IMG_23012014_1941121992-ci ili Milli Ordumuz bütövlükdə Azərbaycanın xeyrinə bitirmişdi- Qarabağ və ətraf rayonlarda 220 yaşayış məntəqəsi azad edilmişdi. 2-ci Ordu Korpusun(OK) komandiri Surət Hüseynovun rəhbərliyi ilə ordumuzun qazandığı bu uğurlar, 1992-ci ilin noyabırında Ermənistan rəhbərliyini Azərbaycanla birbaşa sülh danışıqları başlamasına vadar etdi. Ermənistan Prezidenti Levon Ter-Petrosyan Bakıya sülh təklifləri ilə öz nümayəndəsini, Ermənistan parlamentinin deputatı Aşot Bleyanı, göndərdi. Erməni təklifi bundan ibarət idi ki, Qarabağ ermənilərinin qalıb yaşamaları şərtilə, Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Yəni, Qarabağ yenidən Azərbaycana qaytarılandan sonra, bizim tərəf erməniləri Qarabağdan deportasiya etməsin. Bu təklifə  Ermənistan parlamentinin 59 deputatı imza atmışdır. Lakin, AXC iqtidarı zamanı Prezident Aparatının analitik-informasiya departamentinin müdiri, tanınmış konfliktoloq Arif Yunusun dediyi kimi, “ordumuz o zaman uğurlu hücumda olduğundan, AXC liderləri eyforiyaya qapılmışdılar və ermənilərin tamamilə kapitulyasiyası tərəfdarı idilər”. Bu səbəbdən erməni deputatı ölkə rəhbərliyi tərəfindən qəbul edilmədi və geriyə yola salındı.

Zəfərə hazırlığın sabotajı

Bu zaman Qarabağda 2-ci OK komandiri Surət Hüseynov 93-cü ilin yazında Xankəndinə son Zəfər  hücumuna keçmək üçün 1992-ci ilin noyabr ayından başlayaraq, Seyfəli tədris mərkəzində 10 minlik hücum qruplaşması hazırlamağa başladı. Bu qruplaşmanın əsas vəzifəsi 1993-cü ilin mayında Xankəndinə Azərbaycan Bayrağını asmaq idi. 1992-ci ilin noyabr-dekabr aylarında döyüş hazırlığı keçən qruplaşmanın ilk 4500 nəfərlik hissəsi 20 dekabr 1992-ci ildə hazır oldu. Qruplaşmanın qalan 5500 nəfərlik hissəsi 93-cü ilin yanvar-fevral aylarında hazırlanmalı idi. Lakin bu mümkün olmadı…

O vaxtki prezident Əbülfəz Elçibəyin “cəbhəçi məsləhətçiləri” onu yalan və uydurmalarla inandıra bilmişdilər ki, “Surət Hüeynov hakimiyəti devirmək üçün rusların köməyi ilə ordu hazırlayır”. Bunun əsasında siyasi rəhbərlik qərara gəlirki, “Seyfəlidə hazırlanmış 4500 nəfərlik ehtiyyat qüvvəsinin qalan hissəsinin hazırlanmasını gözləmədən, dərhal Qarabağda hücuma atsınlar, Surət Hüseynov buna etiraz etsə, deməli o, həqiqətən də bu qüvvəni dövlət çevrilişi etmək üçün hazırlayır”. Onu da qeyd edək ki, bu 4500 nəfər Azərbaycan Ordusunun həmin vaxt yeganə ehtiyyat qüvvəsi idi. Başqa ehtiyyat qüvvəsi ordumuzda hazırlanmamışdı.

26 dekabr 1992-ci ildə baş gərargah rəisi general-mayor Nürəddin Sadıxov Surət Hüseynova Prezidentin əmrini çatdırır: “1993-cü ilin yanvarın ortalarından gec olmayaraq, olan qüvvələrlə Qarabağda hücuma keçməlisiz …”

Əsaslı etiraz

2-ci Ordu Korpusun qərargahı yaranmış vəziyyətdə hücum qərarının səhv olduğunu  hərbi-analitik sənədlə rəsmən əsaslandırır və Baş Qərargaha təqdim edir:

1) Düşmənin haqqında(sayı, mövqeyi, atəş vasitələri və nöqtələri) kəşfiyyat məlumatları kifayət qədər toplanmamışdı. Kəşfiyyat olunmamış düşmənin üstünə iri miqyaslı hücuma keçmək olmaz;

 2) Hücuma atəş dəstəyə verəcək artilleriya qruplaşması yaradılmamışdı və artnışancıların çatışmamazlığı var idi;

 3) Mühəndis təchizatı və arxa cəbhə təchizatı qurulmamışdı.

 4) Qışda, qarın 50-100 sm hündürlüyündə, yüksək dağ şəraitində, şaxtaların – 20 dərəcə və  havanın tez-tez pisləməsi şəraitində hərəkət çətindir;

5) Qoşunların təchizatı qışda dağda xeyli çətinləşirdi (tüstüsünə görə döyüş zonasında ocaq qalamaq təhlükəlidi və buna görə qadağan olunur), isti qidasız əsgər qışda fiziki ağırlığa tab gətirməyəcək;

6) Qışda dağ-meşə şəraitində hücum əməliyatları keçirmək və idarə etmək ən ağır döyüş növlərindəndir və bunun üçün xüsusi dağ ləvazimatı və hazırlığı lazımdı;

 7)Bu ehtiyyat qüvvəsini hücuma atmaqla, Azərbaycan ehtiyyat qüvvəsiz qalacaq. Bu isə müharibə zamanı yolverilməz məsuliyyətsizlikdi.

 Lakin bu əsaslar Ali Baş Komandan Əbülfəz Elçibəy tərəfindən rədd edildi və o, Surət Hüseynovdan  sərt şəkildə tələb etdi ki, “yanvarın ortalarından gec olmayaraq, hücuma keçsin”.

Uğursuz hücum

Hücum planını Baş Qərargah hazırlamışdı. Hücum iki istiqamətdə keçirilməli idi- Fərruh və Ağdərə.

Ağdərədə hücuma keçməli qruplaşmanın qarşısında ermənilərin- Srxavənd- Araçadzor(Dovşanlı)- Vəng müdafiə səddini tutmaq vəzifəsi qoyulmuşdu. Ağdərə hücum istiqamətinin komandiri, Ağdərəyə cavabdeh olan, 703-cü briqadanın komandiri Nəcməddin Sadıkov təyyin olunmuşdu.

Hücum üçün Ağdərədə 6 minlik qruplaşmamız cəmləşdirilmişdi, o cümlədən hücumda iştirak etmək üçün Gəncədən 123 saylı həmlə- zərbə alayı gətirilmişdi. Bu alaya xalq arasında “Surətin dəstəsi” deyilirdi, baxmayaraq ki, Qarabağda olan bütün silahlı qüvvələr 2-ci OK komandiri Surət Hüseynova tabe idi.

Ağdərə istiqamətindəki hücum 15 yanvarda başlandı. Qarşıya qoyulmuş döyüş vəzifələrindən yalnız 123-cü alayın qarşısına qoyulmuş vəzifə yerinə yetirildi- Araçadzor və ətraf yüksəklikləri 19 yanvara qədər böyük itkilər hesabına tutuldu. Srxavənd bir neçə saatlıq “Qurtuluş” və Topalhəsənli batalyonları tərəfindən alındı, lakin saxlana bilmədi. Vəng alınmadı.  Əməliyyat məqsədinə çatmadı.

Hücumun perspektivsizliyini görən Nəcməddin Sadıkov 27 yanvarda Ağdərə istiqamətində hücumu dayandırdı və qoşunları Çıldrana- cəmləşmə rayonuna qaytardı və 703-cü briqadaya köhnə müdafiə xətti ilə müdafiəyə keçməyi, 703-cü briqadanın mühəndis- istehkam rəisi mayor Piriyevə briqadanın müdafiə mövqelərinin qarşısını minalamağı əmr etdi.

108 və 109 nömrəli döyüş sərəncamları

Sürət Hüseynovun ƏMRİAğdərə istiqamətində Nəcməddin Sadıkov hücumu dayandırandan sonra 28 yanvar 93-cü ildə Surət Hüseynov Nəcməddin Sadıkova 108 saylı döyüş sərəncamı verdi.

2-ci Ordu Korpusunun Komandirinin Döyüş Sərəncamı № 108 (28 yanvar 1993-cü il, Gəncə şəhəri):

”Rəqib fəal müqavimətə keçərək hava şəraitindən istifadə edib qeyd olunmuş mövqelərdə möhkəmlənməyə çalışır : VANKLU; ŞAHMANSUR; ARAÇDZOR; SRXAVƏND. Onların kəşfiyat-diversiya dəstələri  fəaliyətdədirlər.

ƏMR EDİRƏM:

1. 703-cü əlahiddə motoatıcı briqadanın komandirinə:  Öz qüvvələri ilə göstərilən müdafiə xətdidə davamlı müdafiə qursun.  29.01.93-cü il saat 20.00-dək bütün tədbirlər yekunlaşsın və qarşılıqlı əlaqə qurulsun.

2. 703-cü briqadanın komandirinə: Bütün gələn hərbi texnika “SEYFƏLİ” hərbi-təlim mərkəzinə podpolkovnik Qasımovun sərəncamına göndərilsin.

3. 123 motoatıcı alayın komandirinə: 29.01.93-cü il saat 12.00-dək mövqelər 703-cü briqadanın komandirinə təhvil verilsin və 30. 01. 93-cü il saat 9.00-da daim dislokasiya yerində cəmləşsin

4. 143 saylı hərbi hissənin komandirinə:  29.01.93-cü il saat 12.00-dək mövqelər 703-cü briqadanın komandirinə təhvil verilsin və “SEYFƏLİ” təlim mərkəzində30.01.93-cü il saat 9.00 -da cəmləşsin”

Bu döyüş sərəncamı komandir Surət Hüseynov və gərargah rəisi polkovnik İlhamAslanov tərəfindənimzalanmışdır. Məxfi sənədin üzərində isə 703-cü briqadanın komandiri Nəcməddin Sadıkov dərkanar yazmışdır: “Briqadanın gəragah rəisinə — bütün komandirlərə çatdırılsın”. Sənədin daxil olma nömrəsi : №22/29.01.93 – Məxfi /(bir nüsxə).

Bu sərəncamı aldıqdan sonra Ağdərə istiqamətinin və 703-cü briqadanın komandiri Nəcməddin Sadıkov Surət Hüseynovdan 143 saylı hərbi hissənin cəbhədə saxlanılmasını xahiş etdi. Surət Hüseynov həmin gün yeni, 109 nömrəli döyüş sərəncamı ilə 143 saylı hərbi hissəni və hərbi texnikanı cəbhədə saxladı.30 yanvar 93-cü ildə 15-27 yanvar ərzində ağır döyüşlərdə şəxsi heyyətinin 35% itirən 123- alayın qalan hissəsi, daimi dislokasiya yeri olan, Seyfəlidə cəmləşdirildi.

2-ci Ordu Korpusunun komandiri

Sürət Hüseynovun 111 nömrəli döyüş sərəncamı və nəticələr

123-cü alay Gəncəyə qaytarılandan bir həftə sonra, 1993-cü ilin fevral ayının 5-də ermənilər Ağdərədə hücuma keçdilər və Vaquas, Arutunaqomer, Verin Orataq, Koçoqot, Poqosoqomer, Kiçik Poqosoqomer və Çıldran kəndlərini ələ keçirdilər. Ermənilərin bir gün ərzində bu kəndləri ələ keçirməkləri 703-cü briqadanın istehkam-mühəndis xidmətinin rəisi mayor Piriyevin Nəcməddin Sadıkovun yolların minalanması əmrini yerinə yetirmədiyinə görə mümkün olmuşdu. Bunu, Əbülfəz Elçibəyin tapşırığı ilə Baş prokurorun 1-ci müavini İ. Tatıyevin və Baş Hərbi Prokuror R. Əliyevin başçılıq etdikləri birgə istintaq briqadası elə həmin günlər Ağdərədə apardıqları istintaq müəyyən etmişdi.

Yaranmış vəziyyətdə Nəcməddin Sadıkov Surət Hüseynova yardım etmək üçün müraciət edir. Surət Hüseynov dərhal 6 fevral səhər 111 nömrəli döyüş sərəncamı ilə oraya 123-cü alayın 1-ci batalyonunu, 778 saylı MN xüsusi təyyinatlı batalyonunu, 032 saylı tank batalyonunu Ağdamdan Ağdərəyə əkshücum və itirilmiş mövqeləri geri qaytarmaq əmrilə göndərdi. Onlara 2-ci Ordu Korpusunun qərargah rəisi polkovnik İlham Aslanov bilavasitə rəhbərlik edirdi.

İlham Aslanovun rəhbərlik etdiyi bu qüvvələr fevralın 6-dan 7-nə keçən gecə əkshücuma keçirlər və  ayın 8-zi və 9-da bu qüvvələr tərəfindən itirilmiş yüksəklik və kəndlər ermənilərdən geri qaytarıldı. Bu əkshücumda Laçının şimalından gəlmiş 701-ci briqadanın 1-ci batalyonu və  briqada komandiri Əzizağa Qənizadə də iştirak etmişdilər. Polkovnik İlham Aslanov bu döyüşlərdə ağır yaralandı.

2

Ekpertizanın yekunu:

“108 nömrəli döyüş sərəncamı zəruridir, məqsədə uyğundur və qanunidir”

Bu hadisəldən sonra, 108 nömrəli məxfi əmr “Azadlıq” qəzetində çap olundu və 9 fevral 1993-cü ildə Surət Hüseynov gözlənilməz bir ittihamla üzləşdi- 9 fevral 1993-cü ildə 108-ci döyüş sərəncamı əsasında AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev AzTV-də “Surət Hüseynov Ağdərədə cəbhədən iki briqadanı çəkərək, müdafiə xəttini  boşaldıb, ermənilərin hücuma keçərək, üç kəndimizi tutmağa şərait yaradıb və bununla xəyanət edib” bəyanatı ilə çıxış etdi.

Bu əsassız ittihamları rədd edərək, Surət Hüseunov hərbi ekspertiza keçirilməsini tələb edir. Prezident Əbülfəz Elçibəy hərbi-texniki ekspertiza təyin edir. Bu ekspertizanı gərargah rəisi Nürəddin Sadıxov keçirir. Ekpertizanın yekunu: “108 nömrəli döyüş sərəncamı zəruridir, məqsədəuyğundur və qanunidir”. Bununla da sübut olunur ki Surət Heseynov heç bir xəyanət etməyib. Əksinə öz sonraki əmrləri ilə cəbhədə vəziyəti bərpa edib.

Bundan sonra, dövlət müşaviri Arif Haçılı Prezident Əbülfəz Elçibəyin tapşırığı ilə AzTV-də çıxış edərək, dövlətin adından Fərəc Quliyevin bəyanatındakı səsləndirdiyi Surət Hüseynova qarşı ittihamları təkzib etdi.

12 fevral 1993-cü ildə Prezident Əbülfəz Elçibəy Surət Hüseynovu yanına dəvət etdi və Qarabağ  sülh prosesinə böyük dövlətlərin qarışdıqlarına görə, münaqişənin sülh yolu ilə həll ediləcəyini, Azərbaycanın Milli Qəhramanı adı ilə təltif olunması ilə dövlətin onun xidmətlərini yüksək qiymətləndirdiyini, söylərək, onu 2-ci OK komandiri vəzifəsindən azad etdi, ayrıca sərəncamı ilə “Azəryun” dövlət konserni yaradaraq, onun prezidenti təyyin etdi .

Orduya daxildən zərbə

Lakin bununla, bəzi AXC funksionerlərinin oyunları, təəsüf ki, bitmədi. Ermənilərin irimiqyaslı hücumu önündə Surət Hüseynova yaxın sayılan Milli Ordumuzun ən təcrübəli və döyüşkən hərbi hissləri  buraxıldı.

1993-cü ilin mart ayının 27-də ermənilərin Kəlbəcərə hücumu başlayır və helə o gün də Azərbaycan Ordusunun 123-cü alayın buraxılıması başa çatır. Bu alayla yanaşı 143-cü artilleriya alayı, 032 saylı tank batalyonu, ermənilərə qan udduran “Təkgöz bayquş” batalyonu (778 saylı xüsusi təyinatlı batalyon) və Ağdamın “Qarabağ şahinləri” batalyonu buraxılır. Bunların nəticəsində ordumuzun müdafiə qabiliyyətinə sağalmaz yaralar vurulur. Ordumuz erməni qarşısında həm də ehtiyyat qüvvəsiz qalır, çünki mövcud olan Seyfəlidəki 4500 nəfərlik yeganə ehtiyyat qüvvəsi yanvarda mənasız hücuma atılmışdı. Əvəzinə Bakıda və başqa şəhər və rayonlarda “oblavalar” keçirilir, metro və bazarlardan tutulmuş gənclər hazırlıqsız cəbhəyə, erməni hücumunun qarşısını almağa atılır.

1993-cü ilin fevral- mart ayları ərzində Ağdərənin böyük hissəsi, Laçın və Kəlbəcər rayonları düşmən tərəfindən işğal olundular.

Cavabsız suallar

20 ildir ki xalqa “Surət Hüseynovun xəyanəti” uydurma və böhtanını danışan və bilərəkdən bu yalanı təkrar edənlərə üz tutub soruşuruq…

1. Surət Huseynov Vətənə xəyanət etmək niyyətində olmuşdursa onda nəyə görə cəbhəyə əlavə qüvvələr göndərib itirilmiş kəndlər yenidən geri qaytardı?

2. Necə olur ki, müharibə gedən zaman senzura üzərindən Ağdərə istiqamətinin və 703-cü briqadanın komandıri Nəcməddin Sadıkovun dərkənarı olan məxfi əmri KİV-ndə çapa buraxır?

3. Qoşunların yerdəyişməsi nəyə görə “ordunun cəbhədən çəkilməsi” kimi təqdim olunur?

4. Necə olur ki “vətən xaini” “Azəryun” dövlət konserninə təyin olunur?

5. 20 il yalanları uydurub yayan vicdansız alçaqlar! Sizə Prezident Əbülfəz Elçibəy tərəfindən təyin olunmuş hərbi texniki ekspertizanın Surət Hüseynovun verdiyi döyüş sərəncamının zəruriliyi, məqsədəuyğunduluğu və qanuniliyi barəsində rəyi bəs olmadımı?

6. Əgər xəyanət olubsa onda dövlət müşaviri Arif Haçılı Əbülfəz Elçibəyin tapşırığı ilə AzTV-də çıxış edərək, dövlətin adından Fərəc Quliyevin bəyanatındakı səsləndirdiyi Surət Hüseynova qarşı ittihamları nəyə görə təkzib etdi?

7. Əgər bu döyüş sərəncamı xəyanətdirsə nəyə görə onun üzərində Ağdərə istiqamətinin və 703-cü briqadanın komandirinin dərkanarı və 2-ci Ordu Korpusunun gərargah rəisi polkovnik İlham Aslanov imzası var? Yeri gəlmişkən, burada 123-cü alayın qərargah rəisi olmuş polkovnik-leytenant Nazim Bayramovun sözlərini gətirmək istəyirik- «Müharibə zamanı alay, qarşısına qoyulan döyüş vəzifəsini yerinə yetirəndən sonra, ən azı 16 dəfə analoji əmr alıb və yerinə yetirib. Buna xəyanət demək gülüncdü və hərbidən anlayışı olmayan adamlara hesablanıb».

8. Necə olur ki ölkə başçısı və baş nazir yenidən bu “xəyanətkar” Surət Hüseynova cəbhədəki ağır vəziyəti düzəltmək üçün müraciət edir və bunula bağlı 27 mart 93-cü ildə buraxılmış 123-cü alay, bir həftə sonra 709-cu briqada şəkilində 4 aprel 93-cü ildə bərpa olunur və döyüşə atılıb düşməni geri oturdur?

9. Xəyanəti kim edib? Ermənilərin Ağdərədə və Kəlbəcərdə əksücumu başlayan vaxt ordumuzun ən döyüşkən və təcrübəli hərbi hissələrini “kreslo” qorxusundan buraxan AXC hakimiyəti yoxsa bu satqın siyasətin qurbanı olan vətən oğulları?

Ordumuz, daxildən endirilən bu dağıdıcı zərbələrdən sonra bütün 93-cü il boyu, noyabr ayına qədər ağır və acı məğlubiyyətlərə məruz qaldı. 1993-cü ilin yaz- yayı ərzində Azərbaycan Qarabağı itirdi. Halbuki, Seyfəlidə hazırlanmış 10 minlik hücum qruplaşmasının qüvvələri ilə 1993-cü ilin yazında Zəfər hücumuna keçməli və müharibəni başa çatdırmalı idi.

23/01/2014/

Anar Məmmədxanov 

P.S  Bütün hüquqlar qorunur. Başqa saytlarda istifadə olunan halda istinad vacibdir. 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники