82570

Bu gün 92-ci ilin 14-15 may hadisələrinin növbəti ildönümüdür. Baş verən həmin olayların yaxın iştirakçısı və müşahidəçisi olan şəxslər bu məqsədlə mətbuatda gen-bol açıqlamalarla yenidən gündəmə gəliblər. Keçmiş baş prokuror İxtiyar Şirin keçmiş baş nazir Surət Hüseynov haqqında ittihamlarla çıxış edib: “Sürət Hüseynov dedi ki, biz o torpaqları ermənilərə əl borcu vermişik” Onun bu ittihamına cavabı çox gözləmək lazım gəlməyib. Həmin proseslərdə yaxından iştirak etmiş və vaxtilə mövcud olan 123-cü alayın qərargah rəisi olmuş ehtiyyatda olan polkovnik-leytenant Nazim Bayram Moderator.az-a açıqlamasında İxtiyar Şirini yalan danışmaqda və həqiqəti .

«O sözü Elçibəy deyib. Surət Hüseynov isə tənqidi mənada Elçibəyin həmin sözlərini təkrar edib. İxtiyar Şirinov özünü ictimai diqqətin ortasına atmaq üçün bilərəkdən yalan danışır. S.Hüseynov bu cür dedi-qodulara cavab verməyəcək. Bunun videoyazısı var. 93-cü ilin haradasa aprelin 30-u iclasda S.Hüseynov çıxışında deyir, bu nə sözdü — «bir torpağı erməniyə əl borcu vermişik»? 4 oktyabrdan sonra onun əleyhinə kampaniya gedəndə qıraq-bucağını çıxarıb, ifadəni onun sözü kimi təqdim etmişdilər bir dəfə AzTV-dən. Rəhim Qazıyev məncə həmin məşhur olub. 37 rayonun ağsaqqalları ilə Gəncədə keçirilən iclas olmuşdu. Söhbət Ə.Elçibəyin AzTV-də, Gəncə və ətraf rayonların böyük mənfi rezonansa səbəb olmuş Kəlbəcərin işğalı ilə bağlı etdiyi çıxışdan gedir. Həmin çıxışda Ə.Elçibəy demişdi, …  Kəlbəcər gedib… elə bilin əl borcu vermişik. qaytaracağıq… Gəncə də gedə bilər…müharibədi…hər şey ola bilər.

Bundan sonra Gəncədə panika başladı ki, «deyəsən bunlar Gəncəni də veriblər…» Camaat S.Hüseynov tərəfə axdı ki, Gəncəni müdafiə elə. Əhalini sakitləşdirmək üçün S.Hüseynova Respublika Ağsaqqalar Şurasının Gəncədə iclasını topladı. Həmin iclasda Ə.Elçibəyin o sözlərini təkrar etmişdi. Həmin toplantıda Ə.Elçibəyə müraciət də qəbul olunmuşdu — ölkədəki son durumu müzakirə etmək üçün MM-də Ali Sovetin sədri və baş nazirin dinləmələrinin keçirilməsi təklifi ilə. Sonralar AXC bu iclası «Hərbi Birliyin» yaradılması kimi təqdim etmişdi.
Halbuki Hərbi Birlik bir il öncə 92-ci ilin 5 mayı Ağdamda yaradılmış, heç bir siyasi məsələlərə qarışmamışdı. Döyüşüb, Şaumyanı, Ağdərəni azad etmişdi, 92-ci ilin avqustundan isə — korpusların təşkili ilə — özünü avtomatik  buraxmışdı. Sadəcə vahid komandanlıq olmayan dövrdə Qarabağda döyüşən bütün dəstələrin koordinasiya və təhcizat-təminat mərkəzi olmuşdu».
istinad-http://www.moderator.az/news/136579.html

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники