709İyulun 22-23-də Hafta.az saytı və “Həftə içi” qəzetində dərc edilmiş “Ağdamın işğalı barədə ilginc faktlar “ başlıqlı yazı-müsahibədə eks-spiker Rəsul Quliyev, Ağdam rayonunun sabiq icra başçısı Həsən Sarıyev   və b. Ağdamın işğalında  o dövrkü  baş nazir  Surət Hüseynovun nüfuz dairəsində olan 709 saylı briqada döyüşçülərinin böyük rol oynadığını,  xüsusilə işğal ərəfəsində onların yerli sakinlərin evlərini talan etməklə, camaat arasında panika yaratmaqla məşğul oduqlarını qeyd etmişdilər.

O zaman prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin sərəncamı ilə işğal günlərində    Ağdamın fövqəladə komendantı olmuş  Camal Əhmədov   Ağdamda əslində kimlərin talanlarla məşğul olması haqda özəl faktlar açıqlayıb:

“Talançılar, qarətçilər, hərbi forma geyinib oğurluqla, quldurluqla məşğul olanların hərbi hissə mənsubiyyətləri barədə uydurduqları yalanlar barədə “Fövqəladə komendant” adlı sənədli povestdə kifayət qədər faktlar sadalamışam. Belələrinin istər 708, istərsədə 709 saylı hərbi hissələrə aidiyyatları yox idi. Lakin iki dəfə silahlı quldurluq cinayəti törətmiş şəxsi zərərçəkənlərlə barışdırıb həbs etməmişəm,danlayıb həbsdən buraxmışan. Hazırda həmin şəxsin sinəsində Azərbaycan Bayrağı ordeni vardır . Və həmin şəxs  709-un yox,708-in döyüşçüsüsü  idi. Atçılıq zavodundan, Baş Qərvənddən, Orta Qərvənddən, Göytəpədən mal-qara oğurlayanlar,  eləcə də sovxoz direktoru Maarif müəllimin kabinetindəki mebelləri oğurlayanlar isə heç bir hərbi hissə şəxsi heyətinə mənsub olmayan hərbi geyimli və avtomat silahlı oğru dəstələri idilər.

Müharibə gedən bütün ölkələrdə, bütün zamanlarda və bütün məkanlarda belə halların baş verməsi həmişə olub və hal-hazırda da belədir, gələcəkdə də belə olacaqdır. Müharibə özü-özlüyündə böyük bir XAOSDUR. Xaotik vəziyyətdə isə hər cür hallar baş verir. Belə hallar heç kimi təəccübləndirməməlidir. VƏ QOY HAMI BİR DAHA BİLSİN Kİ,  bu, MÜHARİBƏ DEYİLDİ, DAVA YORĞAN DAVASI İDİ. “Yorğana sahib olmaq” yolunda QARABAĞI XƏRCLƏDİK..”.

istinad —  www.hafta.az/index2.php?m=yazi&id=128494

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники