nazim-b3-160x150Qarabağ müharibəsi haqqında növbəti mif:
«QOŞUNLARIMIZ XANKƏNDİNƏ BİR NEÇƏ KİLOMETR QALMIŞ (bəziləri, təəsüf ki, onların arasında tanınmış hərbiçilərimiz də var- «5 KM qalmış» deyirlər), SÜRƏT HÜSEYNOV QOŞUNLARI AĞDƏRƏDƏN ÇƏKDİ»

S. Hüseynov haqqında bu böhtanı yayanlar Ağdərənin Vəng kəndini yazıb, nəzərdə tuturlar.

Əvvəla onu deyim ki, Vəngdən Xankəndinə məsafə hava xəttilə 40 km, quru ilə isə azı 45 km-dir. Hərbiçilər və həvəskarlar bu məsafəni xəritə ilə ölçə bilərlər, digərləri bu məsafə haqqında qarabağlılardan maraqlana bilərlər.

Ura-patriotlara və aldadılmış insanlarımıza bunu da bilmək artıq olmaz ki, ordumuz heç vaxt Xankəndi hədəfli hücum keçirməyib və Xankəndinə, müharibənin əvvəlində olduğu məsafədən, daha yaxına, təəsüf ki, yaxınlaşmayıb.

Baş Qərargahın hazırladığı, sözü gedən, Ağdərə əməliyyatına qoşunlarımız Ali Baş komandanın əmrilə14 yanvarda düşmən üzərinə hücumla başlamışdılar.
Hücum üç istiqamətdən üç kəndin(və bir neçə yüksəkliklərin) alınması ilə başa çatmalı idi:
Sırxavəndi DQ və OMON, 2. Araçadzoru(Dovşanlı) 123-cü alay, 3. Vəngi isə Ağdərə briqadası tutmalı idilər.
Yanvarın 19-a qədər yalnız 123-cü alay Araçadzoru tutmaqla, öz döyüş vəzifəsini yerinə yetirmişdi.
1993-cü ilin yanvarın 27-də Ağdərə briqadası komandiri və əməliyyata bilavasitə rəhbərlik etmiş, N. Sadıkov o biri bölmə və hissələrin döyüş vəzifələrini yerinə yetirə bilmədiklərinə görə, Ağdərə hücum əməliyyatını öz əmrilə dayandırdı və cəbhə xətti boyunca müdafiəyə keçməyi əmr etdi. 123-cü alayın müdafiə xətti yox idi, çünki o, hücum alayı idi və Ağdərəyə hücumda iştirak etmək üçün gətirilmişdi.
N. Sadıkovun bu əmrindən sonra 2-ci korpusun komandiri S. Hüseynov Ağdərədə hücum əməliyyatında iştirak etmək üçün göndərilmiş və bu əməliyyat zamanı 35% itki vermiş 123-cü alayı 28 yanvar 93-cü il tarixli 108 N-li əmrilə daimi dislokasiya yerinə- Seyfəliyə qaytardı. Bu yerdəyişmə, qış hücum əməliyyatını hazırlamış Baş Qərargahın məlumatlı olduğu, briqada komandiri N. Sadıkovun üzərində dərkanarı olan, rəsmi əmr əsasında həyata keçirilmişdi. Hərbiçilər bunun nə demək olduğunu daha yaxşı anlayar.

Ancaq yenə də, F. QULİYEVİN BÖHTAN VƏ TƏXRİBAT XARAKTERLİ 09.02.93 il tarixli SAXTAKARLIQLA AXC İK-nin adından verdiyi, “Sürət Hüseynov Ağdərədən iki briqada çıxarıb, cəbhə xəttini boşaldıb və bununla da, ermənilər 3 kəndimizi alıblar. Sürət Hüseynov xəyanət edib” məzmunlu BƏYANATINDAN sonra, Ə. Elçibəy dərhal bu əmr haqqında Baş Qərargahın rəisi general Nürəddin Sadıxovun başçılığı ilə Hərbi- Texniki Ekspertiza təyyin etdi.

Hərbi- Texniki Ekspertizanın gəldiyi qənaət- “2-Cİ OK komandiri S.HÜSEYNOVUN VERDİYİ 108 SAYLI ƏMR ZƏRURİ, MƏQSƏDƏUYĞUN və QANUNİDİR” rəyində əks olunmuşdur. Komisiyanın rəyini dövlət müşavirəsinə təqdim edən, komisiyanın sədri Baş Qərargahın rəisi general-mayor Nürəddin Sadıxov » Sürət Hüseynovun hərəkətlərində xəyanət axtarmaq əbəsdir»- öz adından əlavə etmişdi.

Dövlət müşaviri Arif Hacılı həmin günlər AZTV-lə F. Quliyevin Bəyanatında səsləndirilmiş fikirləri dövlət adından təkzib etmişdi.

Beləliklə,
NƏ VƏNG XANKƏNDİNƏ 5 KM MƏSAFƏDƏ YERLƏŞİB, NƏ MÜHARİBƏ ZAMANI XANKƏNDİNƏ HÜCUM OLUB, NƏ DƏ S.HÜSEYNOV AĞDƏRƏDƏN QOŞUNLARI ÇƏKİB.
Bunun əksi, cəfəng uydurma və S. Hüseynova və 123-cü alaya böhtan və iftiradır.

Geniş yayılmış növbəti mif, Qarabağ müharibəsi tarixi və S. Hüseynov haqqında uydurulmuş ən qərəzli, ən ziddiyatlı və özü özünü təkzib edən və uydurularkən, ən az ağıl sərf edilmiş mifdir:
«KƏLBƏCƏR AĞIR VƏZİYYƏTDƏ OLANDA, TEXNİKA ÇATIŞMAYANDA, SÜRƏT HÜSEYNOV GƏNCƏDƏ H/H-NİN BOKSLARINDA TEXNİKA SAXLAYIB, VERMİRDİ»

Məlumdu ki, S. Hüseynov Prezident Ə. Elçibəy tərəfindən 12 fevral 1993-cü ildə hərbi vəzifəsindən azad edilərək, “AzərYun” dövlət konsernin prezidenti təyyin olunmuşdu, yəni o zamandan onun ixtiyarında nə hərbi texnika, nə silah-sursat olmamışdı.
Gəncədə yerləşən, xalq arasında “Sürət Hüseynovun dəstəsi” adlandırılan Baş Qərargahın ehtiyyat qüvvəsi- 123-cü həmlə- zərbə alayı həmin vaxt, yəni 93-cü ilin fevralında F. QULİYEVİN XAİN VƏ TƏXRİBATÇI BƏYANATI ƏSASINDA buraxmış və onun bütün silah-sursat və artilleriya vasitələri, MN əmrinə uyğun olaraq, 1 ay ərzində MN-nin komisiyasına təhvil verilmiş, əsgərləri son- fevral ayının maaşını alıb, evə buraxılmışdılar.
123-cü alayın texnikasına gələndə, o, hələ 92-ci ilin dekabırında yeni yaradılmış 032 saylı h/h-yə( ayrıca tank batalyonuna) verilmişdir. Bu tank hərbi hissəsi yaranandan, yəni 92-ci ilin dekabırından Ağdamda yerləşdirilmiş, bir hissəsi isə(4 ədəd) ermənilərin Ağdərədə 93-cü il 5 fevral əkshücumu ilə bağlı Ağdamdan Ağdərəyə gətirilmiş və orada yerli briqadanın daimi tabeçiliyinə verilərək, qalmışdı.
Kəlbəcər ağır vəziyyətdə olan zaman S. Hüseynovdan heç kəs texnika tələb etməmişdi, çünki onun ixtiyarında heç bir texnika yox idi. O özü isə korpusun keçmiş qərargahında müdafiə nazirliyi tərəfindən təhvil-təslim sənədləşməsinin sonunu gözləyirdi, çünki maddi məhsul şəxs idi. 27 mart 93-cü ildə təhvil-təslim sənədləşməsi bitirilmişdi.

Bu mifin bir başqa versiyasına görə:
«ŞERBAKIN S. HÜSEYNOVA VERİB, GETDİYİ, BOKSLARDA SAXLADIĞI TEXNİKANI S. HÜSEYNOV VƏTƏNİMİZİN MÜDAFİƏSİ ÜÇÜN VERMİRDİ»
Mifin bu versiyası zaman baxımından tamamilə qüsurludu, çünki, Şerbakın h/h-si Azərbaycanı 93-cü ilin mayın 25-i tərk edib. Şerbakın 104-cü diviziyasını Azərbaycan Müdafiə Nazirliyi 93-cü ilin may ayında təhvil alıb, yəni Kəlbəcərin işğalından bir ay yarımdan sonra.
Kəlbəcərin işğalından sonra, aprelin 2-si yaradılmış 709-cu briqada isə, Şerbakın diviziyasının yerində deyil, qonşuluğunda yerləşirdi.
Şerbakın diviziyası ərazisində 93-ün mayında MN tərəfindən dərhal Milli Ordumuzun h/h-i yaradılmış, komandir M. Ramadanov təyin edilmişdi. Şerbakın bütün texnikası(BMDlər və NONlar) bu yeni yaradılmış h/h-nin bokslarında olub və 709-cu h/h-yə yaxud S. Hüseynova heç bir aidiyatı olmayıb.
Onu da əlavə edim ki, 123-cü alay buraxılıb, 27 martda təhvil veriləndən cəmi bir neçə gün sonra- 2 aprel 1993-cü ildə ölkə rəhbərliyi S.Hüseynovdan Murovun müdafiəsinə yardım etməyini xaiş etmişdilər və bunun üçün yeni-709-cu briqadanın yaradılması haqqında MN-nin əmri verilmişdi.
S. Hüseynov Murovu müdafiə etmək üçün yenidən köhnə döyüşçülərə müraciət və əlindən gələn yardımı etmişdi. Mən, 709-cu briqadanın Murova 5 aprel 93-cü ildə ilk gedən 80 nəfər döyüşçülərilə getmişdim. Bizim bir dənə də olsun nə texnikamız, nə artilleriya qurğumuz yox idi. İlk bir ədəd NON və bir ədəd özüyeriyən artilleriya qurğusu bizim ixtiyarımıza aprelin 15-dən sonra MN tərəfindən verilmişdi.

Bu mifi təkzib edən bir aşkar fakt da odur ki, S. Hüseynov, hər hansı cəbhə bölgəsi ağır vəziyyətdə olan zaman, texnika, silah-sursat gizlətsə idi, yəni Vətənimizin müdafiəsini bu cür xaincəsinə sabotaj etsə idi, onun yanında bir nəfər belə döyüşçü qalmazdı və onun səsinə yenidən səs verməzdi, bunu bütün xalq bilərdi və 2-ci korpusu təhvil verdikdən, nəinki, cəmi 6 gündən sonra- heç vaxt! iqtidar torpaqlarımızın müdafiəsinə yardım üçün yenidən S. Hüseynova, əlbəttə ki, müraciət etməzdi.
Miflərin ifşası davam edəcək.

Nazim Bayramov.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники