fuzuli-rayon-xerite

1991- ci ilin sonu, 1992-ci ilin əvvəllərində Xocavənd rayonunun Tuğ, Salakətin və Axullu kəndləri işğal olunduqdan sonra Füzuli rayonunda erməni silahlı birləşmələrinə qarşı 3 özünümüdafiə batalyonu təşkil olunmuşdu ki, bunlar 814, 839 və 848 saylı batalyonlar idi. 1992- ci ilin mart ayında həmin batalyonlardan ibarət 860 saylı hərbi hissə — polk təşkil olundu 1992-ci ilin aprel ayında isə Bakı şəhərində 702 saylı briqada yaradıldı və briqada tərkibində 720, 721, 723 saylı batalyonlar olmaqla Füzuli bölgəsinə gətirildi. Yerli batalyonlardan təşkil olunmuş 860 saylı polkla birlikdə 831 saylı Xocavənd və 849 saylı Beyləqan batalyonları da 702 saylı briqadanın tərkibinə verildi. Briqada komandiri İsa Qasımov idi.
Briqadanın müdafiə xətti böyük bir ərazini əhatə edirdi. Piralbulaq yüksəkliyindən Muğanlı, Əmirallar kəndləri və Qaraçuğ dağı 831 saylı Xocavənd özünümüdafiə batalyonunun (komandir Əbdürəhman Əsgərov), Qaraçuğ dağının sol istiqaməti 849 saylı Beyləqan özünümüdafiə batalyonunun( komandir Elçin Cəfərov), Aşağı Veysəlli kəndindən “Uryandağ” yüksəkliyinə kimi olan ərazi 814 saylı Füzuli özünümüdafiə batalyonunun (komandir Mobil Yusifov) müdafiə etdiyi zonaya aid idi. Akif Məmmədovun komandir olduğu 720 saylı, Vahid Osmanovun komandir olduğu 723 saylı və komandirinin kim olduğu tam dəqiqləşdirilməmiş 721 batalyonlar Divanallar- yuxarı Yağlıvənd – Qacar kəndləri və strateji əhəmiyyətli “Xəzəz” yüksəkliyində müdafiə mövqeləri tuturdular. 839 saylı Tuğ özünümüdafiə batalyonunun (komandir Rasim İbrahimov) müdafiə zonasına “Şahrüvənyal” yüksəkliyindən başlayaraq Axullu- Çimən və Cuvarlı kəndləri daxil idi. Cuvarlı kəndindən Qaradağlı kəndinə qədər olan ərazi isə Zahir Həsənovun komandir olduğu 848 saylı Axullu özünümüdafiə batalyonunun müdafiə zonasına daxil idi və qeyd olunan cəbhə xətti bütövlükdə Xocavənd rayonu ilə həmsərhəd ərazini əhatə edirdi.
1992-ci ilin iyun ayında Müdafiə nazirliyinin Baş Qərargah rəisi Valeh Bərşadlı tərəfindən Əməliyyat İdarəsinə cəbhənin cənub istiqamətindəki vəziyyəti öyrənmək və hücum üçün əsas zərbənin hansı istiqamətdən vurmaq lazım olduğunu müəyyənləşdirmək haqqında tapşırıq verilir. Hazırlanan əməliyyat planına görə əsas qüvvələr Füzuli rayonunun Qacar kəndinin 8 kilometrliyində yerləşən “Qırmızı Bazar” qəsəbəsi istiqamətində hərəkət edərək bu yaşayış məntəqəsini erməni qüvvələrindən azad etməli idilər. Əsas məqsəd isə bu qəsəbədən keçən strateji əhəmiyyətli şimal – cənub magistral yolunu nəzarətə götürməkdən ibarət idi. Bu yol 1988-90-cı illərdə ermənilər tərəfindən dağlıq, meşəlik ərazidən çəkilmişdi və keçmiş Hadrut rayon mərkəzi də daxil olmaqla demək olar ki, rayonun bütün yaşayış məntəqələrini Xankəndi ilə birləşdirən yeganə yol olması ilə seperatçılar üçün olduqca həyatı əhəmiyyətli idi. Belə ki, həmin yol çəkilməmişdən əvvəl Hadrut qəsəbəsinə eləcə də bu ərazidəki digər yaşayış məntəqələrinə gedən yol yalnız Füzuli şəhərindən keçirdi .
Həmin vaxt ikinci bir hücum variantı da irəli sürülürdü. Belə ki, briqada komandiri ilə birlikdə Müdafiə Nazirliyinə çağrılan 23-cü divizyanın zabiti hücum əməliyyatının bütövlükdə Çartaz kəndi və keçmiş Martuni, indiki Xocavənd şəhəri istiqamətində aparılmasının daha məqsədəuyğun olduğunu bildirsələr də Baş Qərargah birinci qərarı qüvvədə saxlamışdı.

Kifayət qədər kəşfiyyat- müşahidə işləri aparılmadan, düşmənin real gücünü müəyən etmədən, döyüşən qüvvələri arasında lazımı səviyyədə rabitə əlaqəsi olmadan qısa müddətə hazırlanan və keçirilən əməliyyatın çox riskli bir addım olduğunu batalyon komandirləri də bildirirdilər.

img1487367

Qırmızı Bazar əməliyyatında iştirak edən qüvvələr:
848 saylı batalyon – komandir Zahir Həsənov- istiqamət Xırmancıq, Məlikcan kəndləri
839 saylı batalyon – komandir Rasim İbrahimov – istiqamət 1991-ci ildə
işğal olunmuş Tuğ kəndi. Əsas məqsəd — Qırmızı Bazar- Hadrut yolunu bağlamaq.
720 saylı batalyon – komandir Akif Məmmədov istiqamət Qırmızı Bazar
qəsəbəsi
721 saylı batalyon – (komandirin kim olduğu məlum deyil )istiqamət Qırmızı Bazar qəsəbəsi
723 saylı batalyon – komandir Vahid Osmanov istiqamət Qırmızı Bazar
qəsəbəsi
814 saylı batalyon – komandir Mobil Yusifov istiqamət Çartaz kəndi

Əməliyyatdan bir gün əvvəl Füzuli bölgəsinə gətirilmiş batalyonlardan-
772 və nömrəsi məlum olmayan digər bir batalyon Masqalaşen və Sos kəndləri istiqamətində döyüş əməliyyatını həyata keçirirdilər. (Aparılan təhlillərdən məlum olur ki, ən çox itki verən də məhz həmin batalyonlar olmuş, isti hava şəraitində odlanmış taxıl zəmilərində yanan və həlak olan əsgərlər də həmin hərbi hissənin döyüşçüləri olmuşdular)
771 saylı batalyon — komandir Əzizağa Qənizadə
776 saylı batalyon – komandir Eldar Ağayev. Hər iki batalyon reyd dəstəsi olaraq döyüşən hissələrə əlavə dəstək verməli idilər.
Tank batalyonu- komandir Ramiz Məmmədov – istiqamət Masqalaşen, Sos kəndləri. Tankların sayı 29
Döyüşə atəş dəstəyi -702 saylı briqadanın artileriya dvizyonu- komandir Nizami Mirzəmmədov (Drakon)
Döyüşü idarəetmə məntəqəsi -“Uryandağ” yüksəkliyi.

Həmin ərəfədə Füzuli briqadasının tərkibində ümumilikdə 6 tank var idi. 28 iyun əməliyyatından bir gün əvvəl isə, yəni 27-si iyun tarixdə briqadaya 29 tank verilmişdi ki, bunlar da rus ordusundan say hesabı qəbul edilərək heç bir sınaq keçirilmədən bir başa döyüş mövqeyinə çıxarılmışdılar.

Ümumi sayı 35 olan bu Т72 tankları Gəncədə yerləşən keçmiş sovet ordusuna məxsus 23-cü dvizyadan alınaraq iyun ayının 26-da Ağcabədi rayonuna gətirilmişdi. Ağcabədi rayonundan döyüş bölgəsinə yola çıxan və bir gün sonra çox mühüm döyüş əməliyyatında iştirakı nəzərdə tutulan 35 tankdan 6-sı texniki nasazlıq səbəbindən mənzil başına gəlib çatmamışdı. (zirehli texnikaların qəbulu zamanı onların texniki vəziyyətləri öyrənilərkən ekipaj üçün nəzərdə tutulmuş “şlemofonlar”ın, daxili və xarici əlaqə üçün “tangetka”ların olmaması və ya işləməmələri, mərmi konveyrlərində qum, çınqıl və kərpic qırıntı qalıqlarının olması, tankların lülələri “stopora” (kildə) düşərkən onu açmaq üçün açarın cəmi bir tankda olması, bir tankda isə yaddaş qurğusundakı kabellərdən birinə iynənin sancılması müəyyən edilsə də bütün bunlar ciddiyə alınmamışdır) 27 iyun tarixdə Qərvənd kəndi yaxınlığında qərarlaşan batalyonun 29 ədəd tankından növbəti gün keçirilən hücum əməliyyatı zamanı cəmi 11 tank döyüş xəttini keçə bildi ki, onlardan da yalnız 2- si normal atəş hazırlığına malik idi. Əməliyyatın uğursuz alınmasının ən böyük səbəblərindən biri də məhs bu tankların döyüş üçün yararsız olmaları idi.
Tank batalyonunda tək ixtisaslı mütəxəsis və hərbçi olan batalyon komandir Ramiz Məmmədov idi. Digər ekipaj üzvləri isə əsasən Politexnik institutun tələbələrindən təşkil olunmuşdular ki, onların da texnikanı idarə etmək üçün kifayət qədər təcürbələri yox idi
Briqadaya məxsus digər 6 tankdan 4 isə hücumu davam etdirərək Qırmızı Bazar qəsəbəsinə qədər gedib çıxa bilmələrinə baxmayaraq, əlavə qüvvəllərin gəlməməsi səbəbindən geriyə qayıtmaq məcburiyyəti qarşısında qalmışdılar.

Hücum zamanı nisbətən irəliləyə bilmiş 839 saylı batalyon “Dırbanabənd” deyilən ərazidə, Quruçayın üzərindən keçən körpüyə qədər yaxınlaşmışdı. Deyilən ərazidə açıq bir sahədə mövqe tutmuş tabor bir anın içərisində bütün istiqamətlərdən — sağ tərəfdən Zoğalbulaq kəndi, 1991-ci ildə işğal olunmuş Salakətin kəndi və Azıx kəndləri ərazisindəki yüksəkliklərdən, sol tərəfdən isə ermənilərin işğal etdikləri Fizuli rayonunun Üçbulaq kəndi və ermənilər yaşayan Çıraqüz kəndləri ərazisindəki yüksəkliklərdən güclü top və pulemyot atəşi altına düşür. 839-saylı batalyonun komandiri mayor Rasim İbrahimov ağır yaralanır və şəhid olur. Həmin döyüşdə göstərdiyi şücayətə görə batalyon komandiri Rasim İbrahimova Milli Qəhrəman fəxri adı verildi. (ölümündən sonra)
Çartaz istiqamətində hərəkət etməli və Martuni (Xocavənd) – Fizuli magistral yolunu nəzarətə götürməli olan 814 saylı batalyonun qarşıya qoyulan tapşırığı yerinə yetirə bilməməsi və itkilər verərək geri çəkilməsi də əməliyyatın gedişindəki ümumi uğursuzluğun bir hissəsi idi.
Xırmancıq, Məlikcan kəndləri istiqamətində hücuma keçən 848 saylı batalyonun sürətli hərəkətlə atəş xəttinə qədər irəlliləməsi və düşmən mövqelərinə həmlələr etmək cəhdləri də bu əməliyyatın gedişinə əhəmiyətli təsir edə bilməzdi. Əməliyyat uğursuzluqla bitmişdir.

SONY DSC

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники