RÖVŞƏN CAVADOV: SÜRƏT HÜSEYNOV XALQ HƏRƏKATININ RƏHBƏRİDİR

rovshen_cavadov1993-cü ilin iyun ayının 4-də Gəncədə baş vermiş qiyamla bağlı aparılan müzakirələr cəmiyyətdə heç bir zaman birmənalı qarşılanmayıb. 

Bəzilərinə görə, Elçibəy hökumətinə qarşı xarici ölkələr tərəfindən hazırlanmış bir plan olduğu deyilsə də, bəziləri üçün bu bu qiyam cəbhə hökumətinin qətiyyətsizliyi səbəbindən baş verib. Nəticədə qanuni hökumət devrilib.

Təqdim edəcəyimiz videoda 1993-cü ildə daxili işlər nazirinin səlahiyyətlərini icra edən Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadov qanuni hökumətə qarşı Gəncə qiyamını qaldıran hərbi hissə komandiri, prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi Surət Hüseynovla bağlı Milli Məclisdə çıxış edərkən onu xalq hərakatının lideri adlandırır. Maraqlısı budur ki, Rövşən Cavadov həmin vaxtlarda rəsmi dövlət postu daşımasına baxmayaraq açıq şəkildə Surət Hüseynovu müdafiə edir, həmçinin Elçibəy və onun komandasını tənqid edir.

Etatist.com Rövşən Cavadovun həmin çıxışının mətnini təqdim edir:
«Ümumən cəbhədə, Bakıda olan gərginlik haqqında onu demək istəyirəm ki, nə Daxili İşlər Nazirliyini, nə hüquqi inzibati orqanları, nə də ki, Müdafiə Nazirliyini prezidentin seçdiyi üsulla idarə etmək mümkün deyil. Bu, aksiomdur ki, mümkün deyil. Ümumiyyətlə bizim düşdüyümüz vəziyyətdə Milli Məclis üzvləri də inciməsinlər, bir tərəfli mövqe tutmusunuz. Mənə çox şey aydın deyil. Söhbət Gəncədən getmir, Gəncədə olan hadisələrdən getmir. Mən ümumiyyətlə qiyam sözündən qorxuram. Bəli, bu mənim şəxsi fikrimdir, Gəncədə xalq ədalətsizliyə, haqsızlığa qarşı qiyam qaldırıb və bu Gəncədə də olmasa, Azərbaycanın hər hansı bölgəsində olmalı idi. Bu barədə 6, 8, 4 ay qabaq biz xəbərdarlıq eləmişdik. Rəsmi xəbərdarlıq eləmişdik. Faktiki olaraq bu saat Surət Hüseynov Xalq Hərəkatının rəhbəridir. Bir şeyi bilmək lazımdır ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ən real qüvvə xalqdır. Xalqın da böyük əksəriyyəti iqtidardan narazıdır. İqtidar da bunu demək olar ki, həmişə etiraf edib. Mənə elə gəlir ki, bu gün prezidentdən çox məsuliyyət Milli Məclisin üzvlərinə düşür. Mənə elə gəlir ki, siz vəziyyətin ciddiliyini başa düşmək istəmirsiniz. Kim məsuliyyəti öz üstünə götürəcək? 1 saatdan sonra bilinmir nə olacaq, nə ola bilər burda. Gəncədəki hadisələri eşitdiniz artıq. Çox xahiş edirəm, qəti qərara gəlmək lazımdır. Bu məsələnin biz də tərəfdarıyıq ki, siyasi yolla həll olunsun. Özü də bu gün. Bəlkə bu gün həll etmək olar, bəlkə 2 saatdan sonra. Heç kim bilmir bunu. Bəzi məsələlər var heç açıb deyə bilmirik. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, mənə elə gəlir ki, Təhlükəsizlik Nazirliyi də. Faktiki olaraq biz demək olar ki, başsız qalmışıq, rəhbərsiz qalmışıq. Bir sıra məsələlər var ki, onları ancaq bir nəfər həll edə bilər, iki nəfər həll edə bilər. Müharibə edən ölkədə prezidentlə belə bir məsafədə idarə mümkündürmü?
Surat
P.S Qeyd edək ki, çıxış olan zaman Əbülfəz Elçibəy rəsmi olaraq prezident postunu daşısa da Bakını tərk etmişdi.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники