Bu, 1992-ci ilin hücumu gedərkən, 20 sentyabır- 20 dekabr ərzində hazırlanmış 2-ci ordu korpusun və eyni zamanda ümumən ordumuzun o zaman yeganə ehtiyyat qüvvəsi idi. 4500 nəfərlik. Qüvvə Seyfəli poliqonunda Sürət Hüseynovun rəhbərliyi ilə hazırlanırdı.
2-ci OK-un qərargahının planına görə 93-cü ilin fevralın sonlarına qədər ehtiyat qüvvələrinin sayı 10 minə çatdırılmalı və gördüyünüz şahinlər, vətən oğulları 93-cü il martdan başlayaraq, əsas istiqamət Ağdam- Xankəndi olmaqla, may ayında Xankəndini almalıydılar.
Bu kadrlarda qruplaşmanın yekun hərbi təlimindən sonra sıra baxışı və sıra keçididi. 20 dekabr 1992-ci il.

Lakin o zamankı siyasi iqtidarın simasında kor fələk bu qüvvəni 93-cü ilin yanvarında attı Fərruh və Ağdərə hücum əməliyyatlarına … 15- 30 yanvar bu hücumlarda ordumuzun yeganə ehtiyyat qüvvəsi dağlarda əridi, əldən düşdü, 9 fevralda isə Sərkərdəsiz qaldı. 15 fevralda ermənilər həmin istiqamətlərdə əkshücuma keçəndə, anlaşıldı ki, bəs ermənilərin əkshücumunu dəf etmək üçün ehtiyyat qüvvəsi yoxdu. Polis, hərbi məktəbin kursantlarını, mülki dənizçilik kursantları və b. atıldı cəbhəyə.
Cəbhədə idarəçilik pozulmuşdu. Əzizağa Süleymanov xatirələrində yazır ki, 4 minlik Ağdərə qruplaşması müasirəyə düşmək təhlükəsilə üz-üzə qalmışdı (4 minlik qüvvə ilə Qarabağda müasirəyə düşmək üçün gərək möhkəm çalışasan). Batalyon komandirləri Babək-44, Vəzir Orucov, Murad Qurbanov, Prezident qvardiyası bölmələrinin şücaəti ilə mühasirə təhlükəsi sovuşmuşdu.

Daha bir aydan sonra qüvvə çatışmazlığını metro və bazarlardan gəncləri tutub, birbaşa, hazırlıqsız, cəbhəyə yollamaqla doldurmağa məcbur oldular. Aprelin ilk günləri Kəlbəcər işğal olundu.

Başqa yolumuz var idimi? Bəli, var idi. Bu, lüzumsuz, heç bir hərbi zərurətlə şərtlənməmiş 93-cü il yanvar hücumu əvəzində, Sürət Hüseynovun planına əsasən, 92-ci ilin uğurlu mövqelərində dayanıb, hazırlaşıb, Novruzdan sonra genişmiqyaslı Zəfər hücumuna keçmək.

Gənclərimizi ən çox məşqul edən suallar- niyə məğlub olduq? nəyimiz çatmırdı? ermənilər bizdən nəylə üstün idilər? Mənim tövsiyəm- müharibə tarixinin faktiki gedişini öyrənək və sağlam təfəkkürlə bu gedişi dərk edək. Onda hər şey aydın olacaq.

Yanvar 93-cü il hücum əməliyyatının zərurətini və məqsədəuyğunluğunu bu günə kimi heç kim hərbi nöqteyi nəzərdən əsaslandırmayıb. Mən bu əsaslandırmanı S. Hüseynovdan başqa heç kimdən eşitməmişəm.
Anonim olaraq gah ortaya atılır ki, ermənilər qışda acından və yanacaqsız ölürlər, biz gedən kimi, qaçacaqlar. İkinci versiya odu ki, ermənilər fevralda hücuma keçəsiydilər, biz onları qabaqlamalı idik. Birinci versiya özü özünə cavab verib- ermənilər bu günə kimi ölməyiblər hələ.
İkinci versiyaya- tutaq ki, «fevralda hücuma keçəsiydilər, biz onları qabaqlamalı idik»- cavab verirəm. Niyə biz mütləq qabaqlayıcı zərbə vurmalı idik? niyə biz tutduğumuz çox əlverişli mövqelərimizdə müdafiədə onların hücumunu dəf edərək, özümüz əkshücuma keçməyəydik- elə bu ehtiyyat qüvvəsi ilə. Qaldı bu versiyanın real qiymətinə- bu, versiyanın ilk sadə sualdan- bizə, müdafiə olunub, sonra əkshücuma keçməyimizə nə mane olurdu?- dağılması onun delitantlar tərəfindən uydurulduğunu göstərir və o da, heç bir tənqidə dözmür.
Həm də bu versiyalar biribirini təkzib edir- biri deyir acından ölürlər, o birisi deyir- hücuma keçəcəklər.

P.S  Bütün hüquqlar qorunur. Başqa saytlarda istifadə olunan halda istinad vacibdir. 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники