nazim-b3-160x150Hörmətli hafta.az, təşəkkür edirəm.
Biri mal hakimi, biri can həkimi, biri də Pənah(düzü bilmirəm əvvəl kim olub) mürəkkəb cümlələr qura-qura, özlərini nədənsə başı çıxan kimi, əslində isə standart cümlə yığımı və xarici ekspertlərdən fikir oğurlayıb, öz fikirləri kimi izləyicilərinə təqdim edən, öz aləmlərində özlərini niyəsə siyasətçi, politoloqlar hesab edənlər …
Elə bilirsiz ikibaşlı danışmaq- siyasətdi? İkibaşlı danışmaq- kişiyə yaraşmayan sifətdi.
Siyasətin heç bir təqsiri yoxdu. onu əxlaqsız edən sizin kimi, yalanlarının girovları və şəxsi keyfiyətləri ambisiyalarından çox geri qalanlardı.
Şəxsi keyfiyətlər deyəndə, təkcə işgüzar-mənəvi deyil, eyni zamanda intellektual keyfiyətləri də nəzərdə tuturam.
Misal üçün, «cəsarət həbləri» barədə iftira məqsədli uydurmanız …
Lap tutuaq ki, belə ləblər mövcud olub və onları komandir olduğum hərbi hissənin əsgərlərinə vermək istəmişəm. Bəli. mən də siz ağılda olsaydım, uydurduğunuz kimi, o ləbləri yoxlamamış, təcrübə etməmiş, döyüş qabağı əsgərlərimə verərdim.
Bax fərqimizdə bundadı- intellekt. Çox lazımlı şeydi. (uydurma qoşanda da lazım olan şeydi, yoxsa maraqsız olur)
Başçılığım və iştirakımla 92-ci ildə Qobudan sovet-rus h/h-dən tanklar qıçarılanda, biz basqın etdiyimiz qaravulu yatızdırmaq üçün » … » adlı dərmandan istifadə etməyi planlaşdırmışdıq. Bu dərmandan qurbanını etkisiz hala salmaq üçün cinayət aləmi o illərdə geniş istifadə edirdi və təsirinə şübhə yox idi. Qablaşması beş ampula olurdu. Ancaq bu ampulaları rusların yeməyinə tökəcək özbək aşbaza verməmişdən, biz bir ampulanı yoxladıq … Qalan dördünü təyinatı üzrə verdik özbəyə.
Yəni belə-belə şeylər var, hörmətli bəylər … Ancaq uydurmanın müəllifləri və buna inananlar, heç şübhəszi ki, ləbləri əsgərlərə təcrübə etmədən verərdilər. Görün Azərbaycan kimlərin əlində olub…
Yadımdadı, P.Hüseynov Türkiyədən un alırdı, ali növ adıyla. Gəlib çıxırdı 2-ci növ yaxud heç növsuz. Deyirdilər, «türklər bizə …(aldadıblar)». Yalnız «cəsarət həbləri» uydurmasının müəllifi belə biznes yapardı.
Ambisiyalı insan və mal həkimlərinin AXC iqtidarı dövründə dövlətin təhlükəsizlik orqanlarına bir illik məcaralı səyahətlərini ayrıca şərh etməyə lüzum görmürəm, əvvəllər və bundan əvvəlki statusda bu mövzuya qismən toxunmuşam. Onların indi təhlükəsizlik ekspertləri kimi çıxış etmələri birinci sinifi bitirib, orta məktəbi bitirmiş kimi danışan nadanın söz oyunundan başqa bir şey deyil. Onların heç öz işlədikləri dövr barədə doğru məlumatları, təsəvverləri yoxdu(bunu 3 il əvvəl birinə burdaca sübut etmişəm).

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники