582152_188482517940125_293984869_n«Mən siyasətlə məşğul deyiləm və Abbas Abbasovla da əlaqəm yoxdur»

Mətbuatda gedən yazılardan belə çıxır ki, Azərbaycanın başının üstünü yenə də hansısa «qara buludlar» alıb. Əliyev hakimiyyəti baş nazirin sabiq birinci müavini Abbas Abbasovu sağ-salamat ölkədən buraxdığına görə özünü bağışlaya bilmir. Rusiyadakı milyarder azərbaycanlıları əməlli-başlı şantaj edib qurtardıqdan sonra indi də Abbas Abbasov üçün yeni komanda «təşkil edirlər». Hakimiyyət yönlü mediyanın planlarına görə Abbasovun yeni «komandasında» Surət Hüseynov və sabiq Milli Təhlükəsizlik naziri Nəriman İmranov yer almalıdırlar. Abbas Abbasovu tutmaq mümkün deyil. Nə sirrdirsə, Abbasov yalnız hakimiyyət yönlü mediya üçün əl çatandır və yalnız onların sorğularına cavab verir. İlqar Qasımov ciddi adam deyil və kimsə ona «stavka» eləməz. Nəriman İmranovun hansı bunkerdə olduğunu heç kim bilmir. Ümumiyyətlə, tamam-kamal unudulmuş bu adamın adı ətrafında virtual qalmaqalların yaradılmasının kimə lazım olduğu anlaşılmazlıqdır. Belə ehtimallar etmək mümkündür ki, Rusiyada siyasi mahiyyətli «Azərbaycan Mərkəzi» ideyası hansısa dələduza pul toplamaq vasitəsi kimi lazım ola bilər. Belə hallar olub. Surət Hüseynov isə İstanbuldadır. Əməkdaşımız Surət Hüseynova bu xəbərlərlə bağlı münasibətini açıqlaması barədə xahiş edib.

Surət Hüseynov Abbas Abbasovla və ya bir başqası ilə birləşmək barədə planlar qururmu? S. Hüseynovun münasibəti isə maraqlı olub: «Mən siyasətlə məşğul deyiləm. Öz işlərimlə məşğulam, bu işlərin siyasətə heç bir dəxli yoxdur. Abbas Abbasovla ümumiyyətlə görüşmürəm və onunla heç bir əlaqəm yoxdur. Digər adları çəkilənlərlə də o cümlədən. Bu cür dezinformasiyaların kimə, hansı məqsədlər üçün lazım olduğunu siz necə ehtimal edirsinizsə, mən də o cür ehtimal edə bilərəm. Əgər sifarişdirsə, sifarişi verənlər bilər. Əgər qəzetlərin öz fantaziyasıdırsa, o halda bu qəzetlər öz patronlarının gözlərinə xoş görünmək istəyirlər».

İstinad - http://www.azadliq.info/xeberler/358-xeber/71603-surt-hueseynov-siyastd-olmadn-deyir.html

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники