Nazim Bayramov Gəncə qiyamının müəmmalarından birinə aydınlıq gətirir…

nazim-b3-160x150Milli Qvardiyanın keçmiş komandiri polkovnik Əzizağa SüleymanovunModerator.az-dakı dünənki yazısı qarşı tərəfin dərhal reaksiya bildirməsinə səbəbə olub. 709 saylı hərbi hissənin keçmiş qərargah rəisi Nazim Bayramov aşağıdakı yazının saytımızda getməsini xahiş edib:

“Əzizağa Süleymanov  1993-cü ilin iyunun 4-ü saat 17 radələrində 50 nəfərlik qvardiyaçı dəstəsi ilə Bakıdan Gəncəyə təyyarə ilə gətirilmişdi. O, yalnız girovluğa düşdüyü və bu zaman baş verənlərin şahidi olub, yəni saat 17-dən təxminən saat 18-ə qədər, bir saat ərzində iştirakçısı olduğu hadisələrin. Sonra isə bu adam 709-cu briqadanın qeyd etdiyi kazarmasında saxlanılıb.

  709-cu h/h-nin ətrafında Prezident qvardiyasının bölmələrinin tərksilah edilərək, h/h-nin ərazisinə gətirilmələri isə  iyunun 4-ü saat  13 radələrində baş vermişdi. Buna görə daha doğru olardı ki, hörmətli Ə. Süleymanov iyunun 4-ü səhər saat 5-50 hökümət tərəfindən başladılmış “Tufan” əməliyyatının gedişini və bununla bağlı baş verən hadisələri təsvir edərkən, bunu öz adından deyil, qulaq şahidi kimi etsin.

Ə. Süleymanov 4 iyun səhər baş vermiş hadisələrdə özü olmadığına görə yazısında bəzi məqamları səhv salıb, təəsüf ki, ciddi sürətdə təhrif edir. Birincisi, kəşfiyyat məqsədi ilə 709-cu h/h-yə daxil olmuş qvardiyaçı “S. Hüseynovu və 4 hərbçini” heç çür zirzəmidə görə bilməzdi, çünki S. Hüseynov o zaman ümumiyyətlə 709-cu h/h-də deyildi, Gəncədəki evində idi. Yalnız İ. Sadıxovun 9.30 h/h-yə evindən yenicə gəlmiş S. Hüseynovla görüşündən sonra, təxminən 9.50 h/h-nin ərazisi onu mühasirəyə almış qoşunlar tərəfindən atəşə tutulandan, İ. Sadıxov buraxılandan və artıq qərargah binası intensiv atəşə tutulandan sonra S. Hüseynov mühafizəçilərinin tələbi və müşayiəti ilə zirzəmiyə keçmişdi.

İkincisi, Qarabağın məhşur batalyon komandirlərindən olmuş Mehman Ələkbərov 709-cu briqadanın atəşə tutulduğunu eşidib, qardaşı və bir döyüş yoldaşı ilə birlikdə evindən çıxıb təxminən saat 11-də gəlmişdi 709-cu h/h-nin Nəzarət- Buraxılış Məntəqəsinin yanına. M. Ələkbərovun qətlə yetirilməsi şəraiti o zamandan hamıya yaxşı məlum olsa da, bu mövzunun ətrafında maraqlı qüvvələr tərəfindən spekulyasiyalar, ictimai rəyi çaşdırmaq cəhdləri, təəsüf ki, hələ də davam etməkdədi. Məsələyə bir daha aydınlıq gətirmək üçün M. Ələkbərovun qardaşı Ağakərim Ələkbərovun 2012-ci ildə mətbuata verdiyi müsahibənin bu hadisəyə aid olan hissəsini saytınızda bir daha yerləşdirməklə bərabər, Mehmanın döyüş yoldaşı kimi hamıdan xahiş edirəm, öz ucuz spekulyasiyalarınızla qardaş qırğınının qurbanı olmuş əziz Qarabağ qəhramanımızın ruhunu incitməyin, qoyun heç olmasa olduğu yerdə sakit uyusun.

  Ağakərim Ələkbərov:   “… Biz709-un içinə girdik. Gördük bura əsgərlərlə doludur. Özü də elə-belə prizıv (yeniyetmə çağırışçılar-red.)  əsgərləri deyil. Çünki, çoxlu yaşlı əskərlər də var idi. Mehman onlara müraciət edib dedi ki, qardaşlar biz burada qardaş qırğınına yol verməyəcəyik. Siz erməni üstünə gəlmisiniz? Silahları aşağı salın. Burada düşmən yoxdur və bu nə isə anlaşılmamazlıqdır. Biz hamımız silah qardaşıyıq. Hər şeyi sakitliklə və qurbansız həll edəcəyik. Bizim bir düşmənimiz var, o da erməni…»

 Jurnalistlə A.Kərimovun söhbətinin qısa mətnini oxucuların diqqətinə çatdırıram:

Sual: Mehman kimlərə müraciət etdi? 709-un uşaqlarına?

Cavab: Yox qardaş, nə 709, heç orada o vaxt 709-dan əsgər yox idi. Bunlar gəlmə əsgərlər idi. Onlar barıdan içəriyə keçmişdilər və hər yerə atəş açırdılar. Mehman bir tanka yaxınlaşıb onu söndürdü, sonra yaxındakı BMP-ni söndürdü və içində olan bir cavan əsgəri çıxartdı. Sonra  əsgərlərə atəş açmamaq üçün ikinci dəfə müraciət etdi. O, dedi ki, «qardaşlar, biz ermənilərin sevincinə səbəb olan qardaş qırğınılna yol verməməliyik. Bizim bir düşmənimiz var, o da erməni və biz ona güllə atmalıyıq. Biz burada hər şeyi sülhlə həll etməliyik və edəcəyik.»

Coxu onu tanıyırdı və bir birinə deyrdi ki, “ Mehman gəldi, Mehman gəldi.” O cibindən ağ yaylığını çıxardıb yuxarı qaldırdı və “ atmayın, atmayın” deyə qışqırdı. Doğrudanda atəş dayandırıldı. Elə bil hamı sakitləşdi. Allaha and olsun hamı sevinirdi ki, Mehman indi hər şeyi həll edəcək. Amma bu zaman güllələr açıldı. Onun yanında batalyonunun naçalnik svyazı (rabitə rəisi-red)  Mehman Cəfərovu güllələyib öldürdülər. Hümbətov Kərim isə qolundan yaralandı.

Sual:  Kİmlər idi güllə atanlar? Surətçilər idi ?

Cavab: Yox nə Surətçilər, Qazax briqadasının əsgərləri idi. Gözümnən gördüm. 709-un qərərgahının aşağı tərəfi stadiondur, ondan bir az aralıda ağaclıq var. Oradan atdılar, sonrada səhv etmirəmsə “ Ural” maşınları var idi ona minib barını uçurdaraq qaçdılar….”

istinad - http://moderator.az/?xeber=50289

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники