nazim-b3-160x150

Xalq arasında «Sürət Hüseynovun dəstəsi» adlandırılan Azərbaycan Ordusunun 123 saylı alayın qərargah rəisi Nazim Bayramov eks-spiker Rəsul Quliyevin bir neçə gün öncəModerator.az saytında AXC iqtidarının Surət Hüseynovun dəstəsinin qarşısndan qaçmaları barədəki yazısına cavab göndərib. N.Bayramov xahiş edib ki, o həmin hadisələrin nəinki iştirakçısı, demək olar ki, nüvəsində olan və bütün təfsilatları görmüş bir zabit olduğu üçün ona cavab haqqı tanıyaraq tribuna verək. Ona görə də ona bu haqqı tanıdıq:

“1993-cü ilin aperilin 1-də yaradılmış 709 saylı briqada əsasən bir həftə öncə buraxılmış 123-cü alayın döyüşçülərindən formalaşdırılmışdı. Mən, həmçinin  4 iyun hadisələrindən sonra  Göyçay- Ağsu- Şamaxı yolu ilə hərəkət edən 250 nəfərlik dəstəyə başçılıq etmişəm.

İndi isə Rəsul Quliyevin yazdıqlarına münasibətimi bildirmək istəyirəm:

  Surət Hüseynovun 20 ildən artıq susması fonunda Qarabağ müharibəsi vəAzərbaycanın ən yeni tarixində baş vermiş hadisələrin gedişatının və əslmahiyyətnin saxtalaşdırılmasına çoxdan təəccüblənmirəm.

 Ancaq  saytınızda Rəsul Quliyevin Natiq Cəfərliyə cavabı  məni “4 iyun” hadislərin bilavasitə iştirakçısı kimi heyrətləndirdi. Deyək ki, REAL funksioneri Natiq Cəfərli gəncdi, bilmir, müəyyən təbliğatın qurbanıdı. Ancaq Rəsul Quliyev axı “4 iyundan” sonrakı hadisələrin birbaşa iştirakçısıdı və hadisələri bu dərəcədə  təhrif etməməli idi.

Əvvəlcə, bu hadisələr haqqında fikir bildirmək istəyənlərin nəzərinə çatdırmaq istəyirəm ki, siyasətdən danışmaq istəyirlərsə,  siyasətdən danışsınlar,  öz çirkli əllərini və murdar dillərini Azərbaycan əsgərinə uzatmasınlar.

  Azərbaycanın Milli Qəhrəmanı Surət Hüseynovun 12 fevral 1993-cü ilə qədər rəhbərlik etdiyi 36 minlik Qarabağ Korpusunun bölmələri Qarabağın yarısını azad etmiş, yağı düşmənin “Arabo” kimi elit dəstələrini məhv etmişdilər, 1992-ci ilin oktyabırında Ermənistanı Azərbaycanla qeyd-şərtsiz, birbaşa və bilavasitə danışıqlara vadar etmişdi. Sürət Hüseynovun ətrafında  Vaqif Qurbanov, Xosrov Əhmədov, Mehman Ələkbərov, Xaqani Axundov kimi Vətənin qeyrətli oğulları, Şəhidlər olmuşdu.

 Biz Vətən uğrunda döyüşən zaman Rəsul Quliyev kimiləri  Azərbaycanın sərvətlərini talayır, ermənilərə Gürcüstan ərazisindən yanacaq satırdılar. İndi isə Rəsul Quliyev törətdiyi dövləti cinayətlərə görə uzaq ölkələrdə vicdan səsini alkoqolla susduraraq,  mənəvi və psixoloji deqradasiyaya uğramaqdadı.

İkincisi, S. Hüseynovun silahdaşları Rəsul Quliyevin “ Göyçayda əlini öpməyə” cəhd edə bilməzdilər, çünki  məlumdu ki, o, 4 iyundan sonra Heydər Əliyevi Gəncəyə müşayət edərkən, kortej Bakı- Kürdəmir- Yevlax- Gəncə marşrutu ilə gəlmişdi və həmin marşrutla qayıtmışdı. Bəlkə alkoqol Rəsul Quliyevin yaddaşını pozub?

Bir də ki, “qiyamçılar” devirdikləri hökümətin hansısa məmurunun əlini niyə öpməli idilər ki? Gülünc uydurmadı.

Gercəkdə isə  Rəsul Quliyev Bakı- Gəncə yolunda 709-cu briqadanın bir qrup əsgərləri ilə rastlaşdıqda qorxudan titrəyən səslə əsgərlərə: “Azərbaycanın qeyrətli oğulları! Siz adlarınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazmısınız!” və nəinki 709-un əsgərlərini, tankımızı da öpməyə cəhd etmişdi. O vaxta kimi Qarabağın yolunu belə tanımayan məmurun bu sözlərini və hərəkətlərini müharibənin od- alovundan çıxmış aslanlar istehza ilə qarşılamışdılar.

 Bəlkə  S. Hüseynovla görüşmək üçün Gəncə şəhər İcra Hakimiyyətinin qonaq evinin binasına daxil olarkən, işıqların sönməsi və Rəsul Quliyevin qorxudan təşvişə düşüb, az qala bayılacağını yada salım? Bu anın videoçəkilişi var, baxıb, yaddaşını təzələyə bilər.

Ununtmayaq ki, AXC iqtidarının 4 iyun 93-cü ildə Gəncədə 709 saylı h/h-yə qarşı keçirtdiyi və sonunu labüdləşdirdiyi qanlı “Tufan” əməliyyatı nəticəsində ölkədə baş vermiş xalq üsyanının və hakimiyyət böhranın fəsadlarını aradan qaldırmaq üçün  H. Əliyevi Bakıya dəvət etməkdən başqa çıxış yolunun olmadığına Ə. Elçibəyi inandıran əsas fiqur Rəsul Quliyev olmuşdu.

  Baş nazirin müavini olmuş, AXC iqtidarını çıxılmaz vəziyyətə salan şəxslərdən biri kimi, AXC iqtidarını hakimiyyəti qorumamaqda ittiham etməyə Rəsul Quliyevin ən azı mənəvi haqqı yoxdur.”

istinad - http://moderator.az/?xeber=44652

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники