1549495_692413494125591_2019354444_nBu günlərdə Teref.info saytının redaksiyasına  Sürət Hüseynovun Qazilər Fondu yaratdığı haqqında məlumat daxil oldu. Sürət Hüseynovla bağlı yayılan bir çox məlumatların sonradan səhv çıxdığını nəzərə alaraq, bu məlumatı yoxlamaq üçün,  Gəncədəki yaxınları vasitəsilə hal-hazırda Türkiyədə yaşayan Sürət Hüseynovla əlaqə saxladım.

-Surət bəy salam!

- Salam

- Necəsiniz?

- Şükür Allaha

Sürət bəy, vaxt aşırı haqqınızda bir çox qeyri-dəqiq məlumatlar yayıldığına görə, saytımıza daxil olmuş bir məlumatı dəqiqləşdirmək istərdim. Deyirlər Türkiyədə Qazilər Fondu yaratmısız?

Yaratmaqdayam, inşallah.  Hal-hazırda Azərbaycan Qazilər Vakfının təsis sənədləri hazırlanır.  Bunu hələ elan etmirdim, amma nəzərə alaraq ki, Siz də qazisiz elə ilk məlumatı Sizə verirəm.

-Xeyirli olsun, bəy. Fond yaratmaq qərarına necə gəldiniz?

- Cəmi Şəhid və qazi əlillər üçün xeyirli olsun. Xeyriyəçiliklə daim məşqulam. Müharibə illərində  qaçqın və köçkünlərə, Şəhid ailələrinə, döyüşçülərə evlər vermişəm, hər cür yardımlar etmişəm. Atəşkəsdən sonra “Nicat” xeyriyyə cəmiyyəti xətti ilə Azərbaycanda bütün Şəhid ailələrinə və Qarabağ əlilərinə aylıq pul yardımları, əlilərin protezləşmə və müalicə problemlərini ölkədə və xaricə göndərməklə həll edirdik. Həbsxana illərimdə də gücüm çatandan ehtiyaclı olanlara kömək eləmişəm. Bu işi  davam etdirəcəm.

- Bəs məhz Vəqfin təsisi qərarına necə gəldiniz? Bunu ona görə soruşuram ki, Azərbaycan hakimiyyəti nəzarətində olmayan maliyə fondlarının fəaliyyətinə qısqanclıq və şübhə ilə yanaşır, maneələr törədir. Buna siyasi don geyindirməyə çalışanlar da olacaq?

- Qazi Zaur Həsənovun özünəqəsdi məni bərk sarsıtdı. Necə ola bilər ki, Azərbaycanda ağlı başında olan beş uşaq atasını, vətən müharibəsi qazisini, insanların gözü qarşısında özünü yandırmaq həddinə çatdırsınlar? Problemlərilə baş-başa qalmış adam daha nə etməlidi ki … Qazilərin problemləri daim cəmiyyətin  diqqət mərkəzində olmalıdı. Bunlar kimin üçün döyüşüb, özlərini fəda ediblər? Dövlət və millət üçün. Millətin boynunda qazilərin haqqı var.  Bu hadisədən sonra qərara gəldim ki, burada(Türkiyədə- red.) Azərbaycan Qazilər Vəqfi yaradım. Qazilərin problemlərinin həllinə vəqfdən hər cür yardım olunacaq. Qaldı siyasiləşdirməyə, bilirsiniz onsuz da bəzi qüvvələr bunu istəyirlər. Sadəcə mənim adımla bağlı axır vaxtlarda gedən “xəbərlərə” baxsanız bunu görərsiniz. Hansısa qara məqsədləri güdən nadürüstlər mediada mənim haqqımda uydurmalar yazırlar. Mən isə yenə bəyan edirəm, heç bir siyasi hadisələrə qarışmıram, heç bir siyasi məqsəd güdmürəm, qanunlar çərçivəsində və şəffaf şəkildə Qazilər Vəqfi öz fəaliyyətini davam etdirəcək.

- Surət bəy bəs buna vəsait hardan alacaqsınız və bu böyük məbləğdirmi?

-  Allahın mənə verdiyi imkanlar daxilində … Birdə ümüd edirəm ki, bu  xeyirxah işə başqa vətənsevərlərdə qoşular.

- Surət bəy bu iş nə zaman başlayacaq, qazilər nə zaman bu Vəqfdən faydalana biləcək?

- Artıq sənədlər hazırlanır və ən yaxın zamanlarda Vəqf öz fəaliyətinə başlayacaq. Bu on günədə ola bilər bir aya da.

- Bəy sizə bu xeyirxah əməldə uğurlar arzulayaraq, bütün qazilər adından təşəkkür edirəm.

- Qarabağda nə qədər döyüşçü olubsa, komandanı olduğum  Ordu Korpusunun tabeçiliyində olublar. Buna görə hər bir qazi, Vətən oğlu mənim qardaşımdı, cəbhə yoldaşımdı. Mən əsgərlərim qarşısında öz vicdan borcumu yerinə yetirirəm, təşəkkürə dəyməz. Sizə də uğurlar arzulayıram!

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники