nazim-b3-160x150Yenə 4 iyun…
Yenə “MİLLİ HÖKÜMƏTİN devrilməsi” haqqında ağlaşma quran “bəylər”…
Mənim siyasətçilərimə baxdə…
Arif Hacılı dünən öz qəzetlərində yenə bir xeyli fantaziyaları ilə bölüşüb- “4 iyun olmasa idi…filan şeylər olardı…”

Onun söylədiyi- “Pənah Hüseynov ermənilərlə saziş bağlamışdı, ermənilər Kəlbəcəri qaytaracaqdılar”- “bəylərin” sadəlöhvlüyünə uyğun, uydurmalarından başqa bir şey olmadığını və başqa bölüşdüyü nisyələrin heç birinin reallaşmayacağını birbir əsaslandıra bilərdim, amma evdar qadın psixologiyasına hesablanmış “OLMASAYDI…BELƏ OLARDI” xülyalarını bir cümlə ilə cavablandırıram- SİZ 4 İYUNDA “TUFAN” ƏMƏLİYYATINI QURMASAYDIZ, GƏNCƏYƏ QOŞUN YERİDİB 709-CÜ HƏRBİ HİSSƏNİ GÜLLƏBARAN ETMƏSƏYDİZ, “4 İYUN” DA OLMAZDI.

4 İYUN 1993-CÜ İLDƏ GƏNCƏYƏ 2 MİNLİK QOŞUN YERİDİB, 35 NƏFƏRİN AZƏRBAYCANLININ ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNMİŞ QANLI HADİSƏNİ SİZ TÖRƏTMƏDİZMİ?
9 İYUNDA H. ƏLİYEVİ PREZİDENT TƏYYARƏSİ iLƏ NAXÇIVANDAN BAKIYA GƏTİRMƏDİZMİ?
13 İYUN 93-CÜ İLDƏ İSA QƏMBƏR ALİ SOVETİN SƏDRİ KRESLOSUNU HEYDƏR ƏLİYEVƏ ÖTÜRMƏDİMİ?
15 İYUN 93-CÜ İLDƏ ÇOXLUĞU AXC VƏ MUSAVATDAN OLAN MİLLİ MƏCLİS HEYDƏR ƏLİYEVİ ALİ SOVETİN SƏDRİ SEÇMƏDİMİ?
18 İYUN 93-CÜ İLDƏ FƏRƏC QULİYEV ƏBÜLFƏZ ELÇİBƏYİN QOLUNA GİRİB ONU KƏLƏKİYƏ APARMADIMI?
BUNLARI SÜRƏT HÜSEYNOV ELƏDİ YOXSA SİZ, “BƏYLƏR”?

ADAM KİŞİ OLAR. BAX BELƏ YALANLARINIZA GÖRƏ NƏ XALQ ARXANIZCA GEDİR, NƏ ALLAH SİZƏ YARDIM EDİR.
BU SEÇKİLƏRDƏN SONRA İSƏ XALQ SİZİ 20 İL OTURDUĞUNUZ MÜXALİFƏTDƏN DƏ QOVACAQ, AY YAZIQLAR.

 

NAZİM BAYRAMOV, 709-CÜ BRİQADANIN QƏRARGAH RƏİSİ.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники