Nazim Bayram tarix elmləri namizədi, BDU-nin Türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşova facebook sosial şəbəkəsində yönəltidiyi cavabı sizə təqdim edirik.

nazim-b3-160x150Nazim Bayram: Bildiyimə görə tarixçi alimsiz, ancaq burada daha çox siyasi konyunktura və korporativ siyasi maraqlar mövqeyindən bir siyasətçinin çıxışını və təəsüf ki, ən yeni tariximizin kobud təhrifini gördüm.
Birinci, 50 nəfərlik Milli Şura(Milli Məclis) 91-ci ilin noyabrın 26-ı məhz AXC-nin Azərbaycan parlament hakimiyətinin zəbt etməsi nəticəsində əmələ gətirilmiş qondarma, qeyri-konstitusion qurum olmuşdur. Bununla Azərbaycanın ağır vəziyətində AXC ikihakimiyətlilik və hakimiyətə gəlmək üçün özünə tramplin yaratdı. Qeyd etdiyiniz kimi, yeni parlament seçkilərinə getməmək böyük səhv olmuşdu, lakin bu səhv AXC hakimiyəti zamanı deyil, daha əvvəl- AXC 91-ci ilin noyabrında Qarakənd faciəsindən istifadə edib, parlamenti zəbt edərkən buraxılmışdı. Həmin vaxt A.Mütəllibovu yeni parlament seçkiləri keçirtməyə razı salmaq olardı, lakin bəylərin yaxın hakimiyət nəfsi onların ağlını çaşdırmışdı. Xocalıdakı xain təxribatçı fəaliyətinə görə isə AXC-nin görkəmli fəalı F.Hacıyev cinayət məhsuliyətinə cəlb olunaraq, ağır cəza almışdı. Məhkəmənin qərarına inanmırıqsa, fevralın 25-I Xocalını xilas etmək üçün Ağdamdan Xocalıya hücumun F.Hacıyev tərəfindən pozulması və həmin gecə 3(üç)  BM-21(“Qrad”) artilleriya qurğuların F.Hacıyevin şəxsi göstərişi ilə onun adamları tərəfindən gizli yollarla Ağdamdan çıxarılıb Ağcabədidə gizlədilməsi danılmaz faktdır. Bu xəyanətin icraçılarından hazırda feysbukda da var.
İkinci, A.Mütəllibov AXC ilə sıx əməkdaşlıq edir, AXC rəhbərliyindən gələn bütün təklif və təşəbbüsləri qəbul edir və kompromisə gedir, hakimiyəti onlarla bölüşürdü. Buna bir çox misallar gətirə bilərəm. Lakin A.Mütəllibov tərəfindən 92-ci ilin yanvarında müxalifətin lider və fəallarından ibarət Müdafiə Şurasının yaradılması dediyimin isbatı üçün kifayətdir. Ona görə “hakimiyətdən getmək istəməyən” mifik partokratlar məlum təbliğat şablonundan başqa bir şey deyil ki, bunu bir alimə yaraşdırmıram.
Üçüncü, A.Mütəllibov 14 may 92-ci ildə Ali Sovetin qərarı və «partokratların» istəyi ilə deyil, Xocalı faciəsində təqsirinin olmadığı sübut olunduğunda Ali Məhkəmənin qərarı ilə prezident kürsüsünə qaytarılmışdı. Lakin “inqlabi qüvvələr” özlərini qanunun fövqündə saydıqlarından, mayın 15-i Prezident Apparatının binasına silahlı yürüş edib, prezident A.Mütəllibovu hakimiyətdən devirdilər, daha iki gündən sonra isə İ.Qəmbəri (legitimliyini tanımadıqları) Ali Sovetin sədri “seçdilər”.
Dördüncü, rus-sovet qoşunlarının Azərbaycandan 1994-cü ilin sentyabrına qədər çıxarılması barədə saziş 12 may 1992-ci ildə Daşkənddə A.Mütəllibovun tapşırığı ilə müdafiə naziri R.Qazıyev tərəfindən imzalanmışdı. AXC-nin bu işə heç bir aidiyatı yoxdur. AXC hakimiyətə gələndən sonra dövlətin maraqları ilə hesablaşmadan, sadəcə öz ideoloji şuarlarını təmin etmək xətrinə bu prosesi tezləşdirdi, Azərbaycanda sonda qalmış 104-cü diviziyanı 93-cü mayın 26-da ölkədən çıxartdı.
Beşinci, Şuşanın işğalından sonra A.Mütəllibovun hakimiyətə qayıdışı ilə bağlı AXC öz dəstələrinə komanda verdi ki, “A.Mütəllibov hakimiyətə qayıdır, Azərbaycan, Qarabağ daxil onsuzda yenə Rusiya imperiyasının tərkibinə daxil ediləcək, ona görə hazırda bizə Qarabağı yox, gəlib Bakıda Azərbaycanı xilas etmək lazımdır”. Bununla Şuşanı qaytarmaq məqsədilə planlaşdırılmış əkshücum pozuldu, qoşunların idarəetməsi tamamən iflic vəziyətə düşdü, qüvvələrin bir hissəsi Laçındakı müdafiə mövqelərini tərk edərək, Bakıya gəldilər(yəqin ki, R.Qazıyevin Bakıda həmin mitinq qarşısında çıxışını izləyə bilərsiz. Tofiq Yaqublunun da müharibə xatirələriylə tanış ola bilərsiz). Mən cəbhədə bunların şahidi olmuşam.
Altıncı, tarixçi kimi sizə bilmək vacibdir ki, 92-ci ilin iyununda Azərbaycan Ordusu S.Hüseynovun rəhbərliyi ilə(onun təyyin etdiyi gün) genişmiqyaslı hücuma keçdilər. İlk hücum yayındırıcı zərbə ilə Əsgərana olmuş, əsas hücum istiqaməti isə Şaumyanselsk rayonu olmuşdur. 1992-ci il 15 iyunda məhz Şaumyan rayonu tərəfimizdən azad edilmişdir. Bu hücumda mən, 123-cü alayın tank batalyonun komandiri kimi hücumun avanqard qüvvəsinə rəhbərlik etmişəm. Ağdərə isə iyunda deyil, iyulun 4-ü azad edilmişdi. Bu hücumda da tabeçiliyimdə olan tank batalyonu əsas zərbə istiqamətində hərəkət etmiş və Ağdərəyə ilk daxil olmuşdu.
Yeddinci, Azərbaycan ordusu Xankəndiyə hücum etməyib və belə bir hücum planlaşdırılmamışdı çünki buna qədər digər istiqamətlərdə hələ görüləsi işlər var idi. Bəzi məlum mənbələrdə “93-cü ilin qışında biz Xankəndinin bir addımındaydıq(3-4 km-dik… 10 km-dik)” məlumatı həqiqətə tamamilə uyğun deyil və uydurmadı. 1993-cü ilin qışında bizim hücum etdiyimiz Vəng- Dovşanlı(Araçadzor)- Sırxavənd və Fərrux dağı Xankəndidən 40 km hava xətti ilə məsafədədir(xəritələrdə baxa bilərsiz). Bu, məlum məqsədli uydurmadı. İnsanlar oxuyub, yanıb-tökülsünlər ki, “Xankəndinin bir addımındaydıq, Surət Hüseynov qoşunları geri çəkdi…”. (S.Hüseynovun qoşunları geri çəkməsi də tamamilə iftiradır. S.hüseynov heç vaxt cəbhədən qoşun geri çəkməyib).
Səkkizinci, “…ruslar daha məharətlə istifadə etdilər və Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyama təhrik olundu.”- tamamilə AXC iftirasıdır. S.Hüseynovu ruslar deyil, AXC-nin daxilindəki məlum qüvvələr münaqişəyə təhrik edirdilər. Bu təhriklərin birinci mərhələsi 92-ci ilin dekabrından başlamış, 9 fevral 93-cü ildə Fərəc Quliyevin AXC İcraiyyə Komitəsi adından verdiyi böhtan xarakterli bəyanatı ilə bitmişdi. Əgər Fərəc Quliyev rusun adamıdısa, onda razıyam ki, S.Hüseynovu ruslar münaqişəyə təhrik etmişdilər. Lakin S.Hüseynov təxribatlara uymadı. Prezident Ə.Əliyev onu hərbi vəzifələrdən uzaqlaşdırdı və münaqişə bitmiş kimi göründü. Lakin 93-cü ilin mayın sonlarından AXC daxilində həmin qüvvələr və onlara qoşulmuş digərləri AXC- S.Hüseynov münaqişəsini yenidən qızışdırmağa cəhdlər etdilər. Nəticədə, atasının 40 mərasimini verən S.Hüseynov deyil, AXC iqtidarı Gəncədə 4 iyunda “Tufan” əməliyatını keçirməyə və qardaş qanını axıtmağa təhrik olundu. Gəncədə tökdükləri Azərbaycan əsgərinin qanı AXC rəhbərliyinə qarşı Gəncədə xalq üsyanına səbəb oldu. Bu üsyan ölkədə ictimai-siyasi böhrana gətirdi ki, sonda(qeyd etdiyiniz kimi) iqtidar, H.Əliyevi Bakıya dəvət etməli oldu. Bununla AXC siyasi ömrünü uzatdı və “uğurla” əbədi müxalifətdə həyatını sürdürməkdədir.
AXC- Azərbaycan tarixində görünməmiş xəyanətlərə imza atmışdı. Lakin bu, başqa mövzunun predmetidi. Tarix elmilə məşqul olan unutmamalıdır ki, tarixdə həmişə olduğu kimi heç bir şey gizli qalmayacaq, həqiqət gec-tez yerini tutacaq.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники