71982282

Avropa.info Rəhim Qazıyevin çox maraqlı və həmişə aktual olan bir yazısı ilə çıxış etdi və Milli Dirçəliş Hərəkatı Partiyasının mətbuat xidmətindən cavab aldı.  Teref.info bu yazıda üçüncü tərəfin, yəni Milli Qəhrəman Surət Hüseynovun adı çəkildiyini, ona ittihamlar irəli sürüldüyünü nəzərə alaraq, o zaman əmrdə adı çəkilən 123 nömrəli polkun qərərgah rəisi p\l Nazim Bayramova şərh üçün müraciət etdik. Aldığımız cavabı olduğu kimi dərc edirik. P.S Nəzərə alın ki,  p\l Nazim Bayramov professianal kadr hərbiçisidir.

nazim-b3-160x150

Dirçəliş Hərəkatı Partiyasının mətbuat xidməti:
“Bu, doğru deyildir. Milli Dirçəliş Hərəkatı Partiyası sədri, millət vəkili Fərəc Quliyevin ünvanına söylənən ittihamların əsassız olduğunu sizə göndərdiyimiz 108 N-li sərəncamdan da görmək mümkündür.”

108 nömrəli əmrin Sürət Hüseynovun “xəyanətinin” F. Quliyevin tərəfindən sübut kimi göstərilməsi cəfəngiyatdır. Bunun, hərbidən və məntiqdən anlayışı belə olmayan adam tərəfindən uydurulub, ortaya atılması aşkardır. Bu cəfəngiyyatın 20 ildir ki, özünə müştəri yığması isə bəzi qrupların siyasi maraqlarına uyğun və cəmiyyətimizin hərbi biliklərinin, təəsüf ki, sıfra bərabər olduğuna görədir.

Burada 28.01.93 il tarixli 108 saylı əmrin qanuni və məqsədəyğun olduğunu, bunu cəmiyyətimizə xəyanət kimi sırıyanın isə saxtakar və böhtançı olduğunu əsaslandıracam.
1. Xəyanət etmək istəyən şəxs yazılı sürətdə(nömrəsi, çıxış- giriş nömrələri, möhür, imza) əmr verməz, bunu şifahi və gizli edər.
2. Qoşunların cəbhə xətində yerdəyişmələri Baş Qərargaha xəbər verilir, əmrlər 3(üç) nüsxədə çıxır. Bir nüsxə əmri verən qərargahda saxlanılır, bir nüsxə icraçıya göndərilir, bir nüsxə isə Baş Qərargaha göndərilir. Yəni bu cür əmrlər məxfi olsa da, aidiyyatlı hərbi orqanlardan məxfi deyildilər. Bu əmr xəyanət olmuşdursa, istənilən halda müvafiq orqanlar tərəfindən onun icrası dayandırıla bilərdi.
3. Mətbuatda çapa çıxarılmış nüsxənin üzərindəki 703-cü briqadanın komandiri N. Sadıkovun dərkənarı, əmrin icraçıya çatan nüsxəsi olduğunu göstərir. Bu əmr xəyanət olsa idi, özü Ağdərəyə cavabdeh, Hərbi Akademiya savadlı zabit bu əmrə “İcra edilsin” dərkənarı qoyardımı? Onu da qeyd edim ki, məsuliyyətini bilən hərbçi məxfi əmrin siyasi qruplaşmaya ötürülməsinə, yalnız güclü havadarı olduğu halda, göz yumar və buna görə cəzalandırılmayacağına əmin ola bilərdi. Elə də oldu. Müharibə aparan dövlətin hərbi senzurasından kənar, əmr qəzetdə çap etdirildi. Məxfi əmrin qəzet üzünü görməsinə görə heç kəs cəzalandırılmadı. Siyasi rəqibi nəyin bahasına olursa olsun məhv etmək arzusu dövlətin təhlükəsizlik tələblərinə üstün gəldi.
4. Bəyanatda F. Quliyev deyir ki, Sürət Hüseynov “Ağdərədən 2(iki) briqada çıxarmaqla, ermənilərin qarşısını açıb, onlar da bundan istifadə edərək əkshücuma keçərək 3(üç) kəndi alıblar.”
-əmrin məzmunundan da göründüyü kimi, Ağdərədən “2 briqada deyil”, bir tək 123-cü alay və 143 saylı kiçik h/h-nin çıxarılması göstərilib. Həmin gün N. Sadıkovun xahişi ilə, Sürət Hüseynov 109 saylı əmr ilə 143 saylı h/h-ni Ağdərədə saxlayıb.
-123-cü alay Ağdərəyə hücum əməliyyatında iştirak üçün göndərilmişdi və Ağdərə istiqaməti komandiri N. Sadıkovun Ağdərə istiqamətində 27 yanvar 93 ildə hücumu dayandırmaq və 703-cü(yerli) briqadanın qüvvəsilə müdafiəyə keçmək əmrindən sonra, 14-27 yanvar 93 il hücum zamanı- 13 gün ərzində şəxsi heyyətinin 35% itirmiş 123-cü alay, 28 yanvarda 108 saylı əmrə əsasən daimi dislokasiya yerinə,  30 yanvarda Gəncə şəhərinə qaytarılıb. Ermənilər isə Ağdərədə 5 fevralda əkshücuma keçiblər(yəni 123 gedəndən 6 gün sonra).
-Sürət Hüseynovun 5 fevral 93 il tarixli 111 saylı əmrilə 123-cü alayın 1-ci batalyonu və başqa qüvvələri ermənilərin əkshücumu ilə əlaqədar Ağdərəyə göndərib və 8 fevrala qədər həmin 3 kənd nəzarətimizə qaytarılıb. Yəni 9 fevral Bəyanatında səsləndirilən fikirlər, yumşaq desək, reallığı əks etdirmir və ən azı qərəzlidir.
5. F. Quliyevin Bəyanatından sonra Prezident, Ali Baş Komandan Ə. Elçibəy 108 saylı əmrə qiymət verilməsi üçün təyyin etdiyi və Baş Qərargahın rəisi general Nürəddin Sadıxovun başçılığı ilə keçirilmiş Hərbi Texniki Ekspertizasının “2 Ordu Korpus komandanı Sürət Hüseynovun verdiyi 108 saylı əmr zəruri, məqsədəuyğun və qanunidir” rəyi dövlət müşavirəsində səsləndirilmişdi.
6. Arif Hacıyev AXC İK adından 9 fevralda verilmiş Bəyanatda səsləndirilmiş fikirləri dövlət adından AZTV vasitəsilə təkzib etmişdi. Bunu, 93-cü ilin fevralında Gəncədə Bəyanata etiraz mitinqlərində də etmişdi.
7. Fəfərc Quliyev deyir ki, “ Sürət Hüseynovun xəyanəti haqqında Bəyanat AXC İcraiyyə Komitəsində müzakirə olunub və yekdilliklə qəbul olunub”. Əslində isə, 20 nəfər AXC İK üzvlərinin birinin də bu Bəyanatdan xəbəri olmayıb. Yəni Bəyanat AXC İK-də müzakirə olunmayıb, səsverməyə çıxarılmayıb. Bəyanatı F. Quliyev AXC İK adından verib, orada yazılanları isə kimlərinsə göstərişilə bəstələyib.
8. Heç bir ictimai-siyasi hərəkatın(AXC o zaman məhz hərəkat idi), partiya və təşkilatın müharibə zamanı cəbhədə baş verən hadisələr və komandirlər haqqında hər hansı bir bəyanat verməyə ixtiyarı yoxdur. Hərbi əməliyyatlar və vəzifəli şəxslərin fəaliyyəti haqqında yalnız müvafiq dövlət orqanları xidməti və başqa xüsusi araşdırmadan sonra verə bilər. Fərəc Quliyevin o zamankı davranışı və indiyə qədər 09.02.93 il Bəyanatını doğru addım hesab etməsi, onun dövlətçilik və dövlət orqanlarının funksiyaları haqqında anlayışsız və xəbərsiz adam olduğunu göstərir.

faraj_quliyev1

Onu da qeyd edim ki, 123 saylı h/h 20 may 1992-ci ildə hərbi-zərbə alayı kimi yaradılmışdı. Mən bu alayda yarandığı gündən xidmət etmişəm və bu zaman ərzində 123-cü alay 20- yə yaxın 108 saylı əmr məzmunlu əmrlər alıb və icra edib. Bunlardan yalnız 108 saylı əmr məlum siyasi təxribat məqsədləri üçün istifadə olunub.

Bu məqaləni yazanda atalar misalımız yadıma düşdü- “Bir dəli quyuya dash atdi, min agilli toplashdi cıxara bilmədi”. Bu daş 20 ildir ki, ölkəmizin başına F. Quliyev tərəfindən salınıb. Bəyanatdan sonra Azərbaycanın daxili və xarici düşmənləri ordumuzu zəiflətdilər, vəziyyəti hərbi katastrofa, Kəlbəcərin işğalına, Sürət Hüseynov- AXC münasibətlərini get-gedə kəskinləşməsinə, 4 iyun Gəncə hadisələrinə və daha 5 rayonun itirilməsinə gətirib çıxardılar.
Bunların əsasını məhz Fərəc Quliyevin 9 fevral 1993-cü il AXC İK-i adından verdiyi təxribat xarakterli Bəyanatı qoydu.

P\L — Nazim Bayramov. 123- cü alayın qərərgah rəisi

istinad - http://www.teref.info/?p=12833

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники