Bu yaxınlarda bloqunda müxalifətə sual və təkliflər olan yazını paylaşan Nilufər özünə qəsd etdi. Nilufər artıq bizimlə yoxdur. Ancaq bloqunda paylaşdığı məqaləsindəki müxalifətə ünvanladığı suallar və təkliflər ən əsası isə onun suallarını müxalifətin eşitməməzliyi, saya saymaması bizimlədir və qüvvəsindədir.
Bir ilə yaxındır ki, son Qarabağ müharibəsinin tarixinin təhqiqini aparıram. Bu zaman ərzində Qarabağ müharibəsinin tarixi haqqında kifayyət qədər faktoloji materiallar toplamışam. Nəticədə, gözlərimin önündə müharibənin gedişi və məğlubiyyətlərimizə səbəb olmuş hadisələr haqqında əksəriyyətimizin bildiyindən və təsəvvürlərdən tamamilə fərqli bir tarix canlandı.
Bu halda, hələ də işğaldan azad olunmasını gözləyən, torpaqlarımız uğrunda keçən müharibənin əsl həqiqətlərini öyrənmək üçün o zamankı milli hökümətin da nümayəndələrinə mövzu ilə bağlı suallarımla müraciət etdim.
Mən İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseynov, Sülhəddin Əkbər, Fərəc Quliyev, Hikmət Hacızadə və bir neçə kiçik çaplı Milli Hökumət rəsmilərinə tam aidiyyatı üzrə suallar vermişdim və heç bir cavab ala bilmədim. Suallarım bilavasitə onların hakimiyyətdə olduğu dövrə aid olmaqla yanaşı, həm də səlahiyyətləri çərçivəsini aşmamışdı.
Sual edirəm. Niyə bir başa səlahiyyətləri çərçivəsində olan suallardan yayındılar? Qarabağ aktuallığını itiribmi? Niyə demokratik olduqlarını və xalqa qeyd-şərtsiz qulluq etdiklərini iddia edən bu bəylər Qarabağ müharibəsi haqqında mənim suallarıma cavab verməkdən yayındıqları halda, öz təsirləri əhatəsndə olan KİV- də bu mövzuda danışır və geniş müsahibələr verirlər?
Mənim gəldiyim qənaət belədir: Məsələnin gerçək üzünü öyrənmiş və uydurduqları yalanları ifşa edə biləcək sualları verən jurnalistlə danışmaqdan qorxurlar çünki, dedikləri hər bir yalanın qarşısına bir gərçək əlahəzrət fakt qoyulacaq!

Nilufərin bloqunda paylaşdığı yazıdakı, tamamilə razı olduğum, fikirlər və orada adı çəkilən siyasətçiyə müraciət, cavabsız nəticəsiz qalan təkliflər, həm də mənim bu cənaba və ümumən hər birinə ayrı-ayrılıqda ünvanladığın sualların cavabsız qalması Azərbaycanda müxalifət-iqtidar işbirliyi və tayı-bərabəri olmayan siyasi sistemin mövcudluğundan xəbər verir, hətta bunu isbat edir!
Bu gün artıq tam aydınlığı ilə görsənir ki, Azərbaycanda iki cəbhə var:
1. Yalanlar üzərində qurduqları siyasi sistemi qorumağa çalışan iqtidar-müxalifət birliyi. Bu birliyin əsas şuarı: “Kim bizim birimizlə deyilsə, bizim ümumi düşmənimizdir. Sadə, siyasətə qarışmayan xalq belə bu, müəllifi R. Mehdiyev olan, “milli ideologiya” altında əzilir və bu devizin agırlığı altında məhv edilməkdə, media orqanları tərəfindən “beyinləri yuyulmaqdadır! Media əhli isə, kiçik istisnalarla, bu sistemə işləyərək, bəzən isə azad olma imitasiyası yaradaraq, yenə də nəticə olaraq həqiqətləri xalqdan gizli tutur və şəxsi mənafeyə qulluq edirlər.
2. Məğlub durumda olan və kölə vəziyyətində saxlanılan xalq. Buraya tərəfsiz, sağlamdüşüncəli insanları da aid edirəm.
Bu durumu dəyişmək olarmı? Bu sualın cavabı isə belədir- Bəli!
Bu sistemi necə qırmaq olar? Bu gün ən talehyüklü suallardan biri budur. Azərbaycanda qütbləşmədən uzaq qalan və nə müxalifətdə, nə də iqtidarda təmsil olunmayan sağlam düşüncəli, rasional, millətini, vətənini sevən insanlar çoxdur ki, onları dinləməyə başlamaqda fayda var. Hətta hər iki cəbhədə təmsil edilən belə sağlam düşüncəli insanlar da çoxdur ki, onları təsirdən qurtularaq sərbəst düşünməyə və bütün tərəfləri və tərəf olmayan sərbəst insanları dinləməyə başlayın. O zaman həqiqətləri görəcəksiniz! Sizi köləyə çevirən iqtidar-müxalifət ideologiya zəncirlərini qırın, düşünməyə başlayın, gərçəkləri görüncə və azad qərar vermək şansı əldə edincə köləlikdən qurtulacaqsınız.
Sən, ey vətəndaş, yalnız düşüncəndə bu inqilabı etməklə azad ola bilərsən və sən azad olsan cəmiyyətimiz azad olacaq! Bu yolda bizə yardımçı insanlar çoxdur, ətrafınıza baxın, fərqli düşüncə ortaya qoyan insanların düşüncələri ilə tanış olmaqdan, anlamaqdan, öz düşüncənizlə nəticə çıxarmaqdan qorxmayın. «İnqilab ilk öncə düşüncələrdə olmalıdır!» Hələlik düşünməyə başlayın, görəcəksiniz qalanı özü gələcək, həm azadlıq, həm bütövlük, həm sərbəstlik, mənliyinə dönmə…Düşüncələrdə əldə etdiyimiz azadlıq əməllərdə özünü hökmən göstərəcək!

Könül Sərdarlı

İstinad - http://www.teref.info/?p=8834

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники