Gəncə_Şəhər_İcra_HakimiyyətiSaat 13 radələrində Gəncə İcra Hakimiyyətinin qarşısından çox minli insan kütləsi qardaş qırğınını dayandırmaq çağırışları və AXC iqtidarına etiraz şuarları ilə atəş zonasına hərəkət etdi. Məhz bu zaman- 4 iyun 1993-cü il saat 13 radələrində Gəncədə Xalq üsyanı başladı. İnsan axınının səsi yaxınlaşan zaman atəş səsləri biraz səngidi. Atəşin bir anlıq səngiməsindən istifadə edərək, 709-un əsgərləri qonşu hərbi hissənin ərazisindən atəş açan qüvvələrin üzərinə yüyürdülər və başlarının üstünü kəsib, onları tərksilah etməyə başladılar, tank və PDMlərdən nişançıları çıxarırdılar. Mühasirə halqasının başqa tərəflərində mövqe tutanlar qaçdılar. Atəş tamamilə dayandı. Qarşı tərəf əsgərlər silahlarını yerə atıb, təslim olur və 709-un zirzəmilərdə yerləşən boş tərəvəz anbarlarına aparılırdılar.

4 iyun 1993-cü il səhər saat 5.50 başlamış və günorta saat 13-ə qədər baş vermiş hadisələrin faktiki gedişi və xronologiyası 709-cu briqadanın 4 iyun 1993-cü ildə ilk atəş açmadığını və qiyam qaldırmadığını göstərir.
İllərdir müəyyən siyasi qüvvələrin 709-cu briqadanın döyüşçülərini cəmiyyətimizə “Sürətin quldurları” və “narkomanlar” kimi təqdim etmişlər. 4 iyun 93-cü ildə Gəncə əhalisinin 709-cu briqadanın müdafiəsinə qalxması və qorxmadan atəş qarşısına çıxması bu təbliğat şablonlarını kökündən təkzib edir. Gəncədə xalq bu qəhraman döyüşçüləri yaxşı tanıyırdı, məhz ona görə 709-un müdafiəsinə qalxdı və onları məhv etməyə imkan vermədi.
Bundan sonrakı hadisələr, qardaş qırğınına etiraz edən və bununla bağlı AXC iqtidarından son aylarda yığılmış narazılıqların üzə çıxması ilə başlamış Xalq üsyanı idi.
Xalq üsyanına səbəb, hökümətin 709-cu briqadaya qarşı ədalətsiz və qeyri-adekvat güc və atəş tətbiq etməsi və qardaş qanının axıdılması oldu.
Bu hadisə baş verməyə bilərdimi? Əlbəttə. Dövlətə 709-cu briqadanın buraxılması lazım idisə, bu, qanunda nəzərdə tutulmuş və aydın şəkildə aparılmalı idi. Bundan əvvəl, 93-ün may ayında 709 briqadaya Pənah Hüseynov gəlmişdi. O, bizim köhnə UAZlarımızın kapotuna əli ilə vura-vura “Maşınlarınız köhnəlib, bunların əvəzində sizə ciplər verəcəm! Siz Murovu saxladız, siz ciplərə layiq oğlanlarsız!”, deyirdi. P. Hüseynov yaxud D. Rzayev yenə gəlib desə idilər ki, “ Murovu saxladız, çox sağolun, uşaqlar, sizin üçün müharibə bitdi, gedin evə”, əminəm ki, 709-cu briqada, bundan əvvəl 123-cü alay kimi, dağılışıb gedərdi evlərinə. D. Rzayevin təyyin edəcəyi komisiya isə kombriq E. Əliyevlə döyüş mövqelərində olan bölmələrin taleyini həll edib, briqadanı təhvil alacaqdı.

Salam aleyküm
O qədər miflər, yalanlar uydurublar ki, yazıb, ifşa edib, haqqa gedib çıxmaq olmur.

Nazim Bayramov

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники