65304_528214560539587_1070222839_nQARABAĞ KOMANDİRİ, hazırda siyasi mühacir Rauf Huseynovun 2-ci Ordu Korpus komandanı Sürət Hüseynov haqqında dedikləri:

4 Iyun hadisələrində təkçə Sürət Hüseynovu günahlandırmaq sadəlövlük olardı. Bilidiyimə görə hələ çox – çox qiyamdan əvvəl Sürət Hüseynovun mərhum prezident Əbulfəz Elçibəyin gözündən salmaq üçün xüsusi kampaniya başlamışdı.

Səbəblərə baxaq:

1. Doyüş bölgələrində Sürət Hüseynovun prezidentin sərəncamına görə

xüsusi rolu təyin olmuşdu-yeni prezidentin nümayəndəsi sayılırdı.

2. Bu Surət Hüseynova xüsusi status verirdi. Statusa əsasən Sürət Hüseynovun əmrinin altında demək olar ki bir çox zabitlər vardı.

3. Qarabağda gedən döyüşlərə təsirini göstərə bilərdi.

4. Muharibə bölgəsində təhcizatın bir çox hərbi hissələrə çatdırılmasına və təhciz edilməsində böyük rolu vardı.

5. Bu da muharibənin gedişhinə təsir edirdi.

6. Nəhayət muharibənin gedişində Azərbaycan Saatına tərəf gələbələrin olmasından ehtiyatlanan quvvələrin Sürət Hüseynovun təsirindən ehtiyat etmələri idi.

7. Həmin quvvələrin planlarına qarşı – yeni Azerbaycan torpaqlarının erməni silahlı quvvələrinə təslim edilməsində planlarının pozulmasına gətirib çıxarda bilərdi.

8. Sürət Hüseynov Azərbaycan torpaqlarının təsliminə qarşı olan bolgədə ən nüfuzlu şəxs idi.

Bütun bunları nəzərə alıb demək olar Sürət Hüseynovu elə bir vəziyyətə gətirmək lazım idi ki , o həm qiyamçı həm də hadisələrin yegane gunahkarı olmalıdır.

1993-cü ilin aprel-may aylarında Bakıda ezamiyyetdə olduğum zaman mərhum prezidentə yaxın olan bir yaxın şəxslərdən biri məndən soruşdu:  Sürət Hüseynov nece admadır?

Cavabımda onun bolgədə biz zabitlərə lazım olan ən vacib insan olduğunu söylədim. Çünki şəxsən mən özüm Sürət Hüseynovla dəfələrlə ən gərgin zamanlarda işlər görmüşəm və onun necə Vətənpərvər olduğunun da şahidiyəm. Mügabilində də sualın nədən yarandığını soruşanda o mənə izah elədi ki, Sürət Hüseynovun ətrafında söz-söhbətlər prezidentə çatdırılır. Demək olar ki həmin şexsin LƏKƏLƏMƏK prosesinə start verilib. Mən ise həmin şəxsə tam öz fikrimi bildirdim.

Bunu sizlərlə paylaşmağı borc hesab etdim.

Özüm haqqında bunu deyə bilərəm ki o zaman Goranboyda Müdafiə Nazirliyinin əmri ile şəxsən general Vahid Musayevin əmrinə uyğun olaraq bolgədə yaradılmış yeni Qərargah rəisinin-Nəcmətdin Sadıxovun Goranboyda işləməsini təmin edirdim.

Və bu səbədən Gəncə, Goranboy, Yevlax, Tərtər bölgələrində yaradılmış botalyonların birləşməsini təmin edirdik.

Bütün bu işlərin görülməsində bizə Sürət Hüseynov yaxından kömək edirdi.

Sonda da qeyd etmək istərdim, xainləri və qiyamçıları Gəncədə deyil mərhum prezidentimiz Əbülfəz Elçibəyin ətrafında olan miskin məxluqların içində axtarsanız düzgün olardı.

Çünki həmin ünsürlər Xalqımızı da Azərbaycanı da parçalamaqda davam edirlər.

QARABAĞ KOMANDİRİ, hazırda siyasi mühacir Rauf Huseynov

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники