v-kapyushone-[1600x1200]-[33051574]Istənilən irticaçi quruluşun məqsədi aydindir:mümkün qədər uzun müddət hakimiyyətdə qalmaqla hakimiyyətin verdiyi imtiyazlardan bəhrələnmək. Təbii ki, irticanin cəmiyyətdə doğurduğu və doğuracaği etirazlarin qarşisini almali. Bunun üçün:
1. Hazirdaki etirazlari zərərsizləşdirməli.
2. Prosseslərin nəzarət altina alinmasi.
3. Gələcəkdə ola biləcək etirzlari qabaqcadan zərəsizləşdirməli.
Radikal yönümlü və potensial resurslara malik müxalifətə qarşi taktika sadə və dəyişməzdir : satin alinma, həbs, mümkün olmazsa və ya həbsin effektiv olmayacaği tədqirdə fiziki kənarlaşdirma. Bu işdə taktika müxtəlifdir, lakin, nə­ticə dəyişməz qalir. Bu taktika individə, hərbi müxalifətə qarşı aprla bilər. XX əsr siysi arenaya daha effektiv siyasi vasitələr gətirdi. Kutlənin psixologiysının xüsusiyyətlərinin elmi araşdirlmasına əsaslanan bu siyasi manevrlər tətbiq olunduğu andan “qarşısı alınma” termini aktuallığını itirərək “zərərsizləşdirmə” termini yerini aldı. Zərərsizləşdimə kütlənin idarə olunmasında çox effektif vasitə olaraq, xalqların individual psixoloji portretlərinə uyğulaşdırılaraq aparılır. Prosseslərin nəzarət altından çıxacağı tədqirdə isə spontan başlanan üsyanın qələbəsi ehtimali çox az olur prosses idarəolunmaz olduğundan, vitrin sındırmaqdan uzağa gedə bilmir və tez bir zamanda yatırılması imkanı olur. Beləliklə, gəlin nəzarətin necə aparilmasını faktiki­ olaraq Azərbaycanda necə aparılmasını nəzərdən keçirək.
Azərbaycan xalqının psixoloji portreti digər SSRI xalqlarının psixoloji portreti kimi hələ Sovet dovründə tədqiq olunaraq hazırlanmışdır. Indiki hakimiyyət siyasətini bu tədiqatların əsasında quraraq artiq 20 ildir ki, hakimiyyəti saxlamaqda davam edir.
1.SEÇiM iLLUZiYASI
Demokratik dövlətlərdə vətəndaşların seçim hüququ vardır. Lakin, seçim illuziyasını yaratmaqla seçimin hər zaman hakimiyyətin xeyrinə olmasını təmin etmək mümkündür. Əsasi odur ki, vətəndaşa seçim təklif olunur, lakin iki və ya çox seçim variantlarının əslində hakimiyyətə xidmət etdiyi xalqdan gizlədilir. Məsələn, indvidin (vətəndaşın) nəyi isə icra etməsi lazımdırsa, ona yalançı seçim təklif olunur “xəndəknən də qaza bilərsən, torpaq da daşıya bilərsən”. Gördüyümüz kimi, 3-cü variant yoxdur, bizim əvəzimizdən artıq seçim edilib, sən işləməlisən!” Siyasi arenaya diqqətlə baxsaq, görərik ki, bizə birinci 2 variant təkif olunub, amma, 3-cü variant bizim əvəzimizdən artq seçilib – “hamımız konstrukiv müxalifətik, radikal metodlar bizə yaddır!”
Belə müxalifətin müxtəlif dövlətlərdə müxtəlif adları vardır, biz isə “cib müxalifəti” (CM) adlandıraq. CM-nin əsas məqsədi kutləni aldadaraq “bariz müxalifət” görüntüsü yaratmaqla əsil mübariz vətəndaşları sıralarına çəkməklə onların radikal qurumlar yaradacağından və ya mövcud radikal qurumlara qoşulmasından sığortalanmaqdır. Prossesin gedişində CM-nin ətrafında küy yaratmaq və kütləni inandırmaq üçün müxtəlif siyasi manevrərə əl atılır, məsələn, gürül­tülü ittihamlar, CM-nin aşağı eşelonunun həbsləri, sonraki “təzyiqlər altında” azadlığa buraxılmasi və s. Yuxari eşelon isə onun siyasi kursu kimi tərpənməz qalır, «konstruktiv» və “kürsüyə yapışmış”… H.Haciyevin Əli Kərimliyə qarşı ittihamı da bu siradan idi və sonda H.Haciyevin birdən-birə “vicdan oyanışı” ilə qurtardı…inandırıcıi deyil, amma, manevr öz işini gördü, küy yaradıldı! Həmən ərəfədə vətəndaşların AXCP sıralarına axını müşahidə olundu və deməli, metod “işlədi”, daha yüzlərlə narazı və potensial üsyançı “konstruktiv müxalifətin” ideoloji əsarətinə alinaraq zərərsizləşdirilmiş oldu.
CM-nin tutduğu mövqe əslində heç də göründüyü qədər də “konstruktiv” deyildir. Konstruktivlik onun ümumi siyasi kursuna aid edildiyi halda, tələblərdə də nədənsə “radikallıq” müşahidə olunur. Müxalifət konkret qanunpozutusunun cavabında nədənsə bütün hakimiyyətin istefasi tələbiylə kütləni mitinqə çixarir. Radikaldırmı? Bizə deyilib ki ” xeyr, radikal deyilik”…kütləvi aksiyalar da işlənmiş metodla aparılır və hadisələrin gedişini kontrol altında saxlamaqa imkan verir.
2.MÜCƏRRƏDLIYIN
TOXUNULMAZLIQI.
Insan psixikasının daha bir xüsusiyyəti vardir- insan mücərrəd anlamları pis qavrayir. Məsələn, insan “alma” terminini “təsərrüfat” terminindən yaxşı qavrayır, çünki, ”alma­” absalyut, ”təsərrüfat­”sa mücərrəd termindir. Bu baxımdan, spontan hərəkat zamanı kütlə ona qarşı haqsızlıq edən məmuru yerindəcə cəzalandıra bilər (misallar çoxdur, məs: Quba hadisəsi, mütəmadı olaraq sürücülər tərəfindən müfəttişlərin döyülməsi və s.) çünki, bu halda vətəndaş absolyut olaraq onu incidəni görür və yaxşi qavrayir. Amma, həmən an ona desək ki “günahkar o deyil, hakimiyyətdir”­ biz onu demoralizasiya etmiş oluruq, çünki vətəndaş hakimiyyəti necə cəzalandırmağı təsəvvür edə bilmir! Zorakılıq edən, rejimə qulluq edən vətəndaşların hər biri törətdikləri əmələ görə ayri-ayrılıqda və birlikdə məsuliyyət daşıyırlar, onların hər biri cinayətkardırlar, art­iq anlamaq lazımdır!
Regionlarda mütəmadi ardıcıllıqla baş verən və hakimiyyətin devrilməsiylə demirəm-hakimiyyətin­ kütlənin tələbləri qarşısında geri çəkiləcəyilə nəticələnə biləcək spontan kütləvi etiraz hadisələri zamanı nədənsə biz nəinki “liderləri” hətta, on­ların müavin və köməkçilərini belə görmürük! Mitinqmi istəyirsiniz? Buyurun, bu da mitinq!
Qorxursunuzmu? Pişikdən qorxan siçanin bayirda nə işi var?
Əvvəlcə əlverişli şəraiti burxıb, sonra da əhalinin siyasi aktivliyindən, onun mitinqlərə getməməsindən narazılıq etmək həyasızlıqdır!
“Konstruktiv müxalifət” in iş prinspində daha bir anlaşılmazlıq: hakimiyyətdən nəinki narazı, hətta ona nifrət edəcək vətəndaşlarla iş aparılmır. Mən konkret hadisə barədə feysbuk vasitəsiylə Arif Hacılı cənablarına da yazdım-Lökbatanda yol qəzası zamanı bu hadisədən lazımınca istifadə edərək hakimiyyətin mahiyyətini, qəzanın baş verməsinin köklü səbəblərini zərərçəkənlərə və onların qohumlarına izah etməklə onları cinayətkarların cəzalanması tələbiylə mitinqə çağirmalı. Xatırladıram ki, avtobus-qatar toqquşmasi nəticəsində 7 nəfər həlak oldu, onlarla insan şikəst oldu. Cavabında-sükut. Daha sonra Arif bəyin mitinqlərdə qoluna girmiş polislə gülə-gülə şəkil çəkdirməsini xatırlayıb, sükutun səbəbini anladım. Belə misallar çoxdur, çoxdan da çoxdur: elə bircə evləri haqsızcasına əlindən alinan vətəndaşlar minlərlədir. Mitinq-buyur, iş apar, gələcəklər.
R.Səfərovla bağlı AŞ-a göndərilən sənədə müxalif “lider”lərin imza atmasıysa bir daha mənim ehtimallarımı təsdiqləyir-hakimiyy­əti qeyri-legitim hesab edən “prinspial müxalifət” nədənsə prinspiallığını unudaraq “vətənpərvər” oldu və hətta,”vətənpərvərli­k”dən elə sərxoş oldu ki, R. Səfərovun əhv olunmasının hakimiyyətin seçkiqabaği kompaniyasi oldğunu və AŞ-nin iradinin vətənə yox, hakimiiyətə və konkret olaraq I.Əliyevə yönəldiyini “unutdu”! Bununla da Avropa qarşısında dedi ki “rejim mənə nə etsə, haqlıdır” və altında da imza atdı!
Çox təəssüf ki, «vətənpərvərliyə»­ əsaslanan küy içərisindən Leyla Yunisin müraciətini çox az vətəndaş eşitdi…
Müxalifətin fəaliyyətinin yarıtmazlığının misalları çoxdur…Cinayətkar Gülər Əhmədovanın həbsinin tələbi əvəzinə kütlə dərhal “gülərkimilər” kimi ümumi anlayışla yemləndi və nəticədə yenə də “ISTEFA” kimi absurd tələb irəli sürüldü! “Hamının” verməsinə və “almasına” sübut yoxdur, bəylər, nə tez “konstruktivliy”iniz­i unutdunuz?!
Öz əvəzimdən IP-ya, ”lider” və “başkanlara” məsləhətim- gələn dəfə “ADAM KiŞi OLAR” şüarı ilə mitinq keçirin, bu daha məqsədəuyğun olardı.
Elave edim ki, gənclərin təşkil etdiyi 12 yanvar aksiysının cəmiyyətdə yaratdıqı təlatüm məhz onların aksiyada konkret tələb qoyması oldu.

Nilüfər Məhərrəmova

istinad - https://nilufermeherremovablog.wordpress.com/2013/04/14/az%C9%99rbaycanda-ictimai-fikrin-suni-formalasdirimasi/

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники