196166_221551521299891_1768747687_nErməni əsgəri Qriqoryanın Azərbaycan tərəfinə keçməsi və ermənilərin istər işğal etdikləri Dağlıq Qarabağda, istərsə də Ermənistanın özündə acınacaqlı durumda yaşadıqları barədə açıqlamaları bir neçə gündür ki, ölkə mediasının və sosial şəbəkələrin gündəmini zəbt edib. Ölkənin bəzi məhşur personaları prezident İlham Əliyevin Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət edərək onların Azərbaycan konstitusiyasına və üçrəngli bayrağına biət edəcəkləri halda ölkə vətəndaşlığına qəbul ediləcəklərinin bəyan edilməsini doğru addım hesab etdiklərini vurğulayıblar.

Keçmiş baş nazir Surət Hüseynov da bu müzakirələrə qoşulub. Moderator.az-a açıqlamasında keçmiş korpus komandiri bildirib ki, Qarabağda yaşayan ermənilərə istənilən halda vətəndaşlıq vermək olmaz:

«Qarabağ erməniləri torpaqlarımızda yaşasalar da, Azərbaycan vətəndaşları deyil. Onların statusu 1988-89-cu illərdə Ermənistan dövləti tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində ata- baba torpaqlarından çıxarılmış 215 min azərbaycanlıya Ermənistanda veriləcək statusa bərabər olmalıdı. «

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники