196166_221551521299891_1768747687_nAzərbaycanın Milli Qəhrəmanı, AXC hakimiyyəti dövründə prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, bir müddət sonra isə elə AXC hakimiyyəti tərəfindən “dövlət çevirilişində, dövlətə qarşı qiyamda” suçlanan Sürət Hüseynovla bağlı Moderator.az-da gedən bəzi xəbərlərə aydınlıq gətirmək üçün onunla əlaqə saxlamışıq. Söhbətimiz qısa olsa da bizə lazım olan bəzi suallara cavab ala bildik.

 -Son günlər sizi Rusiyada hansısa diaspor fəaliyəti ilə bağlayırlar. Bu informasiyalar nə dərəcədə doğrudurmu?

 -Xeyr. Bunlar şayiədi.  Mən uzun müddətdi Türkiyədə yaşayıram. Rusiya ilə heç bir əlaqəm, bağlılığım yoxdur. Rusiyada diaspora işiylə orda yaşayanlar məşğul ola bilərlər.  Mənim Rusiya ilə ümumiyyətlə heç vaxt bağlılığım olmayıb. Amma hər zaman məni Rusiya ilə bağamaqda maraqlı olublar.

 -Bəs sizcə nədən KİV-də yanlış məlumatlarla adınızı gündəmə gətirirlər?

 - Bu mənim üçün prinsipial bir məsələ deyil. Yəqin onlara belə sərf edir. Ancaq həqiqət olmadığından tezliklə hamı unudacaq. Yalan ayaq tutsa da yeriməz…

  -Belə başa düşdüm ki, hər hansı ictimai- siyasi fəaliyyətlə məşğul  deyilsiniz. Heç olmasa yaxın gələcəkdə belə bir planınız varmı?

 -İnsan cəmiyətdə yaşayısra, hər hansı fəaliyyətlə məşğuldursa, deməli, bir növ ictimai həyatın içindədədir.  Ancaq ayrıca, sistemli şəkildə  ictimai-siyasi fəaliyətlə məşğul olmaqla bağlı  niyyətim, planlarım yoxdur.

 -Belə bir gündə Sizinlə əlaqə yaradaraq Gəncə hadisələri barədə soruşmamaq qəbahət olardı. 4 iyun hadisələri haqqında hər dəfə mediada əleyhinizə çoxsaylı ittihamlar və qarayaxmalar səsləndirilir, ancaq Siz bir qayda olaraq susursunuz. Tarixdə hər olaya vaxtında verilən qiymət daha keçərli olur axı…

  -Mən susmamışam və vaxtında sözümü demişəm. Hesab edirəm ki, Qarabağ döyüşlərinin iştirakçıları və o dövrdə ölkədə baş verənləri saf-çürük edənlər həqiqətin harada olduğunu və günahkarların kimliyini bilir. 4 iyun hadisələri haqqında Milli Məclisin 16 iyul 1993-cü il tarixli Qərarı var. Bu Qərar hadislərdən dərhal sonra MM tərəfindən yaradılmış  deputat istintaq komisiyasının rəyi əsasında verilib. Yaxşı olardı ki, 4 iyun hadisələri ilə bağlı KİV-də həmin rəy dərc olunsun, komissiyanın sədri Mətləb Mütəllimov və üzvlərinin fikirləri işıqlandırılsın. Mənə gəlincə, ayrı- ayrı vaxtlarda  4 iyun hadisələri ilə bağlı geniş müsahibələr vermişəm. 4 iyun hadisələri barədə Qarabağda şücaətli komandir kimi tanınan və həmin tarixi canlı yaşayan Nazim Bayramovun saytınızda gedən silsilə yazılarını izləyirəm. Birmənalı şəkildə qeyd edirəm ki, o yazılar həmin dövrünhərbi əməliyyatları və baş verən eybəcərliklər haqqındakı həqiqəti əks etdirir.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники