Bu sənəd Qarabağ müharibəsi tarixi haqqında təsəvvürləri  alt-üst edəcək!

БЛЕЯН ПИСЬМО.

БЛЕЯН ПИСЬМО 2

1992-ci ildə Sürət Hüseynovun rəhbərliyi ilə yüksək döyüş ruhlu 36 minlik Qarabağ Korpusun 4 aylıq yay-payız uğurlu hücum əməliyyatlarla Azərbaycanın siyasi rəhbərliyi üçün danışıqlarda ən ciddi dəlil- Qarabağa hərbi nəzarətini vermişdi.

Lakin o zamankı iqtidar bu dəlili danışıqlar masasında reallaşdırmamış, birazdan isə daxildə düşmən axtarmağa başlamışdılar. Başbilən bəylər bu haqqda danışmağı xoşlamırlar. Bunu anlayıram, siyasətçilər maraqları ilə idarə olunar. Amma  bu qələbələri  təmin etmiş insana- Azərbaycanın Milli Qəhramanı Sürət Hüseynova qarşı  o zamandan indiyə qədər AXC iqtidarın iftiraları və təkfirləri  davam etməkdədi.

Bu uğurları qanı və canı ilə Vətən üçün qazanan oğullar və Azərbaycanın vətənpərvərləri öz əziyyət, məhrumiyyət, iztirablar, sarsıntılar, fədakarlıq və qurbanlarını urvatsız etməyə heç bir siyasi oyunbazlara imkan verməyəcəklər.

Siyasi çarşıya Demokratik Cümhuriyyətin  simvollarını çıxardıb,  arxasında gizlənib, onları özünə qalxan və monopol istismara alanlara və simvolları bataqlığa atanlara deyirəm-  Azərbaycan əsgərinə, komandir və Sərkərdəsinə sizin laf söyləməyə mənəvi ixtiyarınız yoxdu.

Mən bu sənədin dərinliyinə getməzdim. Sadəcə ordumuzun uğurlarını dana bilmədiklərinə görə, bu təşəbbüsün əhəmiyyətsiz bir şey kimi göstərməklə, istəyirlər bu “cinahdan” keçib, Ordumuzun 92-ci il uğurlarının əhəmiyyətini bu cür aşağı salsınlar, “hə, uğurlar olmuşdu, S. Hüseynovun xidmətləri olmuşdu, ruslardan patron alıb, verib ordimuza, biz də ona Milli Qəhraman” adı vermişik. Amma o, sonra “milli höküməti” devirdi”.  Müharibəni o vaxt bitirsəydiniz, S. Hüseynov onsuzda tarixdə qalacaqdı. S. Hüseynov  ya digər vətənpərvər adam Qarabağsız Milli Qəhraman adını neyniyir ki?

Keçək təşəbbüsün mahiyyətinə baxaq.

Azərbaycan Ordusunun 92-ci il yay- payiz hücum kampaniyası nəticəsində Ağcakənd(Şaumyan), Ağdərə və Laçın(şəhər istisna) rayonların azad etmişdi. Qarabağ perimetri üzrə hərbi nəzarət Azərbaycan Ordusunda idi. Eyni zamanda Qarabağ cəbhələrinin hamısında hücum təşəbbüsü bizim əlimizdə idi və Seyfəlidə S. Hüseynovun birbaşa rəhbərliyi ilə 2-ci korpusun 10 minlik ehtiyyat qruplaşmasının təşkili və döyüş hazırlığı aparılırdı.

Bu şəraitdə ermənistan rəhbərliyi hərbi əməliyyatların davam etdirilməsi perspektivlərini qiymətləndirir və çox məsuliyyətli təşəbbüsdə bulunmuşlar. Ermənilər bizə qeyd-şərtsiz, bilavasitə və birbaşa, vasitəçisiz danışıqlara çağırmışdı.  L. Ter- Petrosyanın lideri olduğu hakim “Ümummilli Erməni Azadlıq Hərəkatı”- dan 60- a yaxın Ermənistan parlamentinin üzvləri Azərbaycan rəhbərliyinə və MM-ə aşağıdakı Müraciəti etmişdilər- qeyd-şərtsiz, bilavasitə və birbaşa danışıqlar təklif etmişdilər bizə.  Müraciətdə, “İran, Rusiya, Qazaxstan, ATƏT-nin vasitəçilik missiyaları qiymətləndirilir, lakin  ikitərərfli birbaşa danışıqlar daha real məzmunlu olacağına”- erməni deputatları inamlarını bildirirlər.

Bu məktubu Bakıya gətirən deputat A. Bleyan olmuşdu. Bleyan tanınmış erməni siyasətçisidi, president seçkilərində namizədliyini irəli sürən, 1999-2001 illərdə Koçaryan rejimi tərəfindən repressiya olunmuş nadir sağlam təfəkkürə malik erməni ictimai siyasətçilərindəndi.

«Bleyanın səmimiliyinə inanmıram» zənni ilə İsa Qəmbər Rəhim Qazıyevdən erməni deputatını yola salmasını xaiş etmişdi.

Halbuki, “Bleyanın təşəbbüsü” bir neçə səbəbdən qiymətli idi.

1.  Bir demokrat, kolleqa və Rusiyanın təsirindən çıxmaq istəyən qərbyönümlü Ermənistan rəhbərliyi ilə strateji hədəflər baxımından Bleyanı MM-də a) dinləyib, b) çağırışını oradan yapdırıb, c) bunu müzakirə etmək, onun bu təşəbbüsünə qarşılıq göstərmək olunmalı deyilmi?

2. Ermənistandakı siyasi «göyərçinlərə» güclü dəstək olardı və,

3. əksinə, Rusiyaya bağlı «şahin»ləri isə zəiflədərdi;

4. Azərbaycan üçün o illərdə çox mühüm olan informasiya blokadasını yarmağa böyük təkan verərdi.

Cəmi bir ay sonra ən böyük diplomatik zərbə aldıq- ABŞ Konqresin 907-ci düzəlişi.

Bu, sıradan biri olmayan, təşəbbüsü rədd etməyə İsa Qəmbəri nə vadar etmişdi? Hansı dövlət zərurəti, məsləhəti yuxarıda qeyd etdiklərimi lüzumsuz etdi?

Bu sualların cavabını tələb etməyin zamanı gəlib !

P.S  Bütün hüquqlar qorunur. Başqa saytlarda istifadə olunan halda istinad vacibdir. 

123-cü alayın qərargah rəisi Nazim Bayramov

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники