Əzizağa SüleymanovDeputat Fərəc Quliyevin eks baş nazir Sürət Hüseynov tərəfindən güya Qarabağ qazilərinin qorunması üçün xüsusi fond yaradılması barədə mətbuatda yayılmış informasiyalara aqressiv cavab verməsinə daha bir Qarabağ qazisi, Milli Qvardiyanın keçmiş komandanı polkovnik Əzizağa Süleymanov kəskin reaksiya bildirib.

Əzizağa Süleymanov: «Fərəc Quliyevin bu açıqlamasını mən bir Qarabağ müharibəsinin veteranı olaraq başa düşmədim. Deyək ki, Sürət Hüseynovu ölkə daxilində kimsə qəbul etmir, bunun xarici dövlətdə yaratdığı fonda nə dəxli var? Kiminsə öz vəsaitinə yaratdığı bir fondun köməkliyi ikə bir Qarabağ qazisi dərdinə müəyyən qədər dərman tapa bilərsə Allah yanında da bu savab bir işdir. Fərəc Quliyev bu gün millət vəkilidir. Yaxşı olardı ki, bir deputat kimi həmyerlisi tərəfindən hüquqları taptalandığından canına qəsd etmiş Qarabağ qazisi Zaur Həsənovun faciəli həyat sonluğuna aydınlıq gətirsin. Dövlət qarşısında məsələ qaldırsın ki, bəlkə qazilər dövlət vəsaiti hesabına ailələrinin yaşayışını təmin edə bilsin. Ailə dolanışığı üçün dövlət məmurlarının ayağına getməsinlər.»

istinad - http://dia.az/8/36250-ezizaga-suleymanov.html

 

Sosial şəbəkələrdə paylaş

Опубликовать в Google Buzz
Опубликовать в Google Plus
Опубликовать в LiveJournal
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники