Tam 20 ildir ki, Azərbaycanda müxalifət iqtidarın siyasətini təkrar edir. El dili ifadə etsək, bu müxalifət iqtidarın əli ilə oynayır. GUNDEMİNFO.AZ olaraq Azərbaycanda iqtidarın da, müxalifətin də hədəfinə çevrilən «Vurulanlar» rubrikasına təqdim edirik:

- Onları hər kəs sıradan çıxarmağa çalışır. Amma əslində iqtidarın qara piar maşını onlara qarşı yönəlib və ənənəvi müxalifət də bu siyasətini davamını «uğurla» həyata keçirir. Bu gün iqtidarın hədəf aldığı, daha dəqiq desək, illərlə həbsxanada saxladığı, hətta ailə üzvlərini belə sıradan çıxarmağa çalışdığı adamlardan biri haqqında, bu ölkənin baş naziri olmuş, mili qəhrəmanı, hətta 1-ci Qarabağ savaşında prezidentin səlahiyyətli nümayəndəsi olmuş, korpus komandiri Surət Hüseynov haqqında danışaq. Böyük tarixi ədalətsizliyin, dəyişilməsi üçün bu yazını yazmağı labüd bildik. Çünki zaman-zaman Azərbaycan üçün canını, malını fəda etmiş insanlar haqqında yazılanlar tarixin saxtalaşdırılmasına xidmət edib. Bu yazı bir BƏRAƏT yazısı deyil, tarixin gerçəkliyidir.

Surət Hüseynov əslində Azərbaycan üçün böyük fədakarlıq etmiş bir şəxs olaraq xarakterizə edilə bilər. Amma nə yazıqlar ki, bu xarakterizə bu günə qədər baş verməyib. Amma tarixçilər nə qədər ədalətsiz olsalar da, bu faktlara göz yuma bilməzlər. İndi çox qısa olaraq tarixə ekskursiya edək:

Kimdir Surət Hüseynov?

1989-cu ildə Yevlax Yun Fabrikində fəhlələr arasında direktor seçimi ilə bağlı seçki keçirilir. Böyük səs çoxluğu ilə Surət Hüseynov fabrikin direktoru seçilir. İndi biz bu seçkilərin iştirakçısı olmuş adamları danışdırırıq. Çox sadə olaraq deyirlər ki, seçki Azərbaycanda son 20 ilin ən demokratik seçkisi idi. Surət Hüseynov gənc bir istehsalatçı olmasına baxmayaraq həm də bir vətənpərvər idi. Onun davranışları, hətta sıradan fəhlələrlə belə ünsiyyəti, bir əsilzadə olması bu seçkilərdə onun qələbəsini şərtləndirən əsas amillərdən biri idi. Və o 1989-cu ildə Yevlax Yun Fabrikinin direktoru oldu. Böyük pullar, kaprital, inzibati üstünlüklər, sovetlərin hələ ki, qılıncının ən azı qabağının kəsdiyi bir dövr idi. Çox keçməzdi ki, cəmi 1 il sonra Azərbaycanda mili azadlıq hərəkatı başlayacaqdı. Və Yevlaxda, Gəncədə ermənilərlə savaşda bir adamın adı dillər əzbəri olacaqdı- Surət Hüseynov. Amma zaman keçdikcə, onu «qaralamaq», «ləkələmək», ondan böyük və iyrənc siyasətin piyadası olaraq istifadə edəcəkdilər.

Surət Hüseynov əslində Azərbaycan üçün böyük mücadilə verməyə çox səmimi olaraq başlamışdı. Onun pulları da, hətta fiziki mövcudluğu da Qarabağ savaşı üçün mövcud idi. Amma zaman və siyasi prosseslər çox sürətlə dəyişirdi. O Qarabağ savaşında böyük uğurlar qazanan hərbi birləşmələrə başçılıq edirdi. Təkcə başçılıq etmirdi. Həm də onu savaşa girən əsgərlər çox böyük hörmətlə özləri üçün başçı bilirdilər. Və nəhayət 1991-ci ilin sonları.

Milli qəhrəman, prezidentin səlahiyyətli nümayəndəsi

1992-ci ildən Surət Hüseynova Azərbaycanın mili qəhrəmanı adı verildi. Bu adı ona Elçibəy iqtidarı vermişdi. Hətta Surət Hüseynov 2-ci ordu korpusunun komandanı idi. İndi biz tarixi saxtalaşdıranlar üçün bir tərs şillə effekti verən faktı yazırıq. Tarixin ədaləti üçün.

Surət Hüseynov heç bir zaman Əbülfəz Elçibəyin istefası tələbini irəli sürmədi. Əksinə indi tarixi qaynaqları araşdıranda məlum olur ki, əslində 1991-ci ildə Ayaz Mütəllibovun istefasını tələb edən, konkret mövqe nümayiş etdirən adamlardan biri də Surət Hüseynov olub.

Surət Hüseynovu itirdikmi?

Sözün bütün mənalarında Heydər Əliyevin iqtidara gəlişindən sonra biz bir vətənpərvəri itirdik. Əslində onu itirməmizi bizdən bugünki iqtidar istəyirdi. Amma ənənəvi müxalifət mediası da bu işdə xüsusi canfəşanlıq göstərirdi. Və bu gün də hətta İctimai Palatanın toplantısında AXCP sədri Əli Kərimli deyir ki, 4 iyun qiyamında iştirak edən bütün Surət Hüseynovu və tərəfdarlarını həbs edəcəklər. NİYƏ?

Səbəb çox sadədir. Surət Hüseynovu həbsdə saxlayan, indiki iqtidar bunu istəyir. İndi niyə Surət Hüseynovu ən azı Ağdarəni işğaldan azad etmiş, Qarabağ savaşlarında böyük şücaət göstərmiş bir komandiri, onun ətrafında olanları narkoman, tufeyli, adlandıran bir piara qurban gedirik? Əcaba bir tutarlı səbəb varmı? Bəlkə elə bu iqtidarın, bu müxalifəti də olduğu kimi bir-birinin əksidir. Və bəlkə bu müxalifət hakimiyyətini itirməsinin gerçək səbəblərini billə-bilə başqalarının üzərinə atmaqla, tarixdə nəyisə dəyişmək istəyir?

© Gundeminfo.az — ELVİN

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники