32635_4666830958273_1793994507_nDünən Müsavatda Etibar bəyin qələmiylə ərşəyə gəlmiş bir yazı verildi, oxudum və təəccüb etdim. Mən bu bəylərin yazılarına və fikirlərinə münasibət bildirməzdim əgər söhbət mənim xalqımın aldadılmasından getməsəydi. Yazı bu cümlələrlə başlayır: «Sabah Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin devrilməsi ilə nəticələnən 1993-cü il 4 iyun qiyamını 20 ili tamam olacaq. … «. Həzarat, 4 iyun qiyamı olubmu, bəs mənim niyə xəbərim olmayıb? Beləki, «Qiyam — sosial qrup və təbəqənin(sinfin) mövcud hakimiyyətə qarşı qalxmasıdır və onlar tərəfindən silah işlədilərsə bu silahlı qiyam adlandırılır». Azərbaycanda bütün təbəqələr AXC iqtidarından narazı olsa da hər hansı biri ona qarşı belə silahlı qiyam etməyib. 709-cu hərbi hissənin 400-500 nəfəri silahsız, sadəcə hərbi maşınlarda şəhərbəşəhər gəzərək, hakimiyyəti qoyub qaçmiş AXC iqtidarının rəsmilərinin ardinca rayonlarda qayda-qanun yaratması məgər qiyam idi? Ərazisindən keçən və qayda-qanun yaratmağa nail olan bu doyüşçülərin əməllərinə doğru qiyməti yalnız bu ərazinin sakinləri verə bilər, canlı şahid olaraq. «… çoxpartiyalı sistemin əsası qoyulmuşdu …» bu əsası artıq Qarbaçyov qoymuşdu, SSRİ Komunist Partiyasının Mərkəzi Komitəsinin qərarı ilə sovet respublikalarında Xalq Cəbhələrini yaratmış və Sovet Konstitusiyasına dəyişiklik edərək çoxpartiyalı sistem yaratmışdı. Azərbaycan SSR konstitusiyasında bunu Ayaz Mütəllibov etmişdi. «… Berlində və Varşavada rus qoşunları qalsa da, Azərbaycanı tərk etmiş …» Bu da sizə Rəhim bəydən cavab: «Bir ay idi müdafiə naziri idim (1992-ci ilin martın 18-dən) E.M.Şapoşnikov məni dəvət etdi, getdim və Qraçov onun müavini idi, ilk orada tanış olduq, qoşunların çıxarılması haqqında söhbətimiz oldu. Aprelin  29-30-u  Qraçov Azərbaycanda böyük general heyəti ilə oldu və biz rus ordusunun çıxarılmasını müzakirə edərək, razılıq əldə etdik». Belə çıxır ki, bu da sizdən əvvəl öz həllini tapmış bir məsələ olub. Etibar bəy «dayanaqlı, sabit demoktatiya»dan danışır. Maraqlıdır, (demokratiya, yoxsa anarxiya?) amma cavab vermirəm, qalsın. Pənah Hüseynin Kəlbəcəri qaytaracağından danışır. Nəyin bahasına və necə? Bunları açıqlamağı unudur. BMT qərarları işləyəcəkdirsə, bu qərarlar elə Əliyev dövründə də işləyərdi. Boş xəyallarla toxuq, bizə daha fazla boş xəyal sırıya bilməzsiniz!   «Hətta AXC hakimiyyəti zamanında heç bir vəzifə tutmayan müstəqil siyasətçilər də bildirirlər ki, 4 iyun qiyamı olmasaydı, Azərbaycanda ciddi demokratik sistem formalaşacaqdı.» Yenə adlar yoxdur, mücərrədlik Müsavatın və yazarlarının xobbisinə çevrilib. Adlar, bəylər, ad verin!   «… demokratik seçkilər keçiriləcəkdi…» belə çıxır ki, hələ keçirilməyibmiş ? Ah, mənim seçkidə iştirak etmiş bir qohumum axı deyirdi, «biz Elçibəyi zorla məntəqəmizdən qalib çıxardıq, Süleymanov elə vədlər vermişdi ki, xalq, hamı ona səs verirdi.»   «Müsavat Partiyası və AXCP-dən əldə etdiyimiz məlumata görə, Azərbaycan tarixinə düşmüş bu bədnam hadisənin 20 illiyi hər hansı ictimai dinləmə və ya tədbirlə qeyd olunmayacaq.» Niyə ki? Bu hadisələrin gərçək üzünün açılmasında maraqlı bir vətəndaş kimi belə dinləmələrin keçirilməsini tələb edirəm!   Arif bəy uzun-uzun bu hadisələri «tərif» edib. Mən bu insanın səmimiyyətinə inanmıram, gərçəkləri söyləyirsə, niyə bu «gərçəkləri» təkcə Müsavata söyləyir? Axı mən ondan dəfələrlə mənə müsahibə verməsini xahiş etmişəm və araşdırmamın tərəfli alınmaması üçün bütün tərəfləri dinləmək arzumu bildirmişəm! Arif bəy 4 iyun hadisələrini ilk 28 aprel, daha sonra 20 yanvarla müqayisə edir. İlk müqayisədə tarixi bilmədiyi üçün səhv etdiyini düşünürəm. Beləki, 28 aprel 11-ci qızıl ordu 30 mindən çox şəxsi heyətlə Azərbaycana girdiyi halda, 709-ci briqadanın cəmi 500 əsgəri Azərbaycan rayonlarında hərəkət edib. Siyasi duruma gəldikdə isə burada müqayisə ediləcək heç bir oxşarlıq görmürəm.  Sürət Hüseynovun heç bir siyasi tələbi olmayıb. Xırdalıqlara getmək istəmirəm çünki, başqa yazılarımda bunların açıqlamasını verəcəm. Amma bir şeyi qeyd etmək istəyirəm ki, bir dövlət əlində 30 minlik ordusu və başqa qüvvələri olduğu halda 500 nəfər tərəfindən devrilə bilməzdi. Bu məqamda «qardaş qanı tökmək istəmədik», deyənlərin nəzərinə: Siz, bəylər,  artıq «Tufan» əməliyyatı ilə qan tökmüşdünüz. 4 iyun 1993-cü ildə Gəncəni qanına qəltan etmişdiniz, 35 nəfər azərbaycan vətəndaşını öldürmüşdünüz. Sizin əlləriniz bu qana batıb! Niyə 4 iyun haqqında danışanda ona gətirib çıxaran səbəblər haqqında danışmağı unudursunuz? Niyə «Tufan»ın həyata keçirilməsinin səbəbləri açıqlanmır? 20 yanvara gəlincə, insanları küçələrə əli yalın tökən və «siz dayanın kömək gələcək» deyən kim olub? Siz AXC deyildimi bu qanlı hadisələrin bayisi? Mən 19-dan 20-sinə keçən gecəni fəlakət və xəyanət gecəsi hesab edirəm! 20 yanvar səhəri isə əsl həmrəylik və dirçəliş, gəhrəmanlıq günü hesab edirəm, məhz bu gün gecə güllə-baran edilən millət səhər əsl gəhrəmanlıq və həmrəylik göstərərək, sizlərsiz, bəylər, küçələrə çıxdı və dirçəldi! Son abzas isə başdan-ayağa blefdir. Kimin cəzalanmasını belə şövqlə arzulayır Arif bəy? Ad çəkməyə və səhvləri boynuna almağamı hazırlaşır? Elə mən də onunla bu arzusunda həmrəyəm, bütün günahkarlar cəzalansın!

Könül Sərdarlı

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники