“Surət İsanın, Pənahın ürəyindən keçənləri bilmirdi və maraqlanmırdı”

Keçmiş baş prokuror İxtiyar Şirin «Hürriyyət» qəzetinə müsahibəsində AMİP lideri Etibar Məmmədovla keçmiş baş nazir Surət Hüseynovun arasında hansısa işbiriliyi olduğunu dilə gətirməsinə cavab özünü çox gözlətmədi.

Ordu-kohne-151100212Həmin müsahibə Moderator.az - da yerləşdirılən kimi Surət Hüseynovun adamı kimi tanınan və vaxtilə Gəncədəki 709 saylı hərbi hissənin qərargah rəisi olmuş Nazim Bayramov müsahibədəki iddialara etirazını bildirib və onun fikirlərinin də işıqlandırılmasını xahiş edib:
«Etibar Məmmədovla Surət Hüseynovun xüsusi münasibətləri olmayıb. Etibar 92 — ci ilin prezident seçkiləri qabağı Yevlaxa gəlib, Surət Hüseynovdan seçkilərdə dəstək istəmişdi. S. Hüseynov da ona demişdi ki, indi hakimiyət mübarizəsi vaxtı deyil, düşmən qapını sındırır. Elçibəy müəlliminiz, ağsaqqalınız olub. Namizədliyini geri götür, bu seçki, hakimiyət məsələsi tez həll olunsun, müharibəmizi aparaq. Etibar o vaxt namizədliyini geri götürdü. Demirəm Surət Hüseynovun sözləri ilə, amma götürdü. 92 — ci ilin noyabrındakı görüşdə də (o görüş gizli olmayıb, sadəcə hökümət adamlarının şam naharı olub) Surət Hüseynov milli birlik hökümətini təklif edəndə, Etibarı baş nazir təklif etmişdi. Yəni Etibar vaxtilə birlik üçün namizədliyini geri götürüb, iddiasından imtina edib, indi siz də cavab addımı atın, müxalifət — iqtidar söhbətlərini yığışdırın, müharibə gedir.
Məsələ belə olub. Burda xüsusi gizli motivlər axtarmaq əbəsdi.  Surət Hüseynov siyasətlə məşğul olsaydı, bəlkə də bu təklifi verməzdi. O nə bilsin ki, bunların hamısı vəzifəpərəst çürüklərdi. O, düşmənlə müharibə edirdi, daim Qarabağdaydı, İsanın, Pənahın ürəyindən keçənləri bilmirdi və maraqlanmırdı. Sadəcə milli birlik üçün fikrindən keçəni təklif eləmişdi.»
Qeyd edək ki, saytın əməkdaşı AMİP lideri Etibar Məmmədovla da əlaqə saxlayaraq keçmiş baş prokurorun onunla bağlı iddiasına münasibət öyrənmək istəyib. Etibar Məmmədov zəngə cavab versə də Azərbaycanda olmadığını bildirərək telefonu qapadıb.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники