303384_182699868518390_5983494_nAğdamın növbəti “qara yubileyi” ilə bağlı “Həftə içi” qəzeti və saytımızda dərc olunmuş “Ağdamın işğalı barədə ilginc faktlar – 7 şahidin dili ilə” yazısı ətrafında keçmiş döyüşçü və siyasilər arasında müzakirələr davam edir. O dövrdə baş nazir Surət Hüseynovun müavini olmuş eks-spiker Rəsul Quliyevin Qarabağın, o cümlədən Ağdamın işğalında ermənilərdən çox, azərbaycanlıları qınaması döyüşlərdə fəal iştirak etmiş bir sıra hərbçiləri hiddətləndirib. Ağdam döyüşləri zamanı 709 saylı hərbi hissənin tərkibində vuruşmuş keçmiş 123-cü alayın komandiri Nazim Bayram(ov) eks-spikerin çıxışına belə münasibət bildirib:

“Rəsul Quliyev Ağdamdakı vəziyyəti bilmədən, S. Hüseynovu tənqid etməklə özünə siyasi xallar qazanmaq cəhdləri edir. O, deyir ki, 90% təqsir azərbaycanlılarda idi. Bir vaxtlar da beyləqanlılar üçün demişdi ki, Beyləqana erməni iki “qrad” atmaqla, camaat panikaya düşüb qaçırdı». O “qrad”lardan biri Rəsulun villasına düşsəydi, baxardım, nə edərdi. Dinc əhalini panikada qınamaq doğru deyil. Ermənilər onun bu sözlərini əllərində «bayraq» edib, müxtəlif internet- forumlarda bizim üzümüzə vururlar. Rəsul Quliyev heç vaxt Qarabağla dərindən maraqlanmayıb.
Ermənilər Ağdama 8 minlik qruplaşma ilə hücuma keçmişdilər. O cümlədən Ermənistanın 83-cü briqadası, döyüş helikopterləri, güclü artilleriya birləşmələri və s. Bunlar Ağdamın işğal səbəblərini araşdıran Hərbi-Texniki Ekspertizanın rəyində göstərilib.

Ermənilər əvvəlcə iyun ayı ərzində Ağdərə-Ağdam müdafiə xəttini Papravənd istiqamətində yararaq, bu iki rayonun müdafiəsini ayırdılar. Sonra cənub- qərbdən və cənubdan hücuma keçərək Ağdamın ətrafındakı yüksəklikləri tutdular.

Tamerlan Qarayev Surət Hüseynovdan Ağdama yardım istəyəndə və S. Hüseynov “709”-u köməyə yollamaq qərarını qəbul edəndə Ağdam şəhərinin bütün ətraf yüksəklikləri Yeddixırmanın bir təpəsindən başqa(2-si ermənidə idi) artıq ermənidə idi. O zaman S.Hüseynova bəzi hərbçilər demişdi: «Surət müəllim, Ağdam «kotyoldadı»( bir növ qaynar qazandadı), bütün ətraf yüksəkliklər ermənidə, bizimkilər isə aşağıdadı. Ermənilər yuxarıdan artilleriya dəstəyi ilə aşağı düşsələr, onları saxlamaq mümkün olmayacaq. Belə olsa və Ağdam işğal olunsa, siyasi rəqibləriniz bunu sizin ayağınıza yazacaqlar…» Surət bu sözlərə bərk qəzəblənmişdi: «İndi bir-iki nəfər ağzıgöyçək söz qoşacaq deyin, torpağımızı müdafiə etməyəkmi?!» Yəni, o, bir anlıq tərəddüd etmədən, öz siyasi imicini düşünmədən, “709”-u bu mürəkkəb vəziyyətdə Ağdama göndərdi. İndi “709”-un Ağdama gəlməsi ilə bilən də bilməyən də deyir, «709” gəldi, pərakəndəlik yarandı, Ağdam getdi». Bu qətyyən belə deyil. Ağdamda pərakəndəlik həmişə olmuşdu. Və əsas batalyon komandirlərinin şəhid olmaları, “Ala Yaqub”un həbsdə öldürülməsi ilə bu pərakəndəlik daha da artmışdı.

Mən də ağdamlıyam. 709-un gəlişi ilə ağdamlılar, sadəcə, təqsirin böyük hissəsini kiminsə üstünə atmağa imkan əldə etdilər. Amma S. Hüseynov “709”-u Ağdama göndərməsə idi, onda da deyərdilər, «S.Hüseynov, əlində “709” ola-ola qəsdən onu Ağdama göndərmədi ki, Ağdamı düşmənə versin». Halbuki, Ağdamın taleyi hələ “709” gəlməmişdən — ətraf yüksəkliklər düşmən əlinə keçəndən həll olunmuşdu. Ağdamın yeganə xilas yolu bu yüksəklikləri qaytarmaq idi. İyulun 5-dən başlanmış uğurlu əks-hücumumuz iyulun 9- dayandırılmasa idi, bu vəzifəni yerinə yetirmək olardı. Amma hücum dayandırıldığı üçün oradakı qoşunlarımız, sadəcə, uduzulmuş şaxmat partiyasını sonacan oynamaq kimi bir şeylə məşğul idi. Ağdamın işğalında orda döyüşən nə “708”-in, nə “709”-un təqsiri olmamışdı. Soruşan yoxdu ki, bəs cəmi 500 nəfərlik 709-cu briqadadan başqa niyə başqa qüvvə Ağdama köməyə göndərilmədi? Azərbaycanda başqa qüvvə yox idimi?..”

istinad - http://hafta.az/index2.php?m=yazi&id=128560

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники