Cəmiyyətimizdə ən çox yayılmış və əksəriyyət tərəfindən həqiqət kimi qəbul olunan 
“4 İYUN 1993-CÜ İLDƏ 709-CU BRİQADA GƏNCƏDƏ QİYAM QALDIRMIŞDI” MİFİ

SuratS. Hüseynov dövlət adından dedi ki, “bir daha belə anlaşızmazlıq təkrarlanmayacaq. Siz gərək rəsmi h/h-nin qulluqçuları olasız ki, aranızdan yaralananlar və şəhid olanların ailələri dövlət yardımını ala bilsinlər.” 3 aprel 93-cü ildə zabitlər və könüllülər Prezident Ə. Elçibəyə yaradılan briqadanı və Ali Sovetin deputatı S. Hüseynovu bir daha siyasətə qatmamaq haqqında Müraciət qəbul etdilər və 709-cu briqadaya daxil oldular.
Müdafiə naziri D. Rzayev S. Hüseynovdan yeni h/h komandiri vəzifəsinə namizəd təklif etməyini xaiş etdi. S. Hüseynov “Kimi istəyirsiz təyyin edin, mənim namizədim yoxdu”, cavab verdi. Onda D. Rzayev, 123-cü alay komandirin döyüş üzrə müavini olmuş, p/l-nt Eldar Əliyevi 709-cu briqadanın komandiri vəzifəsinə təyyin etdi. 709-cu briqadaya ilk yığılmış 80 nəfərə yaxın könüllü, 701-ci briqadanın bölmələrilə birgə, artıq 5 apreldə Murova əkshücum etdilər və Murovun əsas yüksəkliklərindən və telegüzgüdən düşməni vurub çıxararaq, Ömər aşrımını nəzarətə aldılar. Mən bilavasitə Murovdakı döyüşçülərimizə başçılıq edirdim, kombriq E. Əliyev isə yeni gələn könüllülərdən Toğanada briqadanın bölmələrini formalaşdıraraq, Murova, döyüş mövqelərinə göndərirdi.

Məhz S. Hüseynoun «bu bir daha təkrarlanmayacaq» sözlərinə görə, 4 iyunda, yəni briqada yaradılandan cəmi iki ay sonra, h/h yatmış vəziyyətdə hücuma məruz qalanda, 709-un əsgərləri kombriq E. Əliyevdən S. Hüseynovun gəlməyini tələb etdilər. E. Əliyev S. Hüseynova baş verənləri danışdı. S. Hüseynov dərhal h/h-yə gəldi və əsgər və zabitlərlə görüşərək, təxribatlara uymamağa çağırdı və hadisənin aydınlaşdırılacağına və təqsirkarların cəzalandırılacağına söz verdi.
Bu zaman 709-cu briqadaya İsa Sadıxov Prezident Qvardiyası əsgərinin müşaiətilə qayıtdı və E. Əliyevə MN-nin 709-cu briqadanın buraxılması haqqında yazılı əmrini təqdim etdi. Əmrdə döyüş mövqelərini kimə təhvil verilməli olduğu göstərilməmişdi.
S. Hüseynov kombriqin iş otağından səhərki hadisə ilə bağlı MN-i ilə əlaqə yaratmağa cəhd edirdi. Səhər yaralanmış 7 əsgərdən hospitaldan artıq ikisinin ölüm xəbəri verilmişdi.
E. Əliyev İ. Sadıxovu S. Hüseynovun yanına dəvət etdi. Otaqda S. Hüseynovla İ. Sadıxovun arasında gərgin söhbət baş verdi. S. Hüseynov İ. Sadıxova “709 tutduğu döyüş mövqelərində dəyişdirilmədən, necə buraxıla bilər? Briqadaya tapşırılmış 75 km müdafiə xətti kimə verilsin, erməniyə? Yenə nə oyundu çıxardırsınız? Səhər yatılı vəziyyətdə əsgərləri tankla basıb, sonra əmr gətirirlər? Əmr belə verilir? Niyə D. Rzayev gəlməyib?” və mühafizəçilərinə İ. Sadıxovu və onunla gələni, vəziyyəti aydınlaşdıracağına qədər, zirzəmiyə salınmalarına göstəriş verdi, E. Əliyevə isə Müdafiə Naziri D. Rzayevlə onu calaşdırmağı tapşırdı. D. Rzayevi heç kəs tapa bilmirdi və yerini bilən yox idi. Dedilər ki, o Şəmkir QES-in yanında balıq tutur. S. Hüseynov onun dalınca adam göndərmək istəyəndə, 709-un ərazisi top atəşinə tutuldu. Qərargah vurulurdu. H/h ərazisində olan p/l-nt Vahid Tacibov S. Hüseynova “İsa Sadıxov bu atəş altında ölsə məhsuliyyət bizim üzərimizdə qalacaq” deyib, buraxılmasını xaiş etdi. İ. Sadıxov və onunla gələn əsgər buraxıldılar.
İsa Sadıxov 709-u tərk edən kimi, küçənin o biri tərəfində dayanmış PDM-2 709-cu briqadanın keçid- buraxılış məntəqəsinə topdan atəş açdı. 5 nəfər növbətçidən ikisi öldü, 3-ü yaralandı. Saat 9.50 idi. Qərargah işçiləri olan qadın hərbi qulluqçularını h/h-dən ağ bayraqla çıxarmaq cəhdi baş tutmadı. Onların başı üstündən atəş açıldı və yüyürüb, şok və halsız vəziyyətdə özlərini birtəhər zirzəmiyə atdılar. Qadınlara tibbi yardım göstərildi.
531404_201937299927980_867248098_n709-cu briqada 3 saat ərzində, axşamdan onu mühasirəyə almış hərbi hissələr və bölmələr tərəfindən tanklar, PDM-lər, minaatanlar, qumbaraatanlar, iriçaplı pulyemotlar, atıcı silahlarla və ətraf yaşayış binaların üstündə mövqe tutmuş snayperlər tərəfindən aramsız atəşə tutuldu. Yer silkələnirdi, kazarmalar dağıdılır, yanırdı, hər yer od və tüstüyə bürünmüşdü, qonşu binaların sakinləri qaçırdı. Hər dəqiqə ilə 709-da ölən və yaralananların sayı artırdı. Hərbi hissənin qarşısından avtomaşınla keçən insanlardan atəşə tuş gəlib, qətlə yetirilənlər olmuşdu.
709-un qətliamına etiraz edən Gəncə əhalisi İcra Hakimiyyəti qarşısında meydanda toplaşaraq, qardaş qırğınını dayandırmağı tələb edirdilər. Artıq 10 minə yaxın insan mitinq keçirirdi.
Saat 11 radələrində 709-cu briqadanın 4-cü batalyonun komandiri, Gəncə Xalq Cəbhəsini yaradanlardan biri, Qarabağ müharibəsi qəhramanı Mehman Ələkbərov 709-un gülləbaran edilməsini eşidib, şəhərdən qardaşı Ağakərimlə bir yerdə, ağ yaylıq qaldıraraq, hökümət qoşunları üzərinə gedərkən və “Qardaşlar! Atəşi dayandırın! Qardaş qanı tökməyin!” qışqıran zaman, Ağakərimin gözləri qarşısında hökümət qoşunları tərəfindən amansızcasına güllələnmişdi.

ardı var…

Nazim Bayramov

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники