İmam Hüseyn (ə) kimdir?

İmam Hüseyn (ə)-in atası İslamı ilk qəbul edən möminlərin rəhbəri, Allahın Şiri (Döyüşdə olan şücaətinə görə bu ad Allah tərəfindən ona verilmişdir), Peyğəmbər elminin qapısı, yetimlər atası (yetimlərə olan nəvazişindən bu ada layiq olmuşdur) və s. fəzilətlərə layiq olan Həzrət Əli ibn Əbu-Talib, anası: Peyğəmbərin qızı və ciyərinin parası, dünya və axirət xanımlarının Xanımı (bu adlar haqqında möhtəbər hədislər mövcuddur) şəninə Quranda Kövsər surəsi nazil olmuş Həzrəti Fatiməyi-Zəhra (s.ə), babası: İslam Peyğəmbəri və şərafətli Nəbi olan Məhəmməd (s.ə.a.v). Özü: Peyğəmbər onun barəsində buyurur: «Huseyn məndəndir mən də Huseyndən», «Həqiqətən Huseyn hidayət çırağı və nicat gəmisidir», «Huseyni sevəni Allah da sevər» və s.

Yezid kimdir? Yezidin atası: İslam Peyğəmbəri ilə mübarizə aparan, saymayan , şərabxor və əyyaş, İslamda böyük nüfuz sahibi İmam Əli (ə)-la Sifeyyin müharibəsinin əmrini verən və Peyğembərin nəvəsi İmam Həsən(ə)-in qətlinin sifarişçisi Muaviyyə ibni əbu-Sufyan. Anası- bütün mənfi xüsusiyyətlərə malik, ərəblərin arasında Meyşun adlı əxlaqsız qadın kimi məşhur olmuşdur. Babası: Əbu Süfyan ibni Üməyyə Peyğəmbər (s)-la həmişə düşmənçilik etmiş və onun arvadı Peyğəmbərin (s) əmisi, Həmzəninin şəhid olmasından sonra onun pak cəsədinə hörmətsizlik etmiş, hətta İslama və Peyğəmbərə olan kinindən onun ciyərərini çıxardıb yemişdir. Özü- şərabxor, meymunbaz, qumarbaz, zinakar və mənfi xüsusiyyətlərə malik şəxsdir. Əhli sunnə alimi Sibt ibni Cozi özünün «Təzkirətul-xevass» kitabının 291-ci səhifəsində Yeziddən bu beytləri nəql etmişdir: Mənası belədir: «ey mənim həmpiyalələrim, qalxın mahnı oxuyanlara qulaq asın, ardıcıl şərab piyalələrini başınıza çəkib için, dini, xurafatı (və ya elmi və ədəbi müzakirələri) tərk edin. Çünki saz-avazın nəğməsi məni azanın səsini eşitməkdən qoruyur. Mən hazıram behişt hurisini (nisyə olduğuna görə) nəğmə oxuyan qoca qadına dəyişəm». Yezidin bu cür dinsiz xüsusiyyətlərini bir çox alimlər tərəfindən qeyd olunmuşdur. Hətta Əhli-sunnə alimləri Əhməd ibni Hənbəl və Əbül-ela Meerri Yezidi öz kitablarında dinsiz, kafir və mə’lun adlandırmışlar.

İmam Huseynin(ə) qiyamının səbəbləri:

1. Yezidin kimliyi, İslam ümmətinə olan düşmənçiliyi və xalqa olan zülmündən sonra İmam Huseynin (ə) qiyamının əsas səbəbləri də bizlərə bəlli olur. Yezid kimilər ilə mübarizə nəinki İmam Huseyn (ə)-in məqamında olan şəxsə vacibdir, hətta bütün sadə müsəlmanlara İslamın əsaslarının qorunması üçün canından və malından kəçməyi bacarmaq vacibdir.

2. Peyğəmbərin xəlifəsi və canişini olan kəs, gərək peyğəmbərə layiq , ümmətə nümunə olan bir şexs olmalıdır, əks təqdirdə ümmət xəlifə və peyğəmbərin canişininin əmələrini İslamın əleyhinə olduğunu görüb öz pis əmələrinə bəraət qazandıracaqlar. Əlbəttə belə olan halda müsəlmanlar İslam dinində süstləşəcək və ümumiyyətlə İslamın aradan getməsinə gətirib çıxaracaqlar. Elə buna görə də, Yezid kimi şəxslərin İslamın başında durması İslama zərbədir və bunun qarşısını almaq hər bir kəsə vacibdir. Bu işə əməl etmək hamıdan çox İmamlara daha da vacibdir.

3. Qeyd etdiyimiz kimi İmam Huseyn(ə)-ın bu zamanda susması Yezidin diktator və əyyaş hakimiyyətinə bir dəstək olar və bu hakimiyyətin bünövresinin möhkəmlənməsinə səbəb olardı.

4. İmam Huseyn(ə)-ın sözlərinə diqqət yetirsək, görərik ki, İmam Huseyn (ə) ümmətin arasında yaranan ayrıseçkiliye, dinsizliyə və dini dəyərlərin aradan getməsine və tayfabazlığa son qoymağa görə islah qəsdi ilə qiyam etdi. İmam Mədinədən, Məkkəyə tərəf hərəkəti zamanı bu sözləri buyurmuşdur: «Mən xudbinliyimə, xoş güzəran dalınca olmağıma görə və həmçinin fəsad törədib, zülm etməyə görə xaric olmadım(qiyama qalxmadım). Mən ancaq cəddimin (peyğəmbərin) ümmətində islahat aparmaq üçün xaric oldum». Bu sözlərdən belə başa düşülür ki, əgər Yezid İmamın tövsiyələrinə əməl edib həm öz rəftarında həm də İslama və İslam ümmətinə qarşı olan rəftarında islahatlar aparıb müəyyən qədər düzgün əməl etsəydi, bəlkə də İmam bu qiyama əl atmazdı.

5. Təsəvvür edək ki, İmam müəyyən səbəblərə görə zahirdə Yezid hakimiyyetini rəsmən tanıyaydı, İmamı özünə ən böyük sədd bilən Yezid öz yerini möhkəmələdəndən sonra İmam Huseyn(ə)-ı başlı-başına buraxması mümkün deyildi.

Nəyə görə İmam Huseynin(ə) şəhadətini ehtiramla yad etməliyik və aza saxlamalıyıq? Nəyə görə də saxlamayaq? Biz öz cəmiyyətimizdə və həmçinin digər cəmiyyətlərdə görürük ki, ziyalılar cəmiyyətdə müəyyən bir əhval-ruhiyyə yaratmaq üçün(məsələn düşmənə nifrət,  hürriyyət və azadlıq tərəfdarı olmaq əhval-ruhiyyəsi ) hətta  xəyali  qəhrəmanlar uydurub, onları təbliğ edir və cəmiyyəti bu istiqamətdə tərbiyələnməyə sövq edirlər. Ancaq biz müsəlmanların elə bir şəxsiyyətləri var ki, Allah tərəfindən onların pak və müqəddəsliyi təsdiq olunmuşdur. Bu şəxsiyyətlər Peyğəmbər və onun pak əhli-beytidir. Əhli-beyt məktəbinin elə bir nümayəndəsi var ki, O kəs azadlıq və hürriyyət rəhbəridir. Tə’rif etdiyimiz şəxsin adı İmam Huseyndir (ə). İmam Huseyn (ə)-ın Aşura qiyamı bizlərə azadlıq-hürriyyət, qeyrət, cəsarət, iradəli olmaq və nahaqqa baş əyməmək kimi dərslərini öyrədir. İmam Huseyn (ə) elə bir simvoldur ki, hədəfi İlahi, məqsədi ictimaiyyətə azadlıq gətirib islahat aparmaq üçün bilə-bilə özündən, malından, övladlarından, ailəsindən, bütün qohum və yaxınlarından həqiqi mənada keçmişdir. Təbiidir ki, biz əzadarlıq keçirməklə bu müsibəti yad edirik və burada ağlamaq qorxaqlıqdan, zəlillikdən ağlamaq deyil, əksinə bu ağlamaq məna dolu ağlamaqdır ki, heç olmasa bizdə düşmənə, zalıma və nahaqqa qarşı kin yaradaraq bu əhval-ruhiyyəni gücləndirir. Biz deyib-gülməklə, həmişə öz kefimizdə olmaqla düşmənə kin yaradıb könüllü mübarizlər görə bilmərik və heç vaxt Qarabağı azad etmək əhval-ruhiyyesi bizdə olmaz.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники