nazim-b3-160x150Qarabağ müharibəsinin həqiqi tarixini cəmiyyətimizin biməsi üçün- “AXC(«milli hökümət») İQTİDARA GƏLƏN KİMİ UĞURLU YAY HÜCUM KAMPANİYASINA BAŞLADI” mifinə aydınlıq gətirməyi zəruri hesab edirəm. Həqiqəti bilmək, onun yerini yalan və uydurmaların doldurmaması üçün lazımdı; ikincisi, bu biliksiz, müharibə zamanı dövlətimizin siyasətini və müharibənin gedişinin məntiqini öyrənib, düzgün dərk etmək mümkün deyil.

Başlanğıcı AXC-nin iqtidara gəlişinə təsadüf edən, 12 iyun 1992-ci ildə, çoxlarının, səhvən Ağdərə əməliyyatı adlandırdığı, Əsgəran- Şaumyan əməliyyatıdır.
12 iyun 92-ci il əməliyyatın səhv adlandırılması, müharibəni cəmiyyətimizə müharibədən xəbərləri olmayan siyasətbazlar və psevdohərbiçilər tərəfindən nəql edilməsindəndir.
SuratƏməliyyatın planı, Yevlaxda Sürət Hüseynovun iş otağında bir sıra zabitlərimiz tərəfindən və əməliyyatın bəzi elementlərinin hazırlanmasında iri yerli özünümüdafiə batalyonlarının komandirlərinin iştirakı ilə 92-ci ilin may ayının son ongünlüyündə hazırlanmışdı. Mən özüm də bu planın hazırlanmasında iştirak etmişəm.
Hücum əməliyyatının başlama gününü S. Hüseynov şəxsən özü təyyin etmişdi.
Müdafiə naziri R. Qazıyev o zaman çox mühüm olan ordu quruculuğu və 15 may 92-ci il Daşkənd sazişinə uyğun olaraq, sovetdən qalan h/h-lər və silah-sursat, texnika, nəqliyyat vasitələri və ləvazimatın qəbulu və döyüşən hərbi hissələrimizə təhvil verməklə məşqul idi.
Bu hücum haqqında Rəhim Qazıyevə Sürət Hüseynov bir gün əvvəl məlumat vermişdi.
Baş Qərargahın rəisi rəhmətlik general Valeh Barşadlı isə hücum başlayandan bir gün sonra xəbər tutmuş və onu məlumatlandırmadığına görə S. Hüseynova irad tutmuşdu.
Əməliyyatın son dərəcədə məxfi hazırlanmasının səbəbi, rəhmətlik general Vahid Musayev tərəfindən 92-ci ilin may ayında S. Hüseynova təqdim etdiyi, o zaman MN-də işləyən erməni qarışığı olan qadınların siyahısı olmuşdu.

AXC iqtidarı rəhbərlərinin 1992-ci il yay hücum kampaniyasının hazırlığından xəbərləri belə olmamışdı. Mənim heç kəsin haqqına girmək arzum yoxdur. Əgər xəbərləri olubsa, buyurub 1992-ci il yay hücum kampaniyasına hazırlıq gördükləri işlərinindən, qəbul etdikləri qərarlardan faktlarla danışsınlar.
17 iyun 1992-ci ildə Prezident andını qəbul etmiş Ali Baş Komandan Ə. Elçibəyin Qarabağda aparılan döyüş əməliyyatlarına ilk müdaxiləsi, 14 iyulda başlayacaq Roma sülh danışıqlarının 4-cü raundu ilə bağlı ATƏMin(indiki ATƏT) “tərəfləri hərbi əməliyyatları dayandırmaq” çağırışına cavab olaraq, 9 iyul 92-ci il tarixdən etibarən Azərbaycan Ordusunun bütün hücum əməliyyatlarının dayandırılması və bir aylıq birtərəfli atəşkəs elan edilməsi olmuşdu.

Müharibə haqqında başqa geniş yayılmış miflərə aydınlıq gətirməklə davam edəcəm.

Nazim Bayramov.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники