Bu günlərdə 1992-ci ildə islah əmək koloniyalarından buraxılan dustaqlarla bağlı polemika gedirdi. Millət vəkili Əli Hüseynlinin cavabını nə qədər qəribə də olsa  hökumət yönlü  »Kaspi» qəzetində İskəndər Həmidov verdi. Bizdə Teref.info olaraq bu müsahibələrdə 123 — cü alayın adı hallandığı üçün, 123- cü alayın qərərgah rəisi N. Bayramova müraciət etdik.

Sual — Nazim bəy mediada gedən dustaq polemikasından xəbəriniz var. Bu məsələyə siz nə deyə bilərsiniz. İskəndər Həmidov Əli Hüseynlinin cavcabını verdi.  Bu ittiham və cavabla bağlı siz nə deyə bilərsiniz.

Cavab — Müharibədə iştirak etmək üçün islah-əmək müəsisələrindən 92-ci ilin sentyabr və oktyabr aylarında azadlığa buraxılmış 701 nəfərdən 700 nəfəri stansiya Mingəçevir qəsəbəsində yerləşən 123-cü alayın dislokasiya yerinə gətirildilər. Sentyabırda gətirilən təxminən 330 nəfər məhbusun “Azadlığa buraxılma” (passport əvəzi) arayışları var idi, bu arayışlar mənə verilmişdi, lakin məhbuslara paylanmamışdı, seyfimdə idilər. Müdafiə nazirinin əmri əsasında 123-cü alay onları təhvil aldı və alayın qərargah rəisi kimi, onları əvvəlcə ştatdan kənar şəxsi heyyət uçotuna qoydum.
700 nəfər könüllü müharibədə iştirak üçün azad edilmişlər ailə və yaxınları ilə görüşmək üçün üç günlük evlərinə buraxıldılar. Hərbi hissəyə bunlardan təxminən 370 nəfəri qayıtdı. Qalanları bir həftədən sonar axtarışa verildi.
370 nəfər 123-cü alayda qida, geyim, maliyyə və döyüş təhcizatına alındılar. Bunlardan bir hissəsi əslən Qarabağ və qərb sərhədyanı rayonlarından olduqları, öz istəkləri və yaxşı tanıdıqları yerlərdə daha səmərəli vuruşacaqları nəzərə alınaraq, bu rayonlarda yerləşən hərbi hissələrə keçirildilər.
123-cü alayda 150 nəfərlik bölük qaldı. Bölük komandiri Niyazi Kərimov və bir zaman Eldar İsgəndərov olmuşlar. Bu bölük 123-cü alayın tərkibində əməliyyatlarda iştirak etmiş, qarşısında qoyulmuş bütün döyüş tapşırıqlarını yerinə yetirmişdir.
123-cü alayın bu bölüyünün iştirak etdiyi sonuncu döyüş 92-ci il dekabırın ortalarında Ağdamın Mərzili, Novruzlu kəndlərində olub.
92-ci ilin dekabırında əmrə əsasən onlar İƏM-ə qaytarıldılar. Döyüşdüyü müddətdə bölük 15 nəfər Şəhid vermiş, 30-a yaxını yaralınmışdılar. Bölükdə qalan 135 nəfər İƏM-nin Baş İdarəsinin nümayəndələrinə 92-ci ilin dekabırında təhvil verildilər.

Sual- Deməli bəzi məsələlərdə İskəndər bəy səhv edir?

Cavab-  Bəli rəqəmlərdən gördüyünüz kimi heç də bütün azad olunan dustaqlar vuruşmadılar. Onların demək olar ki, yarısı döyüşdən qaçdı və onlara görə döyüşən oğlanlada yenidən islah əmək koloniyalarına qayıtmalı oldular.
Lakin mən, İsgəndər Həmidovla bu məsələdə tamamilə razıyam ki, bu gün vətənpərvərlərdə səhv axtaranlar Vətənin ən ağır və müharibənin ən şiddətli zamanlarında- 1992-ci ildə- Azərbaycanda olublarmı?

Nazim Bayramov- 123- cü alayın qərərgah rəisi

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники