1370327326_0Cəmiyyətimizdə ən çox yayılmış və əksəriyyət tərəfindən həqiqət kimi qəbul olunan 
“4 İYUN 1993-CÜ İLDƏ 709-CU BRİQADA GƏNCƏDƏ QİYAM QALDIRMIŞDI” MİFİ.

4 iyun 1993-cü il Gəncədə baş vermiş hadisələr 2 hissədən ibarətdi.
1-ci hissəsi- 4 iyun səhər 5.50-dən başlanmış və saat 13 qədər davam edən, iqtidarın həyata keçirdiyi, “Tufan” əməliyyatı;
2-ci hissəsi- “Tufanın” nəticəsində Gəncədə baş vermiş Xalq üsyanı və ölkəni bürüyərək, AXC iqtidarını H. Əliyevi Naxçıvandan Bakıya dəvət edib, hakimiyyəti ona təhvil verilməsilə nəticələnmiş siyasi böhran.

4 iyun 1993-cü ildə Gəncə hadisələrinin 1-ci hissəsi. Hökümətin keçirdiyi «Tufan» əməliyyatı.
Hadisə baş verdiyi gün Müdafiə Nazirinin əmrinə uyğun olaraq, artıq iki ay idi ki, 709-cu briqadanın bir batalyonu Ağdərədə, briqadanın qalan hissələri Murov- Gülistan 75 km-lik müdafiə xəttində döyüş mövqelərində idi. Briqadanın iki bölüyü(təxminən 180 nəfər) isə 12 mayda, bir aydan artıq Ömər aşrımındakı mövqelərdə döyüşlər aparandan sonra, müdafiə nazirinin əmrilə, Seyfəli təlim poliqonuna dincəlməyə və döyüş hazırlığını davam etməyə gətirilmişdi. 29 may 1993-cü ildə bu bölüklər Seyfəlidə döyüş təlimi keçirmiş, müdafiə naziri D. Rzayev sıra baxışı keçirərkən, təlimlərdə göstərdikləri yüksək döyüş hazırlığı və nizam-intazama görə, təşəkkür elan etmiş və özü ilə gətirdiyi 2 korobka “Maltəpə” siqaretini əsgərlərə paylatdırmışdı.
Yəni hadisədən 6 gün əvvəl, 709-cu briqadanın buraxılacağına bir işarə yox idi və müdafiə naziri briqadanın şəxsi heyyətinə yüksək döyüş hazırlığına və nizam-intizamına görə hətta təşəkkür elan etmişdi.
709-un Seyfəlidə olan bu döyüş bölükləri cəbhə xəttinə yollanması haqqında MN-nin əmrini gözləyirdi.
3 iyun 93-cü ildə, əvvəlki günlərdə olduğu kimi, 709-cu briqadanın Gəncə şəhərində yerləşən ərazisində yalnız gündəlik xidmət aparan komendant bölüyü və qərargah qulluqçuları adi gündəlik rejim üzrə xidməti vəzifələrilə məşqul idilər. H/h-də heç bir hadisə baş verməmişdi.
254045_10150199741899064_688874_n4 iyun səhər saat 5.50-də qonşu hərbi hissənin ərazisindən, dəmir hasarı yıxaraq, tank T-72 yüksək sürətlə 709-cu briqadanın ərazisinə soxulub, 709-cu briqadanın əsgərləri yatdığı kazarmanın bir divarını yıxdı. Dağıntı altında qalmış 7 əsgərimiz ağır yaralandı. “Hərbi hissəyə hücum!” təbili verildiyinə baxmayaraq, briqada komandiri Eldar Əliyev tankı vurmamaq əmri verdi, çünki aydın idi ki, bu, 709-cu briqadaya qarşı, 3 iyun axşamdan h/h-ni müasirəyə almış qüvvələrin, təxribatı idi. Tank h/h-nin içində dairə vurub, gəldiyi istiqamətdə qayıtdı. 709 təxribata uymadı. Yaralılar dağıntılar altından çıxarılıb, hospitala aparıldılar. Sonradan onlardan üçü ölmüşdü. Kombriq E. Əliyev hadisə haqqında telefonoqram vasitəsilə dərhal Müdafiə Nazirliyi üzrə növbətçiyə və Gəncə Hərbi Prokurorluğun növbətçisinə xəbər verdi.
Bundan təxminən saat yarım sonra 709-cu briqadaya İsa Sadıxov gəldi. Zabitlər onu səhərki hadisə ilə bağlı Müdafiə Nazirliyindən göndərilmiş şəxs zənn etdilər. Lakin İ. Sadıxovun kombriq E. Əliyevə 709-cu briqanın buraxılması və dərhal tərkisilah edilməsi haqqında əmrini çatdırmaq üçün gəldiyi məlum oldu. E. Əliyev İ. Sadıxovdan yazılı əmri təqdim etməsini xaiş edəndə, “Məndə yazılı əmr yoxdu”, cavabı verildi.
H/h-nin buraxılması əmrini kombriq E. Əliyevə bilavasitə yaxud birbaşa rəisi yaxud səlahiyyətləri Müdafiə Naziri tərəfindən yazılı sürətdə təsdiq edilmiş şəxs verə bilərdi. H/h komandirinin başqa heç kəsə tabe olmaq ixtiyarı yoxdu. İ. Sadıxov nə bu rəislərdən idi, nə də bu işdə səlahiyyətləri məlum idi. O, ümumiyyətcə 709-cu briqadaya aidiyatı olmayan, başqa korpusun zabiti idi.
Hərbi qanunlarda və İntizamnamələrdə h/h-nin buraxılması qaydası və təhvil-təslim zamanı göstərilib. Bir qayda olaraq, əmr verən verdiyi əmrin icrası üçün şərait yaratmalıdır- müdafiə nazirinin əmrində təhvil-təslim komisiyasının başçısı və üzvləri, təhvil- təslimə verilmiş zaman (briqada kimi hərbi hissəyə 45 günə qədər) təyin edilir. Briqada komandiri E. Əliyev vəzifəsindən azad edilməmişdi və MN yazılı əmri üzərinə “icra edilsin” dərkənarı qoyub, komandiri olduğu briqadanın vəzifəli şəxslərinə bu əmrin icrası üçün konkret tapşırıqlar verməli idi.
Bir başqa, ölkənin müdafiəsinə aid daha mühüm məsələ o idi ki, h/h-nin buraxılması cəbhə xəttində tutduğu mövqelərdə dəyişdirilmədən, mümkün deyil. Bu bölmələrin tutduğu mövqeləri kimə təhvil verməli olduğuna da aydınlıq gətirilməli idi.
Bunların hamısını nəzərə alaraq, kombriq E. Əliyev İ. Sadıxovdan, onun səlahiyyətlərini təsdiq edən və briqadanın buraxılması haqqında yazılı əmri gətirməsini və təhvil-təslim komisiyasının gəlməsini xaiş etdi.
E. Əliyev İ. Sadıxova səhər baş vermiş hadisəni də danışdı. İ. Sadıxov dedi ki, tankın 709-cu h/h-nin ərazisinə soxulduğundan xəbəri yoxdu və bu, yolverilməzdi.
İ. Sadıxov 709-cu briqadanın zabitləri ilə səhər naharını etdi və söhbətin yekununda, Müdafiə Nazirinin 709-cu briqadanın buraxılması haqqında yazılı əmrini gətirəcəyini deyib, getdi.

23558Müdafiə Nazirliyindən səhərki hadisəyə heç bir reaksiya verilmədiyindən, döyüş yoldaşlarının yatılı vəziyyətdə azərbaycan tankı tərəfindən kazarmanın divarını uçuraraq, yaralanması, 709-cu briqadanın əsgər və zabit heyyəti arasında haqqlı narazılıq və hiddət doğurmuşdu. Şəxsi heyyət kombriq E. Əliyevdən bu haqqda Sürət Hüseynova xəbər verməsini təgid edirdi. İndiyə qədər bu, 709-cu briqadanın S. Hüseynov tərəfindən idarə olunduğuna dəlil kimi göstərilir. Niyə məhz Sürət Hüseynov?
Bunu izah etmək üçün bir qədər əvvələ, 709-cu briqadanın yaradılması tarixcəsinə toxunmalıyam. Kəlbəcərin işğalından sonra, ermənilərin Murovu tutmaları ilə Xanlar, Göranboy, Gəncə və bütün qərb bölgəsinə real təhlükə yarandı.
2 aprel 93-cü ildə Pənah Hüseynov və müdafiə naziri D. Rzayev Gəncəyə gələrək, Ə. Elçibəyin adından, fevralda hərbi işlərdən uzaqlaşdırılmış, Sürət Hüseynovdan Murovun müdafiəsi üçün bacardığı yardımı, könüllüləri yığıb, Murovu qaytarmağı və müdafiə etməyi xaiş etmişdilər. Prezidentin bu müraciətindən sonra, Sürət Hüseynovun çağırışı ilə, fevralda buraxılmış 123-cü alayın zabit və könüllü əsgərləri yenidən Gəncədə, keçmiş 123-cü alayın ərazisində yığışdılar. S. Hüseynov döyüşçülərə müraciət edərək, dedi ki, “Murov qaytarılmalıdı. Dövlət bunun üçün yeni, 709 saylı briqada yaradır.” Əsgər və zabitlər Murovun müdafiəsinə getməyə hazır olduqlarını, əmrlərə tabe olacaqlarını, lakin 123-cü alayın başına gətirildiyini(fevralda F. Quliyevin bəyanatı ilə S. Hüseynovu və 123-cü alayın “vətən xaini” elan edilməsi, alayın buraxılması və əsgər və zabitlərin bir hissəsini qeyriqanuni 40 gün həbsdə, bu zaman isə 123-cü alayı Gəncədə silahlı mühasirədə saxlanması) sonra 709-cu briqadanın da başına gətirələcəyindən ehtiyatlanaraq, briqadanın tərkibinə daxil olmaq istəmədilər.

ardı var…

Nazim Bayramov

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники