«Düşmənlə danışıqların aparılması bəhanəsiylə bağlanmış atəşkəslər bizi həmişə zəiflədib»

«Dövlət, ərazi bütövlüyünü tam bərpa etməyincə heç bir danışıqlara və atəşkəslərə getməməlidir»

Keçmiş baş nazir Surət Hüseynov cəbhədə baş verən son hadisələr və ordumuzun uğurlu əməliyyatları ilə bağlı bəyanatla çıxış edib.

Moderator.az -a daxil olan bəyanatı təqdim edirik:
196166_221551521299891_1768747687_n«Ermənistan beynəlxalq hüquqa və BMT-nin, Azərbaycanın işğal olunmuş torpaqlarından ordusunu dərhal və qeyd-şərtsiz çıxarması barədə qətnamələrinə məhəl qoymur və sülh prosesinin ruhuna zidd olaraq, bağlanmış atəşkəsi daim kobud sürətdə pozur, dinc yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur. Bununla düşmən bizə torpaqlarımızı hərb yolu ilə azad etməkdən başqa seçim qoymayıb.
Qarabağın azad olunması istiqamətində dövlətin atdığı bütün addımlarını dəstəkləyirəm. Ermənistanla dövlət sərhədlərimizə çıxana kimi, 20 ildən artıqdı torpaq həsrətiylə yaşayan köçkünlərimizi doğma torpaqlarına qaytarana kimi düşmənə qarşı başladılan hərbi əməliyatlar davam etdirilməlidir. Dövlət, ərazi bütövlüyünü tam bərpa etməyincə heç bir danışıqlara və atəşkəslərə getməməlidir.
Uğurlu hərbi əməliyatlar apardığımız zaman, xalqın ruh yüksəkliyi olan dövrlərdə beynəlxalq vasitəçilərin təzyiqi ilə düşmənlə danışıqların aparılması bəhanəsiylə bağlanmış atəşkəslər bizi həmişə zəiflədib və düşmənlərimizin xeyrinə olmuşdu.
Hərbi potensialımız erməni işğalçı ordusunu tamamilə darmadağın etməyə artıqlamasıyla kifayət edir. Ordumuzun son uğurlu əməliyatları da bunu hamıya  göstərdi. Potensialımızın gerçəkləşdirilməsinin zamanıdır. Torpaqlrımızın azad olunmasında ordu sıralarında keçmiş döyüşçülər potensialından da istifadə olunmalıdır. Onlar Qarabağ ərazisini yaxşı tanıyır, müharibə təcrübəsinə malikdilər. Onların gənc əsgərlərin arasında olması ordunun döyüş və mənəvi-psixoloji keyfiyətlərini  daha da yüksəldər.
Allah Şəhidlərimizə rəhmət eləsin, Şəhid Analarına səbr versin.
Azərbaycan əsgərinə eşq olsun! Allah dövlətimizə, millətimizə və ordumuza yar olsun.
Surət Hüseynov
istinad - http://www.moderator.az/news/130393.html

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники