nazim-b3-160x150Teref. info saytına «Yeni Musavat» — da Surət Hüseynovun Türkiyədə Qazilər Vəqfı təsis etməyi ilə bağlı şərhinə cavab gəldi. Bizə gələn bu cavabı sizə təqdim edirik!

“Yeni Musavat”a Qarabağ Qazisi, keçmiş 123-cü alayın qərargah rəisi Nazim Bayramovdan cavab gəldi.

Nazim Bayramov: 

Azərbaycan media-məkanında “mənbələri” və siyasi həyatda ara qarıştıran xəbərləri ilə məhşürlaşmış “Yeni Musavat” qəzeti Sürət Hüseynovun Türkiyədə “Azərbaycan Qazilər Vakfının” təsis etməyinə “… bizə çatan məlumatlarda əsas qeyd kimi bu işin içərisində Rusiya barmağının olması keçir” yazır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən, coğrafiyamızla şərtlənən Rusiya geosiyasi faktorunun istismarını müəyyən siyasi qruplar və siyasilər öz monopol istismar sahəsinə döndəriblər . Korporativ partiya maraqlarını təmin etmək üçün Rusiya faktorunu bayraq ediblər.
Başqa “bayraqları” da var, amma Rusiya faktorundan Azərbaycanı müdafiə “bayrağı” altında baş vermiş iki cinayət, Azərbaycanı Qarabağdan və demokratik gələcəkdən bu günə kimi məhrum etdi.

Bunlardan biri Azərbaycan Ordusu 1992-ci ili Qarabağda uğurla başa vurması və 1993-cü ilin aprelində Xankəndiyə Zəfər hücumuna hazırlanarkən baş vermişdi.
O zaman Azərbaycanın Milli Qəhramanı, Ali Sovetin deputatı, Prezident Ə. Elçibəyin Qarabağ və ətraf rayonlar üzrə səlahiyyətli nümayəndəsi, Baş Nazirin müavini, Qarabağa cavabdeh olan 2-ci Ordu Korpusun komandanı Sürət Hüseynov 6 noyabr 1992-ci ildə dövlət, parlament və hökümətin və o zaman ana-müxalifət partiyası olan AMİP rəhbərliyini Müdafiə Nazirliyinin Qonaq evinə şam naharına dəvət edib, gələn ilin (93-cü il) aprelində Zəfər hücumuna başlamaq məqsədilə Seyfəli təlim mərkəzində 10 minlik qoşun hazırlamağa başladığını elan etmişdi və bu, əsas hədəfə çatmaq üçün birliyə və dövlətin bütün qüvvələrini səfərbər etməyə çağırmışdı.
Dövlət rəhbərlərindən görüşdə yalnız, Türkiyə səfərindən həmin gün qayıtmış, yorğunluğu səbəbilə, Ə. Elçibəy iştirak etməmişdi. Lakin demişdi ki, görüşdə səslənən təklifləri ona İsa Qəmbər və Pənah Hüseynov çatdıracaqlar.
Dekabırın sonlarında isə, Sürət Hüseynovun rəhbərliyi ilə hazırlanan 10 minlik qoşundan 4500-lik qruplaşma hazır olduğunda, Ə. Elçibəy S. Hüseynova yanvarın ortalarından geç olmayaraq, Qarabağda hücuma keçməyi əmr etdi.
Əvvəlki planları pozaraq, qış hücumuna keçmək əmri gözlənilməz olduğu qədər lazımsız, heç bir hərbi zərurətlə şərtlənməmişdi.
Siyasi tərəfdən isə ABŞ Azərbaycan əleyhinə 907-ci düzəlişi yenicə qəbul etmişdi. Qarşıdakı aylarda bu diplomatik zərbənin xarici siyasi və iqtisadi fəsadlarını aradan qaldırmaq əvəzinə, Ə. Elçibəy, Prezident olandan ilk dəfə idi ki, həm də zərurət olmadan, hücuma keçmək əmrini verdi.

Məlum oldu ki, İsa Qəmbər və Pənah Hüseynov Əbülfəz Elçibəyi inandırmışdılar ki, “Sürət Hüseynov Seyfəlidəki qoşunları Bakıda çevriliş etmək üçün hazırlayır”. Bəs nə edək? Hazırladığı qoşunları hücuma ataq. S. Hüseynov hücuma razılıq verməsə, deməli həqiqətən də bu qüvvəni dövlət çevrilişi etmək üçün hazırlayır. Bu qədər bəsit.

1993-cü ilin qışında yüksək dağ şəraitində hücumlarda və əkshücumlarda Azərbaycan Ordusunun, eyni zamanda yeganə ehtiyyat qüvvəsi olan, 4500 nəfərlik qruplaşması dağıdıldı, məhv edildi.
Bu zaman, Rauf Arifoğlunun əli ilə yazılmış F. Quliyevin böhtançı və iftira Bəyanatı səsləndi- “Sürət Hüseynov xəyanət edib, iki briqadanı cəbhədən çıxarıb”. Düzdü, sonra Arif Hacılı AzTV-yə çıxıb, Bəyanatda səslənən fikirləri dövlət adından təkzib etməli oldu. Lakin nəticədə Sürət Hüseynov hərbi vəzifələrdən uzaqlaşdırıldı, Ordu başsız qaldı və dağıldı, Kəlbəcər işğal olundu.

İkinci hadisəyə isə Milli Şuranın yaranması və fəaliyəti dövründə şahid olduq. ,,Hele 2013- cu ilin martında indi ,,antirus,, imici ile tanınmaq isteyen partiyanın bash sponsoru olan azərbaycanlı ish adamı Rusiya prezidentinin masasina partiya lideri adından ,,Rusiya prezidentine teklifler,, adli bir sened qoymuşdu. Alver baş tutmadı. Onda strategiya dəyişdi. Məlum partiya funksionerləri “Milli Şuranı” Rusiyanın projesi adlandırdı.
Ahıl yaşında avtoritarizmə qarşı mübarizəyə qalxmış, dünya şöhrətli ziyalımıza, onu dəstəkləyən ictimai-siyasi qüvvələrə, hərbiçilərimizə köhnə araqatanlar yenə “rusiyanın agenti” damğası vuraraq, iftiralar yaydılar. Bunun nəticələrini görməkdəyik.

Dövlətçiliyimiz və demokratiyanın maraqlarından özünə qalxan düzəltmiş, saxta şuarlar arxasında gizlənən antimilli siyasətbaz ünsürlərin ifşası zamanı gəlmədimi?

Nazim Bayramov. 123 polkun qərərgah rəisi. Qarabağ qazisi.

istinad - http://www.teref.info/?p=34095

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники