Həzrət Hüseyn h.q. 4-cü il (m. 626) Şaban ayının 3-ü (ya da 4-ü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli və Peyğəmbər qızı Xanım Zəhra (s.ə.) — nən kinci övladı idi. Hüseyn ibn Əli öz həyatı boyu zülm və haqsızlığa qarşı mübarizədə şücaət və azadlıqsevərliyi ilə məşhur olmuşdur. Hüseyn ibn Əli uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası Əli ilə birgə yaşamış və Əlinin hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əlinin şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli ilə çiyin-çiyinə çalışmışdır.Həsənin şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr Hüseynin boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, h.q. 61-ci ili (m. 680)  Məhərrəm ayının 10 — da İraqın Kərbala çölündə şəhid edilmişdir.

Ardı var…

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники