nazim-b3-160x150Qarabağ müharibəsi haqqında danışılanlara rast gəldikcə, ən yeni hərb tariximiz sahəsində cəmiyyətimizi maarifləndirməyə kəskin ehtiyac olmasına əmin oldum.
Bəziləri bu mövzunu qeyri-aktual hesab etsələr də, torpaqlarımızın işğaldan azad olunması vəzifəsi aktuallığını saxlamaqdadı və deməli, cəmiyyətimizi maariflədirməyə də ehtiyac var.
Tarixini doğru dürüst mənimsəməyən millətlər gələcəkdə keçmişin səhvlərini təkrarlamağa məhkumdurlar.
Bunları nəzərə alaraq, Qarabağ müharibəsi tarixini olduğu kimi yazmağa başladım.

Bununla bərabər, son 20 ildə cəmiyyətimizin şuurunda kök salmış miflər və uydurmaların ifşasının zəruriliyi ortaya çıxdı. Çünki beyinlərdə kök salmış mifləri təmizləmədən, orada həqiqət yer almaz.
Hər mifin uydurma səbəbi var. Bu səbəbi bilmədən, real tarixin həqiqəti tam aydınlaşmaz, çünki ümumən hər yalanın arxasında bir həqiqət gizlədilib. Yalançının NƏYİ gizlətmək istəyi ilə bərabər NİYƏ gizlətmək istəyi də həqiqət axtarışında mühüm yer tutur.

Başlayıram müharibə haqqında ƏN GENİŞ YAYILMIŞ MİFDƏN.

“BİZİM ORDU XANKƏNDİNƏ BİR NEÇƏ KİLOMETR QALANDA…”
Mən də istərdim bu doğru olsun, lakin bu yalandı. Azərbaycan Ordusu heç vaxt Xankəndinə hücum etməyib və bir neçə kilometrliyinə yaxınlaşmayıb.

Bəs bu mif nə üçün uydurulub? Bunun səbəbi cümlənin ikinci hissəsindədi- “…SÜRƏT QOŞUNLARI GERİ ÇƏKDİ”.
Aydınlaşır ki, mifin birinci “Xankəndinə bir neçə kilometr qalmış…” (yəni Azərbaycan müharibəni zəfərlə başa vuracaqdı) hissəsi, mifin ikinci- “amma Sürət Hüseynovun qoşunları geri çəkməsi buna imkan vermədi”- hissəsini gücləndirmək üçün uydurulub.

Ancaq iş burasındadı ki, Sürət Hüseynov QOŞUNLARI CƏBHƏDƏN ÇƏKMƏYİB.

Oxucuları çox yormaq istəmirəm.
Bu mif, əvvəlini 9 fevral 1993-cü il tarixli AXC İcrayyə Komitəsinin adından onun sədri Fərəc Quliyev “Sürət Hüseynov cəbhə bölgəsində iki briqadanı çəkib, ermənilərin qarşısını açıb və bunula Vətənə xəyanət edib” məzmunlu AZTV-də səsləndirilmiş Bəyanatından alır.
Həmin gün Gəncədə olan Prezident Ə. Elçibəy S. Hüseynovla görüşmüş, onun xəyanət etmədiyini bildiyini söyləmiş, bir müddət sonra isə, Arif Hacılı bu Bəyanatda səsləndirilmiş fikirləri dövlətin adından AZTV-də çıxışında təkzib etmişdi.

Bəs S. Hüseynov haqqında bu iftira niyə indiyə qədər “yaşayır” və yayılmaqdadır?
Çünki sonradan 4 iyun hadisələri baş verdi. S. Hüseynov haqqında bu iftiranın ayaq alıb yeriməsi  o zamanki iqtidarda indi müxalifətdə olan bir qrup hakimiyyət hərisinin mənafeyinə uyğun oldu və bu günə kimi işlərinə yarayır.
Bəla ondadır ki, bu indiki iqtidarında mənafeyinə uyğun olan bir məsələdir və iqtidarla, bəzi müxalif liderlərinin təkrar etdiyi ortaq nöqtədir.  Məsələnin siyasi tərəfi siyasətçilərə qalsın.

Məni iki şey narahat edir.
1. Müharibə tarixi təhrif olunur.
2. 93-cü ilin qış hücumu zamanı səsləndirilmiş bu Bəyanat, qış hücumunun uğursuzluğunda S. Hüseynovu təqsirləndirməklə, qış hücumunun uğursuzlunun əsl günahkarlarına məhsuliyyətdən boyun qaçırmağa imkan verdi və bu, bir il sonra, 94-cü il yanvar hücumu zamanı 1800 azərbaycan övladının Kəlbəcərdə həlak olmasına gətirib çıxardı. Həmin adam indi də Azərbaycanda yüksək hərbi vəzifə tutur. Bu, miflərin xalqa və ölkəmizə ziyanları barədə ciddi dəlillərdən biridir.

Miflərin yaşaması bu günki, iqtidar və müxalifəti birləşdirən ortaq nöqtədir ki, məqsəd öz səhv və günahlarını  bir adamın, Surət Hüseynovun üstünə yıxmaqdır.

Müharibə haqqında miflərin ifşası davam edəcək.

Məqaləmdə qeyd etdiyim faktlarla bağlı və adlarını çəkdiyim adamlarla mətbuatda debata hazıram.

Nazim Bayramov — müharibə iştirakçısı

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники