SuratSurət Hüseynov uşaqlığından öz çılğın xasiyyətiylə dostları və həmyaşıdlarından fərqlənirdi. İllər keçsə də S. Hüseynov öz çılğın, təvazökar və qaradinməz xasiyyətini unutmadı . Onu tanıyanlar onu həm ciddi, həm mərhəmmətli, insanlara öz köməyini əsirgəməyən bir insan kimi tanıyıblar. Onun adı çəkiləndə hər kəsdə istər istəməz bir emosiya yaranıb. Sanki hansısa çəkindiyi insanın adı çəkilir. Çünki bu insan heç vaxt heç kimə əyilməyib, heç vaxt özündən güclülərə baş əyməyib, təslim olmayıb, əksinə ona toxunanlara qarşı sərt olub. “Dəymə mənə, dəyməyim sənə” prinsipini həmişə özünə şüar edib və həmişə sadə və kasıb insanların tərəfində olub, onların qayğısına qalıb.

S. Hüseynov sadə ailədə doğulub, boya başa çatmışdır. Atası Davud bəy sadə həkim-baytar olmuş, öz zəhmətiylə dolanan insan idi. Ən çox Gəncədə, Gədəbəydə, Yevlaxda və Daşkəsəndə həkim-baytar işləmişdi. Əslən Gəncədən olmuş, Gəncədə yaşamış, insanlar arasında hörmətli insan kimi tanınmışdı.

S. Hüseynov əmək fəaliyyətinə gənc çilingər və fəhlə kimi başlamışdı. Sonradan çalışdığı Yun zavodunda direktor pilləsinə qədər qalxmışdı. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini – Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışmışdır. 1993-cü ilin martından Azəryun sənaye Dövlət Şirkətinin prezidenti  olmuşdur.

Qarabağ müharibəsi başlayanda hərbi təhsili olmamasına baxmayaraq,  S. Hüseynov batalyon toplamış və cəbhə bölgəsinə yollanmışdı.  Ağır müharibə şəraitində keçən cəbhə həyatında S. Hüseynov əsgərlərinin və döyüşçülərinin istər silah-sursatdan, istər yemək və geyimdən korluq çəkməsinə imkan vermirmiş, onların hər cür qayğısına qalırmış. Həm müharibə dövründə, həm də atəşkəs dövründə S. Hüseynov əsgər və döyüşçüləri üçün ləyaqətli, qeyrətli, cəsarətli və mərd sərkərdə-komandir kimi tanınıb və böyük nüfuz və hörmət qazanmışdır. Əsgərlərindən biri S. Hüseynov haqqda qısaca olaraq bu sözləri deyib: “92 ci illərdə Tər tər bölgəsində hər atılan güllə, hər döyüşən tank və əsgərlərin əynindəki geyim  Sürət Hüseynovun əsgərlərə hədiyyəsiydi.”

“Kor zabit” ləqəbli, Rauf adlı silahdaşı və döyüş yoldaşı isə S. Hüseynovun haqqında bu fikirləri bölüşür: Onunla tanışlıgım 1992-ci ildə Zazalı hərbi bazasında baş verən silahlı qarshıdurmada yaranıb. Ruslar bazanı mühasirəyə almışdılar. Mən mühasirəni keçib onun yanında oldum. Sürət Hüseynov Zazalı əhvalatında başqaları kimi qorxmadı. O mənimlə və general Vahid Musayevlə yanbayan mərdliklə vertolyot atəşinə qarşı yerindən belə tərpənmədi. Həmin vertolyotlar başımızın üstündən əvvəl raket atdılar, sonra da ayagımızın altına pulemyotla atəş açdılar. Nəzərinizə çatdırıram ki, vertolyotlar bizə tərəf uçurdular və onların pulemyotlardan atılan mərmiləri bizə sarı gəlirdi. Bizə çatdıqda ayagımızın altını vurmaqda davam edirdiler. Demək olar ki, göstərirdilər ki, sizi güllələyə bilərik. Onda Sürət Hüseynov heç yerindən qımıldanmadı.

Sürət Hüseynovla demək olar ki, odlar gördüm, onun Qarabag müharibəsi üçün təmənnasız işlerini də gördüm və şahidiyəm də. O malik oldugu vəsaiti öz xeyrinə deyil, bizlərə tank, silah, raket, sursat, texnika alaraq,onu bizlere təslim edirdi. Özünüz bilirsiniz ki, silah çox baha qiymətə satılırdı. Onun mənə göstərdiyi elə bir raketin qiymeti ( xarici raket idi) 5 000 $ idi.  Hansı ki, o raketlərin anbarını görəndə təəccübləndim. Onları dama qədər yıgmışdılar. Təsəvvür edin ki, nə qədər pula dəyər. Çox şeyler yazmaq olar. Maraqlı hadisələr də vardı.

Bir dəfə yanına gecə, yəni gecə saat 4-də gəldim. Otagının qarşısında gözləmə otağında hardasa 30 — a yaxın insan gözleyirdi. Aralarında hərbiçiler, sivil insanlar da vardı. Onun yanına gəldikdə meni tez içeri dəvət etdilər və ona dedim ki, sən heç yatmırsan? O ise güldü…

Onu da deyim ki, Surət nadir hallarda  gülərdi.

Onu deyə  bilərəm ki, Surət Hüseynov kimi igid, təmiz, ürəyi açıq insan hələ görməmişəm. Hamı ona hörmət edirdi, sevənləri az deyildi. Bir yerdə çörək kəsmişəm onunla. Vətənini sevən, biz zabitlerin ve əsgərlərinin sözünü sayan bir insandır. Nə lazım olurdusa, bizə tapırdı. Yəni döyüş üçün lazım olan hər hansı bir sursat və ləvazimatı tapıb bizlərə çatdırırdı.”

1992-ci ilin sentyabrında S. Hüseynov prezident Əbülfəz Əliyevin fərmanıyla Qarabağda göstərdiyi xidmətə görə Azərbaycan Milli Qəhrəmanı adına layiq görülür və korpus komandiri təyin edilir.

Lakin cəbhə bölgəsində S. Hüseynovu gözü götürməyən qüvvələr də vardı. Elə hallar olurdu ki, S. Hüseynovun döyüşçülərinin irəli getməsinə maneələr yaradılırdı, hətta deyilənə görə əsgərləri arxadan vurulurdu və onun irəli getməsinin hər cür vəchlə qarşısını almağa çalışırdılar. Hətta onun özünə və silahdaşlarına sui-qəsdlər edilmişdi. S. Hüseynova yaxın silahdaşlardan biri həmin sui-qəsd haqqda bunları söyləmişdi:  “3-dəfə bizə olunan sui –qəsddə şəxsən mən özüm iştirak etmişəm. Ağdərə (kəndin adi yadimda deyil) təpənin bir tərəfində əsgərlər bir binada yerləşmişdi. Gecə döyüşdən gəlib yatırdılar, bayrağı binanın üstünü sancmışdılar, təpənin o tərəfində isə Stab qurulmuşdu.  S. Hüseynov  və Bakıdan gələ hərbiçilər otururdu. Günorta saat 2-de hərə bir adla aradan çıxdı, bu bizde şübhə yaratdı, binada S. Hüseynov ve onun 5 adamı qaldı, bu vaxt göydə vertolyot peyda oldu  ve bombanı  bayraga görə səhvən əsgərlərin kazarmasının üstünə atdılar, 36-adam öldü. Bizim əlimiz uzun idi,  yevlaxda vertolyotu endirib, onlari tutduq, lakin MTN-geldi dediki, bunlar ermeninin adamlarıdır, biz aparmalıyıq, eləcə  36-adamin qanı batdı.  2-ci sui qəsd Tərtər yolunda oldu, maşınla gələnde yola qrantamyotla əsgər çıxıb, qrantamyotu bize tuşladı, əlbəttə qrantamyotu bizə atmaq istəyəndə, qranatomyot əsgərin əlində dağıldı, əsgər həlak oldu. 3-cünü sui qəsd saymıram, çünki, o qeder təcrübəsiz  hazırlanmışdır ki, şəxsən mən onu əli-yalın tərki silah etdim . “

1993-cü il idi. Qarabağda müharibə davam edirdi. Ölkədaxili çəkişmələr səngimirdi. S. Hüseynovu qəbul etməyən qüvvələr yenə də öz işləriylə məşğul idilər. İş o yerə çatdı ki, dövlət məmurlarından S. Hüseynova “Vətən xaini” adı da verən tapıldı və…. nəhayət ki, hadisələr kuliminasiya nöqtəsinə çatdı.

1993-cü il 4 iyunda hakimiyyət Gəncə şəhərinə 2000 nəfərlik qoşun yeritdi. S. Hüseynovun məhv edilməsi və 709 saylı hərbi hissənin tərk silah edilməsi üçün bu plan keçmiş hakimiyyət tərəfindən hazırlanmışdı.Plan baş tutmasa da hər iki tərəfdən, ölənlər və yaralananlar oldu. Bu qırğın yeni tariximizə “Gəncə qiyamı ” adı ilə daxil oldu. S. Hüseynov yenədə əzmini qırmadı, heç kimə baş əymədi.

İyun ayının ortalarında S. Hüseynov Bakıya çağırılır və parlamentə üzv seçilir. İyun ayının 30-da Ali Sovetin qərarıyla, Baş Nazir vəzifəsinə təyin olunur. Bu vəzifədə olduğu müddətdə S. Hüseynov hərbi və ictimai işlərlə məşğul olur.

Lakin 1994-cü ilin oktyabrında ölkədə vəziyyət yenidən pisləşir. Gəncə İcra Hakimiyyətiylə S. Hüseynovun yaxın adamları arasında gərginlik yaşanır. Sonradan bu gərginlik hakimiyyət qüvvələriylə qarşıdurmaya gətirib çıxardır. Bu qarşıdurma ölkə gündəminə “dövlət çevrilişinə cəhd ” adıyla öz damğasını vurur. Dövlət çevrilişinə cəhddə günahlandırılan 3000 nəfər, əsasən Qarabağ döyüşçüləri və S. Hüseynovun yaxın adamları “Vətənə xəyanət”, “Dövlət çevrilişinə cəhd ”də ittiham olunaraq həbs edilir.

Bu hadisələr S.Hüseynovdan da yan keçmir.  S.Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən azad edilmiş, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılmışdır. Oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etmişdir.S.Hüseynov “Vətənə xəyanət” maddəsiylə təqsirli bilinərəq, haqqında həbs qəti imkan tədbiri görülür. Barəsində həbs qərarı verilən S. Hüseynov baş götürərək Rusiyaya gedir. Lakin 1997-ci ilin martında S. Hüseynov Rusiya höküməti tərəfindən Azərbaycana təhvil verilir.

S. Hüseynov “Vətənə xəyanət ” maddəsiylə ömürlük həbsə məhkum edilir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2004-cü il 17 mart tarixli əfv fərmanı ilə həbsdən azad olunmuşdur.

Ömrünün 7 ilini həbsxanada, tək kamerada keçirən S. Hüseynov öz qürur, mənliyini satmır. Öz cəsarətinə və şərəfinə sadiq qalır.

S. Hüseynov həbsxanadan azad edildikdən sonra, ailəsi ilə birlikdə xarici ölkələrin birinə yollanır. Xarici ölkədə olmasına baxmayaraq, doğma ölkəsini, şəhərini əsla unutmur. Daim qəlbi Azərbaycanla, əziz şəhəri Gəncəylə döyünür. Hər il qısa müddətə də olsa, şəhərinə baş çəkən S. Hüseynov, onu sevənlərı, yaxınlarını, dostlarını, keçmiş silahdaşlarını diqqətdən kənarda saxlamır, daim onların qayğısını qalır. Eyni zamanda da yaxınları da onu əsla tək qoymur, heç vaxt da tək qoymayacaqlar. S. Hüseynov dostları, keçmiş əsgərləri, döyüşçüləri üçün daim əziz  insan, ciddi komandir, səmimi dost olacaqdır.

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники