kifayət qədər ilgincdir.

Mehman Ələkbərov, Gəncə batalyonunun komandiri, ermənilərin məşhur “ Arabo” batalyonunun qalibi, mənim səngər dostum. Keçirdiyi uğurlu əməliyyatlara görə iki dəfə Milli Qəhrəmanlığa təqdim olunmuş və haqq etdiyi adı ala bilməyən, ermənilərin milli düşməıni sayılan şəhid qardaşımız. Əslində Mehman haqqında çox şeylər yazmaq olar, qəhrəmanlıqları bir deyil iki deyil, amma dünyanın hər yerindən müzdla tutulmuş və bizə qarşı vuruşan ermənilərin ən güclü və tərifli “ Arabo” batalyonunu məğlub edən, onlardan 179 nəfərini məhv edən Mehman Ələkbərov. Bu döyüşdə ermənilərin məşhur səhra komandiri və “ Arabo” bataly onunun yaradıcısı, komandiri fransız vətəndaşı Enqizaryan Mamvel iki- üç nəfərlə zorla qaçıb canını qurtardı. Mən bu məqaləmdə əslində geniş kütlələr üçün indiyə qədər müəmmalı qalan və hərənin özünə sərf elədiyi kimi nəql elədiyi Mehman Ələkbərovun faciəli ölümündən danışmaq istəyirəm. 4 iyun 1993-cü il Gəncə şəhəri. Gəlin qalanını bu hadisənin şahidi və iştirakçısı Mehman Ələkbərovun qardaşı Ağakərim Ələkbərovu dinləyək. Onunla söhbətimizin vergülünə nöqtəsinə toxunmadan bəzi ixtisarlarla sizə təqdim edirik.

- Bismillahi rəhmani rəhim ! Allahın adı ilə ona görə başlayıram ki, yalan murdardır və haramdır. Qardaşım Mehman rəhmətlik çox əzablı və çətin bir yol keçib. Bu əzablı yolun sonu Gəncə hadisələri zamanı öz qiymətini alıb, necə ki iki iyun da “ Tufan” əməliyyatı hazırlamışdılar və bu əmaliyyatın nəticəsində Sürət Hüseynov məhv olmalıydı. Bəli hadisələr göstərdi ki, bəlkə də kimlərsə Surət Hüseynovu həbs etməık istəyirdi, amma hansısa böyük güclər mütləq Gəncə hadisələrinin üsyanla nəticələnməsinə çalışırdı. Mehman bu hadisələrdən tamami ilə kənarda idi. Mehman şəhid qardaşlarımızın ailələrinin problemləri ilə məşğul olurdu. O bir firma yaradmışdı və qollarını çırmayaraq gecə- gündüz işləyirdi. Bu firmanın gəlirləri hesabına o neçə- neçə şəhid ailəsinə kömək edirdi. Mənim qardaşım igid və çox bacarıqlı komandir olub. Onun Tər- Tərin müdafisənin təşkili, Marquşavan əməliyyatı, Marağa, Aşağı Çaylı, Yuxarı Çaylı, “ Həsən Qaya” əməliyyatı heç kimin yadından çıxmayıb. O ki qaldı onun siyasi əqidəsinə, Mehman Gəncədə cəbhənin yaradıcılarından biri idi. Bəli Mehman ermənilərlə vuruşanda şəhid olmadı, onu “ Tufan” əməliyyatı adlanan əməliyyat zamanı, Gəncəyə hücüm ediləndə şəhid etdilər. Mən o zaman onun yanında idim. Mən indiyə qədər başa düşmürəm bir Sürət Hüseynovu həbs etmək üçün Gəncəyə o boyda qoşun yeritmək lazım idi? Bu, Sürət Hüseynovu həbs etmək yox , ya üsyana təhrik etmək, ya da onu məhv etmək üçün yaradılmış bir siyasi avantyura idi. Həbs etmək istəyirdilərsə niyə dəfələrlə əllərində olan Surət Hüseynovu həbs etmirdilər? Niyə onu Bakıya çağırıb həbs etmirdilər? Niyə evində həbs etmirdilər? Çünki onlıara qan lazım idi, mənim qardaşımın qanı. O günü mən qardaşımla idim. Bizə dedilər ki, Bakıdan gələn qüvvələr 709- a hücum edir, qırğın var. Mehman mənə təcili maşını hərbi hissəyə sürməyi tapşırdı. Biz ora çatanda hərbi hissənin içi hərbiçilərlə dolu idi. Bunlar Bakıdan və Qazaxdan gələn quvvələır idi. Onlar qərargahı gülləyə tutmuşdular. Hərbi hissənin qabağı mülkü vətəndaşlarla dolu idi. Camaat panika içində ora bura qaçırdı. Bunu görən Mehman mənə camaatı buradan dərhal uzaqlaşdırmağımı tapşırdı.

- Ağakərim bəy bu mülkü adamlar orada nə edirdilər? Onalar Sürətçilər idi?

- Nə Sürətçilər, Sürəti istəyənlərdə var idi, istəməyənlərdə, məqsədli adamlarda, elə belə güllə səsinə gələnlərdə, bir sözlə müxtəlif adamlar var idi. Amma Mehmanın hörmətini saxlayırdılar. Mehman deyən kimi hamı dala çəkildi. Biz 709- un içinə girdik. Gördük bura əskərlərlə doludur. Özüdə elə belə prizıv əskərləri deyil. Çün ki, çoxlu yaşlı əskərlər də var idi.

Mehman onlara müraciət edib dedi ki, qardaşlar biz burada qardaş qırğınına yol verməyəcəyik. Siz erməni üstünə gəlmisiniz? Silahları aşağı salın. Burada düşmən yoxdur və bu nəisə anlaşılmamazlıqdır. Biz hamımılz silah qardaşıyıq. Hər şeyi sakitliklə və qurbansız həll edəcəyik. Bizim bir düşmənimiz var o da erməni.

- Mehman kimlərə müraciət etdi? 709- un uşaqlarına?

- Yox qardaş nə 709, heç orada o vaxt 709- dan əskər yox idi. Bunlar gəlmə əskərlər idi. Onlar barıdan içəriyə keçmişdilər və hər yerə atəş açırdılar. Mehman bir tanka yaxınlaşıb onu söndürdü, sonra yaxındakı BMP- ni söndürdü və içində olan bir cavan əskəri çıxartdı. Sonra o əskərlərə atəş açmamaq üçün iknci dəfə müraciət etdi. O dedi ki, qardaşlar biz ermənilərin sevincinə səbəb olan qardaş qırğınılna yol verməməliyik. Bizim bir düşmənimiz var erməni və biz ona güllə atmalıyıq. Biz burada hər şeyi sülhlə həll etməliyik və edəcəyik.

Coxu onu tanıyırdı və bir birinə deyrdi ki, “ Mehman gəldi, Mehman gəldi.” O cibindən ağ yaylığını çıxardıb yuxarı qaldırdı və “ atmayın, atmayın” deyə qışqırdı. Doğrudanda atəş dayandırıldı. Elə bil hamı sakitləşdi. Allaha and olsun hamı sevinirdi ki, Mehman indi hər şeyi həll edəcək. Amma bu zaman güllələr açıldı. Onu , yanında onun batalyonunun naçalnik svyazı Mehman Cəfərovu güllələyib öldürdülər. Hümbətov Kərim isə qolundan yaralandı.

- Kİmlər idi güllə atanlar? Sürətçilər idi ?

-Yox nə Sürətçilər, Qazax briqadasının əskərləri idi. Gözümnən gördüm. 709- un qərərgahının aşağı tərəfi stadiyondur, ondan bir az aralıda ağaclıq var. Oradan atdılar, sonrada səhv etmirəmsə “ Ural” maşınları var idi ona minib barını uçurdaraq qaçdılar. Mən onalrı tanıyırdım, onlar İsa Sadıqovla gələn əskərlər idilər. İndi hərə bir söz deyir, ay nə bilim Mehmanı snayperlə vurublar, nə bilim özümüzünkülər vurub. Özümüzünkilər deyəndə kimi nəzərdə tutuyrlar? Guya Bakıdan, Qazaxdan gələnlər özümüzünkilər deyildi? Özümüzünkilər idi. Elə onlarda vurdular.

- Mənə bəy bilirsiniz nə maraqlandırır? Tək mənə yox hamıya həqiqət lazımdır, çünki arada gəzən və bir çoxlarının təsdiqlədiyi şaiyəyə görə Mehmanı 709- un əskərləri, vurub. Yəni Surətçilər vurub, axı Mehman cəbhəçi idi.

- Bəli Mehman cəbhəıçi idi, amma qardaş qırğınının qabağını da elə cəbhə almalı idi və Mehman da cəbhənin liderlərindən biri kimi bu cəhdi etdi. Guya cəbhəçilər ayrı idilər , Sürətçiləır ayrı? Mehman 2- ci korpusun 123- cü polkunun nəzdində olan Gəncə batalyonunun komandiri idi. 2- ci korpusun komandiri isə Sürət Hüseynov idi və bizdə onun əqidəsini bilirdik. Onun əqidəsi Qarabağda bir dənə də erməni qalmamalıdır və bu bizim də əqidəmiz idi. Qaldı Sürətin əskərləri ilə Mehman vurulan yerin arası 500- 600 m idi. Surətin özü isə adamları ilə zirzəmidə idi. Rəhmətlik Mehman və silahdaşlarına isə ağaclıqdan atəş açdılar və sonrada maşına minib barını dağıdaraq qaçdılar. Onlar Qazax uşaqları idilər. Mən bunu gözlərimlə gördüm. Nə mən, bunu çox adam gördü və təsdiq edə bilər. Hətta bu istintaq materiallarında da var. O zaman əskərləri dindirəndə onlar boyunlarına almışdılar. Hətta onlar qarıxdıqlarından öz komandırlərini səhvən yaralamışdılar.

- Ağakərim bəy rəhmətlik Mehman 1989- cu ildən cəbhəçi olduğunu bilirəm, bəs siz necə cəbhəçi olmusunuz?

- Mənim cəbhənin yaranmasında böyük xidmətlərim olmasına baxmayaraq cəbhəçi olmamışam. Amma cəbhənin yaranmasında, xüsusəndə dəmir yolunda nə bacarmışamsa cəbhə üçün etmişəm. Qardaşım sırf cəbhəçi idi və məndə ora üzv olmasam da əlimdən gələn köməyi edirdim.

- Ağakərim bəy sənin fikrincə Mehmanı niyə öldürdülər?

- Mən bir şeyi deyə bilərəm, rəhmətlik qardaşımın Gəncədə də, orduda da böyük hörməti var idi. O sağ olsaydı Gəncə də baş verəcək o qardaş qırğını olmayacaqdı. Ortada olan anlaşılmamazlığı sülh yolu ilə həl edəcəkdi. Axı bu boyda ordu Gəncəyə yox ümumi düşmənimiz olan erməninin üstünə getməli idi. Əgər Sürəti öldürməyə yox həbs etmək istəsəydilər onda mənim qardaşımı öldürməzdilər. Bəzi qüvvələr var idi ki, aramızda sülh olmasını istəmirdi. Yoxsa onlar istəsə idilər Surəti dəfələrlə həbs edərdilər. Amma həbs etmədilər. Allaha and olsun mənim qardaşım müharibədə şəhid olsaydı məni yandırmazdı. Biz hamımız onsuzda kəfən geyinib davaya getmişdik. Amma kimlərinsə siyasi oyunlarına mənim qardaçım qurban getdi. Nə olmuşdu, niyə Gəncəyə hücum edirdilər? Gəncə bəyəm erməni şəhəri idi?

Nurəddin XOCA hazırladı

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники