Hesenov-Zulfuqarov
Tofiq Zülfüqarov: ”Muxtariyyat təklifi öz aktuallığını itirib”

Azərbaycan Dağlıq Qarabağa geniş muxtariyyət verməyə və yerli erməni əhalinin hüquqlarına zəmanət verməyə hazırdır.

Bu barədə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrailin The Jerusalem Post qəzetinə müsahibəsində bildirib.

“Biz müəyyən güzəştlərə və problemin konstruktiv həllinə hazırıq”, deyə o qeyd edib.

Onun fikrincə, münaqişənin sabit və ədalətli həlli üçün əsas şərt Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi və Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın tərkibində geniş muxtariyyət verilməsidir. Bakı orada yaşayan erməni əhalinin mülki, sosial-iqtisadi və mədəni hüquqlarının Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq tam şəkildə təmin ediləcəyinə zəmanət verməyə hazırdır.

Prezidentin köməkçisinin açıqlamasını Meydan TV-yə şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov geniş muxtariyyat məsələsini şərh etməyin çətin olduğunu dedi.

Sabiq nazir hesab edir ki, hazırda ermənilərə muxtariyyat təklifi öz aktuallığını itirib:

“Çünki konflikt fərqli müstəviyə yönəlib və Ermənistan-Azərbaycan konflikti adlanır. Erməni icması konfliktin xırda hissəsidir, rəqəmlərə baxsaq, bu icma müharibədən əvvəl 128 min nəfərdən ibarət idi.

Müharibə və atəşkəsin yaratdığı fəsadlar nəticəsində əhali iki dəfə azalıb. Eyni zamanda, BMT-nin məlumatına görə bölgədə etnik təmizləməyə məruz qalan azərbaycanlılar 758 min idi”.

Sabiq nazir daha sonra qeyd edib ki, müharibə iki dövlət arasındadır və Ermənistan Azərbaycan ərazilərini anneksiya etmək niyyətindədir.

“Sadəcə, erməni icmasının təhlükəsizliyi və digər məsələlər əsas niyyəti gizlətmək üçündür. Biz açıq şəkildə Ermənistanla müharibə apardığımızı və ərazi bütövlüyümüzü bərpa edəcəyimizi deməliyik”.

Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan Ermənistan ordusunu bölgədən kənarlaşdırandan sonra müxtəlif təkliflər gündəmə gələ bilər:

“Amma şərt belə olmalıdır: Əgər Ermənistan 1988-ci ildə ərazilərindən qovduqları 200 min azərbaycanlını qaytarmağa razı olsa və onlara hansı hüquqları versə, biz eyni hüquqları verməyə hazır olduğumuzu ifadə etməliyik. Əks təqdirdə, muxtariyyat barədə danışmağa ehtiyac yoxdur”.

İstinad — www.bastainfo.com/az/2017/12/29/tofiq-zulfuqarov-əli-həsənovun-ermənilərə-muxtariyyat-vədinə-munasibət-bildirdi/

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники